Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.


Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.

13-09-2018, 15:20
Oxunma sayı: 639
Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.
Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının vətəndaşlarla növbəti səyyari qəbulu keçirildi. Qəbul Yevlax rayonu Ərəbbəsrə kənd sakinləri ilə keçirilmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov , Hüquq mühafizə orqanlarının, dövlət idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçən növbəti səyyari qəbul qarşılıqlı müzakirə, dialoq formasında öz fəallığı ilə seçilirdi.
Xüsusilə kənd təsərrüfatı ilə məşğul olan Ərəbbəsrə kəndi Yevlaxın Şəki istiqamətində ən ucqar kəndidir. Qəbulda İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir ki, bunun da nəticəsində sahibkarlığın inkişafı dəstəklənir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər, bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür.
Görüş zamanı sakinlər Ərəbbəsrə kəndində əhalini narahat edən məslələrlə bağlı müraciətlər etdilər. Kənd üçün xüsusi əhəmiyyət daşıyan yol infrastrukturu və məktəbin əsaslı təmiri ilə yanaşı böyük layihələrlə yanaşı sakinləri narahat edən digər fərdi sosial məsələlər də dinlənildi və bu kimi müraciətlər yerindəcə həll olundu. Digər məsələlərin həllinə rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və həlli istiqamətində əlaqədar qurum və təşkilatlar qarşısında məsələ qaldırıldı.
Kənd sakinləri İcra Hakimiyyəti başçısının kənlərdə keçirdiyi bu kimi görüşlərdən məmunluqlarını ifadə etdilər. Onlar bildirdi ki, əhalinin rahatlığı naminə görülən bütün bu tədbirlər ölkə rəhbəri cənab İlham Əliyevin bizlərə diqqətidir . Biz bunu görürük və buna görə də cənab Prezidentə minnətdarlıqlığımızı bildiririk.
Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.
Sosial şəbəkələrdə paylaş: