Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası”


“Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası”

26-08-2018, 21:53
Oxunma sayı: 292
“Çingiz Mustafayev  və Azərbaycanda müharibə jurnalistikası”


Bir neçə gün sonra Çingiz Mustafayevin 58 yaşı tamam olur. Artıq 26 ildir aramızdan ayrılmasına baxmayaraq xalqın unudulmaz qəhrəmanı olan Çingiz illərdir qəlbimizdə yaşamağa davam edir. Bu ad bizlərə təkcə Qarabağda canını fəda edən bir jurnalisti ifadə etmir, bu ad əslində müharibənin ən qızğın çağlarında peşəsindən asılı olmayaraq hər kəsin cəsarət edə bilməyəcəyi bir addımı ataraq və ölümü gözə alaraq, şəxsi istəyi ilə cəbhənin ən qızğın yerlərinə yollanan və şəhadəti ilə bütöv bir xalqın yaddaşına unudulmaz Salnamə qoyub gedən Şəxsiyyəti ifadə edir.
Çingiz Mustafayevin 32 illik qısa lakin mənalı həyat yoluna nəzər salsaq görərik ki, o hələ gənclik illərindən öz bacarıq və qabiliyyəti, üstün fərqlilikləri və qəribəlikləri ilə əhatəsindəkilərdən tamamilə fərqlənmişdir. Belə ki, Çingiz Mustafayev 1970-ci ildə Azərbaycan SSR-də bir ilkə imza ataraq Disko-Klub yaratmış, 1981-ci ildə Light DJ və 3M qruplarını, eləcə də “Ozan” rok qrupunu təsis etmiş, 1983-cü ildə “Dünənki keçdi” repi ilə ölkədə rep janrında musiqi ifa edən ilk şəxs olmuş, 1985-ci ildə “Cəngi” birliyini, 1990-cı ildə isə “İmpromptu”,”Cümə axşamı” verlişlərini təsis etmiş, həmçinin bir çox kinolarda rol almaqla öz dövrü üçün tamamilə yenilik olan bir çox fəaliyyətlərdə ilkə imza atmışdır.
Çingiz, anası Naxış Mustafayevanın istəyi ilə həkim peşəsinə nail olmasına baxmayaraq, özünü yalnız bir sahəyə həsr etməmiş və təbiətcə innovator, yaradıcı, eləcə də təşəbbüskar insan olduğu üçün digər sahələrlə də yaxından maraqlanırdı.

Jurnalist fəaliyyətinə hələ 1991-ci ildə başlayan Çingiz məhz şəxsi təşəbbüsü ilə yaratdığı və sonralar digər telekanallardan və tele-agentliklərdən fərqli olaraq Qarabağda baş verən hadisələrin iç üzünü ictimaiyyətə daha dolğun çatdıran “215 KL” studiyasını təsis etmişdir. Müharibənin erkən vaxtlarından ailəsini və demək olar ki, sahib olduğu hər şeyini geridə buraxan Çingiz sırf xalqını düşündüyü üçün həyati təhlükəni gözə alaraq cəbhənin ən qızğın yerlərində savaşan əsgərlərlə cinah-cinaha durmuş və burada baş verən hər cür hadisəni nəinki Azərbaycan xalqının, eləcə də bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün gecə-gündüz çalışırdı.

Qarabağdakı ciddi fəaliyyətlərindən dolayı Çingiz Mustafayev “Müharibə jurnalisti” adını alan ilk müxbir hesab edilir. Həmin dövrdə ölkədə aparılan hər cür siyasi oyunlara rəğmən məsələlərin gedişatı barədə xalqı düzgün məlumatlandırmaq üçün hər cür çətinliklər qarşısında Ayaz Mütəllibov, Boris Yeltsin və digər tanınmış ictimai-siyasi xadimlərdən müsahibə götürmüş, hər zaman hər yerdə haqq-ədalət tərəfdarı olduğu üçün dəfələrlə bir sıra rəsmi şəxslər tərəfindən tənqidlərə məruz qalmış və verdiyi konkret suallar qarşısında hətta “Çingiz əl çək…” deyib gülərək realıqları ört-basdır etməyə çalışanlar tərəfindən də tez-tez təzyiqlərə məruz qalmışdır. Lakin bütün bunlara baxmayaraq gördüklərini və lentə aldıqlarını əsl mahiyyətləri ilə xalqa çatdırmağı bacarmışdır Çingiz.
Biz əslində Çingiz Mustafayev adını daha çox Xocalı həqiqətlərini bizlərə və dünya ictimaiyyətinə çatdırması ilə tanıdıq. Öz-özümə belə bir sual verirəm ki, görəsən, Çingiz olmasaydı bizlər ümumilikdə Qarabağ müharibəsi və ən əsası Xocalı faciəsi haqda nə dərəcədə məlumat sahibi olacaqdıq və sahib olduğumuz məlumatlar ilə əsrin faciəsini və Qarabağ müharibəsinin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqda nə qədər uğurlu ola biləcəkdik..?!
Bəli,bu bir həqiqətdir ki, bizlər Xocalı vəhşiliklərinə məhz Çingiz Mustafayevin gözüylə və onun kamerası vasitəsilə baxa bilmişik və bugünki gün sırf həmin kadrlara dayanaraq dünya ictimaiyyətinə sözümüzü çatdıra bilirik. Təbii ki, Çingiz üçün bu kadrları çəkmək olduqca çətinliklə başa gəlmiş və hər cür riski gözə alaraq mümkün olmuşdur.

Belə ki, Allahverdi Bağırovun Vitali Balasyanla apardığı danışıqlar və bunun nəticəsində qərara alınan razılıq əsasında Çingiz Mustafayev Seyidağa Mövsümlü ilə birgə Xocalıda çəkiliş aparmağa icazə ala bilmişdir. Ayrıca bir məqamı da vurğulamaq istərdim ki, bütün bu vəhşilikləri lentə almaq Çingiz Mustafayev üçün heç də asan olmayıb və məlum kadrları izləyən hər bir şəxs bu görüntüləri lentə alarkən Çingizin nə qədər əzab çəkdiyini video boyunca onun danışığından və kövrəlməsindən anlaya bilir. Çingiz Seyidağa Mövsümlü ilə birlikdə Xocalı haqda 18 sənədli film hazırlamış və Amerikanın ABC NEWS telekanalında yayımlanması və daha böyük hədəf kütləsinə çatdırılması üçün digər materiallar üzərində çalışırdı.O, eləcə də Ağdamda, Şuşada, Laçında və s yerlərdə çəkilişlər apararaq əsgərlərlə yanaşı, yerli əhalidən də müsahibələr götürməklə təkcə vəzifə öhdəliyini yerinə yetirməmiş, həmçinin insanlara hər cür mənəvi dəstək göstərmişdir. Bunu Çingizin cəbhə bölgəsində yaşayan yerli əhaliyə etdiyi aşağıdakı müraciətindən də görmək mümkündür:
“Sona qədər mən də sizinlə burdayam. Hər saatdan bir kimin nə sözü varsa gəlib deyir kameraya...”

Çingiz Mustafayev hədsiz vətənpərvərliyi və millət sevgisi ilə yaşayan bir insan olduğu üçün cəbhədə baş verən hər cür geriləmə və uğursuzluq onu dərindən yaralayırdı. Belə ki, Laçında çəkilişlər apardığı zaman yolboyu cəbhədən geri qayıdaraq mövqelərini tərk edən əsgərlərə ünvanladığı sərt ifadələr də buna misal ola bilər:
“...qulaq as, Qubadlıyacan getdim, bütün yolda qıqıra-qışqıra bir dənə binamus geri qayıtmadı. Həyatlarının axırınaycan yaşaya bilməyəcək onlar...”
Budur, məhz bu cür vətənpərvərlik şövqü idi Çingiz Mustafayevi yaşadan. Millətinin ən ağır günlərində onun yanından ayrılmayaraq bütün cərəyan edən prosesləri ürək ağrısı ilə lentə alan Çingiz, daha təhlükəsiz bir yerə çəkilərək müharibənin gedişatını kənardan seyr etməyi mənəviyyatına sığışdırmayaraq sırf buna görə çəkilişlərini döyüş gedən bölgələrin xüsusilə ən gərgin yerlərində aparırdı. Bu səbəbdən Çingizin lentə aldığı videoların hər saniyəsi onun həyati təhlükəsi bahasına başa gəlirdi. Belə ki, 1992-ci ilin 15 iyununda Xocalı rayonunun Naxçıvanik kəndində döyüşün ən gərgin anlarını lentə alarkən Çingiz Mustafayev qəfil yanına düşən mərmi qəlpəsindən aldığı yara nəticəsində elə döyüş zonasındaca dünyasını dəyişərək əbədi Şəhadətə qovuşmuşdur. Çəkdiyi acılara rəğmən Çingizin son sözləri “Kameramı götürün…” olmuşdur.
Şəhidlik zirvəsinə qovuşduqdan sonra Çingiz Mustafayevin adını əbədiləşdirmək üçün ona Azərbaycanın Milli Qəhrəman adı verilmiş, 4062 metrlik Şahdağ zirvəsi Çingiz Mustafayev zirvəsi adlandırılmış, ANS 102 FM radiostansiyası Çingiz Mustafayevin adına müvafiq olaraq ANS ÇM 102 FM adlandırılmış, Çingiz Mustafayevin adına Fond təsis edilmiş, eləcə də düşərgələr təşkil edilmiş, 2011-ci ildə Almaniyada Çingiz Mustafayevin təsvir olunduğu 3000 ədəd poçt markası dövriyyəyə buraxılmış və digər çoxsaylı işlər reallaşdırılmışdır.

Bax budur, Çingizin 32 illik qısa lakin mənalı həyatının biz azərbaycanlılar üçün 26 ildir “Döyüş alnımıza yazılıb” devizi altında qoyub getdiyi şərəfli İrsi. Hansı ki, bu İrs qəhrəman Şəhidini illərdir xalqının qəlbində və zehnində ən gözəl şəkildə qoruyub saxlamış və bundan sonra da saxlayacaqdır. Sonda demək istəyirəm ki, Çingiz Mustafayev öz cəsarəti, əzmi və ali məqsədi ilə bizimçün gördüyü bütün fəxr ediləsi işlər və Şəhidlik zirvəsinə aparan şərəfli həyat yoluyla çoxu üçün, xüsusilə də mənim üçün Kumir və İdeal Şəxsiyyətdir.
Allah rəhmət eləsin, igid vətən Oğlu !
Yazar: Mahmudova Tacirə İlham qızı
Sosial şəbəkələrdə paylaş: