Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır


Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır

6-09-2018, 19:02
Oxunma sayı: 588
Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid  elektron baza yaradılır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin hazırladığı filmlərdən ibarət vahid bazanın yaradılması və sosial şəbəkələrdə təbliği” layihəsi çərçivəsində qhtfilm.az saytı yaradılıb.

Bu barədə “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. O, qeyd edib ki, layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan filmlərin, video və sosial çarxların və digər vizual materialların vahid elektron bazasının formalaşdırılması və sosial şəbəkələrdə təbliğ edilməsindən bəhs edir.

Hər il Şuranın dəstəyilə QHT-lər xeyli sayda sənədli film, video və sosial çarx və digər belə məhsullar hazırlanır. Bunlar əsasən milli qəhrəmanların, vətənpərvərliyin, milli tariximizin təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, cəmiyyət üçün aktuallıq kəsb edən ictimai və sosial məsələlər və digər mövzulara həsr olunur. Bu video materiallar üçün vahid elektron bazanın olması, asan interfeys və kontentin yaradılması onların daha geniş izləyici auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədlə QHT-lərin hazırladığı filmlər müxtəlif bölmə və janrlar üzrə qruplaşdırılaraq qhtfilm.az saytına daxil edilir: “Filmlər saytda janr, kateqoriya, çəkiliş formatı, dil, istehsal ili, müddət, təşkilat, rejissor və digər parametrlərə görə çeşidlənib. Həmçinin saytda xüsusi funksiya əlavə edilib ki, QHT-lər özləri də birbaşa hazırladıqları filmləri bazaya daxil edə bilsinlər”.

Layihə rəhbəri informasiyanın bugünkü bolluğu şəraitində mövcud video materialların oxucuya çatdırılması üçün müxtəlif forma və metodlardan istifadə edilməsinin vacibliyini bildirib. Filmlər həmçinin, layihə şərçivəsində yaradılan yutub və feysbuq səhifələrinə da daxil edilir və sosial şəbəkələr vasitəsi ilə filmlərin canlı yayımı təşkil edilir.

Новость отредактировал admin - 6-09-2018, 19:02
Sosial şəbəkələrdə paylaş: