Ucarda dəhşətli yanğın: Rusiya “kor edən” yeni silahını sınaqdan keçirdi ATƏT-dən İlham Əliyev-Paşinyan görüşü barədə - BƏYANAT Prezidentə verilən məktublarda nə yazılıb?
Azərbaycanla-İran sərhəddində nə baş verir? Qobustan Daş Salnamələri adlı layihə həyata keçirilib Borc ver göz yaşlarını... QARALAR İÇİNDƏ QADIN, DÜNYANI AYDINLATDI
Estoniyada Ermənistanın növbəti təxribatının qarşısı alınıb ermənilər üçün videoçəkiliş aparırmış Prezident dərhal sərəncam verdi... Prezident:"Bu, siyahını hazırlayanların günahıdır!



» » Süpürkəçi 19 00


Süpürkəçi 19 00

26-08-2018, 22:07
Oxunma sayı: 505
Süpürkəçi 19 00

Süpürgəçi qadın bir az yolun kənarına çəkildi. Əlində tutduğu əşya artıq neçə il idi ki, ondan ayrı deyildi.
-"bu iş də bitmir. Təmizlə,təmizlə, nə qədər olar"
39 c temperaturda üzünü bağlayan yaylıq işi bir az da çətinləşdirirdi. Ancaq zibili yerə tolazlayanlar qədər deyil.
-"a bala onu zibil qutusuna atsan nə olar? Buraları da adam təmizləyir axı?!"
Oğlanınsa bu vecinə deyil. Onun başqa "qayğıları" var. Qulaqcıqda yüksək səslə anlamadığı dildə bir şey dinləyirdi indi.
İşin bitməsinə təqribi 30 dəqiqə qalıb. Deməli o ən geci 45 dəqiqə sonra evində oturub,onun kimi insanlar üçün xoşbəxtliyin özü olan "isti çayı" qurtum qurtum içə bilərdi. Vaxt getdikcə azalır və qadının sevinci tərs mütənasib artır. Budur son 10 dəqiqə.-"bu gün də maaşım verilir. Uşaqlara bir şeylər alım. Sizi verənə qurban. Canlarım mənim"
10 dəqiqə sonra... İşin bitiş vaxtı. Səbirsizliklə gözlədiyi o an yetişmişdi. Ancaq heç ummadığı formada. Yanında əcəli də özüylə birgə gətirmişdi 19:00.
Bir az əvvəl təmizlədiyi yer indi yenə çirklənmişdi. Bu dəfə öz qanıyla.
Normal, banal, adi bir vaxtdır 19:00. Digərlərindən heç bir fərqi yoxdur. Bəşər,insanlar, dünya üçün heç bir fərqi yoxdur. Fəqət bəziləri üçün var. Evdə gözləyən iki qız övladı üçün var. Onun üçün hazırlanıb soyuyan bir qismət yemək və çay üçün 19:00 başqa bir şeydir.
Bir daha ana dodaqlarıyla öpülməyəcək yanaqlar üçün adi zaman deyil 19:00...
Bəs bu zaman ətrafda nələr olurdu. Mavi planetdə ciddi bir şey dəyişmişmiydi?!
Yox. Qətiyyən yox. 3 dəfə yox.
Əvvəlki oğlan indi uzanıb hesabındakı yenilikləri təqib edir, yeməyin nə vaxt hazır olacağını düşünürdü.
19:00 da çayxanada vaxt öldürənlər ofisiant qızı bişirməyin yolları üzərində necə deyərlər baş sındırırdılar.
Şükür etməkdən bezməyən mömin qadın dəstnəmazını alıb axşam namazını gözləyirdi 19:00 da
Günün bitməsinə beş saat qala fəhlələr də işlərini qurtarmışdılar. Sabah iş olmayacaqdı. Bir tərəfdən istirahətin gətirəcəyi sevinc "sıxırdı" onların qəlbini,digər tərəfdən maaşlar uzun müddət idi verilmirdi.
İki gənc oğlan nəyisə müzakirə edirdilər eyni saatda. Onların əsas problemi hələlik universitet idi.
Qumar borclarını ödəmək üçün son saati idi birisinin 19:00. 45 dəqiqə əvvəl həyat yoldaşının qızıllarını güc bəlayla da olsa ona lazım olan məbləğlə dəyişə bilmişdi.
İri sahibkar da həyatının ən böyük probleminə çevrilmiş hadisə ilə qarşı-qarşıyaydı indi. Axı 19:00 tıxacın sıx olduğu vaxtdır
Oğlunu dünən cəbhədə itirən ata həyətdə artıq neçə saat idi ki,siqareti siqaretə calayıb bozumtul dumanı alveollarına doldururdu.
Bəy solundakı gəlinlə elə indicə şadlıq sarayına girmişdi. Biri xoşbəxt idi bu vaxt, biri bədbəxt.
Elə indicə "fağır" danışma problemi olan adam şəriki tərəfindən aldadıldığını anlamışdı.
Atasını itirən kiçik uşaq heyfislənirdi. Anasının ətəyindən çəkib dartırdı. Sual bombardmanına tutmuşdu onu. "Axı niyə axşam məzarlığa getmək olmaz,ana? Ana nolar gedək?
Ateist bir Allah axtarırdı indi. Dindar Tanrısından diksinmişdi artıq.
"Necə yəni. Boş ver bunları. Başını burax qardaşımsan. Sakitcə işini gör. Şükür et ki, Suriya kimi deyilik. Bomba yağmır yuxarıdan. Sənə nə dilənçidən, fəhlədən, yetimdən. Bunlar həmişə olacaq. "Deyə donquldanırdı qorxağın biri.
Sosial şəbəkələrdə içi boş,quru tənqid səngimək bilmirdi.
İşçilərinin əmək haqqını kəsən fabrikatorun yadına Allah düşmüşdü axşam saat 7 də. Yeni fabriki sabah istifadəyə veriləcəkdi.
Az pul getsin, hamısı birdən boyatısın deyı 6-7 çörəyi birdən alan orta yaşlı kişi də son qurumuş çörəyini yeyirdi indi.
-körpələr 19:00 da artıq çayı qoymuşdular dəmə. Axı 15 dəqiqədən sonra ana qapıdan içəri girəcəkdi. 2 kiçik qız hər şeyi hazırlamışdı.
Bəs bəşər? Epizodik hadisələr nüansdır. Ümumi olaraq bəşər nə edirdi 19:00 da? Nə edəcək ki?! Sadəcə susurdu. Onlu daha çox maraqlandıran qayğılara xatir susur,gözə alırdı bütün bunları. Ucuz romantikaları,cavabsız sevgiləri,güclü element,qeybət,rəqabət, gözəl qadın,güclü kişi axtarışı daha vacibdir bəşər üçün.
Xatırlamaq lazımdır. Hər daim xatırlamaq. Platon "öyrənmək xatırlamaqdır"deyərkən haqlı idi. Min kərə haqlı. Unutmaq lazım deyil. Bu hadisələr hər gün,hər saat baş verir. Deməli artıq bu qəlibdən olan hadisələr normaldır. Aha,tam da burda. İnsanlıq burda basdırılıb,hər şey doğrudur. "Artıq heç kim günahkar bilmirsə özünü, günahkarlıq bir kənara, normal baxılırsa belə hadisələrə,bəli deməli əzliən sinif yalnızdır. Milyonlarla insan yalnızdır." Alın bu da sizə sadə xalis dialektika.
Xoşbəxt olmağımız düzən gerçəyini heç bir halda dəyişdirmir,dəyişdirməyəcək də. Unutsan,xatırlamasan onları ən kobud formada bu baş verəcək ki;varlılar daha da varlanacaq,daha rahat daha lüks həyatla sarmaş-dolaş olacaq, əks cəbhədə isə kasıblar daha da kasıblaşacaq, artıq xəstəxana qapılarında yox daha bərbad formada öləcəklər. Mən susuram qoy Çiçero danışsın. "Mənim həyatımda özüm qədər ən azı dostlarımın,tanışlarımın ailəmin bir sözlə - bütün insanların payı var"
Bu həyat təkcə sənin deyil. Əgər insansansa təbii ki.
"İnsan olmaq üçün başqları üçün də çalışmaq gərəkdir. Deyilsənsə o zaman yalnız öz postunun qeydinə qal" -Marks
Dünya belə olmamalıdır. Qətiyyən. Alternativ hər zaman mövcuddur. İnsanların beyninə "cari formasiyanın əvəzedicisi yoxdur, ola da bilməz. Cəhd yalnız daha pisi ilə nəhayətlənər" düşüncəsini elə ustaca yeridiblər ki,insanlıq artıq səsini çıxarmır.
Hamı bir ağızdan susur. Vəziyyət o qədər bərbad hal alıb ki, fələstinli uşağın ən böyük sevinci partlamamış mərmi ola bilir.
Tarix bizə sübut edib. Sübut edib ki, siniflər mücadiləsi mövcuddur. Hətta baş verən hər şey bu mücadilənin inikası və nəticəsidir.
Belə davam edə bilməz. Davam etməyəcək də. Bu mübarizənin yalnız bir qalibi olacaq. Bu qələbə uğruna fəda olunacaq şeylərdən müqəddəs heç nə yoxdur. "Sən yanmasan,mən yanmasam,biz yanmasaq necə çıxar qaranlıqlar aydınlığa" - Nazım Hikmet.
Bərabərsizliyin verdiyi təkəbbürün yaxanızdan tutub sizi ələ keçirməsinə izn verməyin. İnsan öz qürurundan vaz keçməlidir əzilən sinif üçün. Bəşər. Bəli,susan bəşər bir gün var gücü ilə bağıracaq. Zəfər himni olacaq bu xor!
Sosial şəbəkələrdə paylaş: