Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ
Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.
Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür



» » Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar


Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar

4-08-2018, 19:09
Oxunma sayı: 780
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar
Avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından bəhs olunan qalmaqallı dedektiv kitabın - "Avropalı agent kod 152” romanın müəllifi Əlvənd Mehmanın BakuPost.az-a müsahibəsi:

- Mehman müəllim, siz Həsən bəy Zərdabinin doğulduğu kənddə dünyaya göz açmısınız. Bilirik ki, onunla bağlı heç kimə məlum olmayan informasiyalara maliksiniz. Onun qəzetçilik fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Rəhmətlik Həsən bəy Zərdabi 1870-ci ildə erməni ziyalısı Qriqori Arsurunilə görüşərək türk dilində qəzet yaratmaq istədiyini bildirir və ondan bəzi məsləhətlər almaq istəyir.

Məlumat üçün bildirim ki, həmin illərdə Bakıda 17 adda erməni qəzetləri çap edilirdi. Çar Rusiyasının təzadlı siyasətindən ancaq ermənilər bəhrələnirdilər.

Əl qərəz, Həsən bəylə Asuruninin məsləhətləşməsində "Erməni-məkru” 5 il qalib olur. Bu müvəqqəti məğlubiyyətin səbəbi isə ermənisayağı xəyanətdir.

Arsuruni əvvəlcə Həsən bəyə ürək-dirək verir. Onun xalqı üçün necə böyük bir iş gördüyünü xüsusi vurğulayaraq təbriklərini yağdırır. Bir neçə gündən sonra isə Qriqori Arsuruni özünün rəhbərlik etdiyi "Mışak” adlı qəzetində Həsən bəyin planlarından bəhs edən böyük bir məqalə çap edərək Çar Rusiyasının mürtəce dairələrinə müraciət edir ki, türk dilində qəzet çap etdirmək istəyən müsəlman ziyalısı digər müsəlmanlara da örnək olacaq.

Əl-ayağa düşən müəyyən dairələr isə Həsən bəyə qəzeti yaratmağa imkan vermirlər. Bir nüansı xüsusilə qeyd etmək istəyirəm ki, rəhmətlik Həsən bəy əvvəlcə Arsurunin ona "Ayı xidməti” etdiyini başa düşmürmüş. Ona elə gəlirmiş ki, Arsuruni bir ziyalı kimi oan kömək edib.

Ruhdan düşməyən Həsən bəy çox böyük mətanət və inadkarlıqla mübarizəsindən əl çəkməyərək, ən nəhayət 1875-ci ilin iyul ayının 22-də arzusuna çata bilir.

"Əkinçi” qəzetini çap etdirməklə Milli Mətbuatımızın təməlini qoyur. Lakin ermənilər onların "strateji planlarına” mane olan "Əkinçi” qəzetinin bağlatdırmaq üçün məxfiliklə Həsən bəyin ayağının altını qazmaqla məşğul idilər.

Məhz onların "donos”ları nəticəsində bir müddətdən sonra "Əkinçi” qəzetinin çapı dayandırılır.

Arsurunin rəhbərlik etdiyi "Mışak” qəzetində böyük bir məqalə çap etdirərək qeyd edir: "Artıq sübut olundu ki, ərəb əlifbası ilə Müsəlman-türk xalqının qəzet çap etdirməsinin onlara heç bir mənfəəti olmayacaq. Ona görə də təcili olaraq Müsəlman-türk xalqı üçün erməni və rus hərflərindən ibarət "Əlifba” yaratmaq lazımdır...
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar
- Zərdabinin bu hadisəyə reaksiyası nə olub?

- Həsən bəy Zərdabi zəmanəsinin ən ayıq şəxsiyyətlərindən biri idi. Ümumiyyətlə, onun nəsil şəcərəsi çox qədimlərə gedib çıxır. Zadəganlıq, ziyalılıq ona gendən gəlib. Üstəgəl siyasəti də.

Həsən bəy başa düşür ki, ermənilər "qlobal”, məkrli oyuncaqlar rolunda çıxış edirlər. Avropadakı böyük güclər bu rola məhz erməniləri layiq biliblər. Çünki həmin illərdə İran dövlətində də ərəb əlifbasının dəyişdirilməsi və digər bir əlifba yaradılması tələbi ilə çıxış edən qüvvələr meydana çıxıb və nə qədər qəribə olsa da həmin qüvvələrin lideri erməni əsilli Mirzə Melkum Xan adlı biri idi. Həsən bəy başa düşür ki, xalqımızı min illik tarixindən məhrum etmək siyasəti gedir.

- Yəni, o taylı - bu taylı tarixi?

- Axı İranda hakimiyyət də Qacarlar sülaləsinin əlində idi. Onlar isə təmiz Azəri-türk kökənlidirlər. İran şahı demokratik fikirli və islahatlara meylli bir hökmdar olub. Təsəvvür edin ki, Avropa dövlətlərinin mütləq əksəriyyətində monarxiya üsul idarəsi olmasına baxmayaraq, İranda monarxiyanın ləğv edilməsini tələb edirlər. Halbuki İran şahı Baş nazirlik institutu yaradaraq, dövlətin idarəçiliyində "Demokratik idarəetmə” tətbiq edib. Yəni, Avropanın əlinə "siyasi bəhanələr” verilmirdi.

Lakin bununla belə erməni əsilli Mirzə Melkum Xan şahdan çox böyük imtiyazlar qoparmağı bacarır. Şah ona hansısa "lotoreya” imtiyazı hədiyyə edir.

- "Lotoreya” imtiyazının Mirzə Melkum Xana bağışlanmasının əsl mahiyyəti nə idi?

- Hadisələr müxtəlif illərdə cərəyan etsə də, Həsən bəy Zərdabi həmişə bu mübarizədə olub. Müsahibənin gedişatında tam aydınlıq yaranacaq.

Belə ki, 1890-cı ilin əvvəllərində İngiltərə dövlətinin baş naziri Lor Solsberinin müşaviri mayor Talbot 650 min funt sterlinq kapitala malik bir şirkət təşkil edir.

Mirzə Melkum Xana yaxın olan saray məmurları vasitəsilə mayor Talbot Nəsrəddin şahdan "Tütün-tənbəki” imtiyazını ala bilir.

15 maddədən tərtib edilmiş tütün imtiyazı İran istehlakçılarının zərərinə idi. Səhv etmirəmsə, hər fərd üçün illik məsrəf miqdarı təyin edilmiş 1,5 kq-dan artıq tütün və ya tənbəki almaq və işlətmək qadağan olunub.

Bütün bu "şərtlərin” əsl ssenari müəllifi isə Mirzə Melkum Xan idi və bu ssenarinin nəticəsi olaraq əhali ilə "qaliblər” kimi rəftar edən ingilis şirkət fəaliyyəti məşhur "Tənbəki üsyanı”na gətirib çıxarır. İran xalqları ayağa qalxırlar. Bu üsyan 1891-1892-ci illərdə mütəmadi davam edir.

Nankorluqda dünyada analoqu olmayan bir xalqın nümayəndəsi olan Mirzə Melkum Xanın Nəsrəddin şaha dırnaqarası minnətdarlığı idi bu üsyan... Çünki hardasa 1889-cu ilin avqust ayında Nəsrəddin şah Londonda səfərdə olarkən "Tütün imtiyazı” haqqında müzakirələr apardığı zaman Mirzə Melkum Xana İranda "Lotoreya” təşkil etmək imtiyazını hədiyyə edib. Əldə etdiyimiz məlumatlara görə, Həsən bəy Zərdabi İrana səfər edərək Nəsrəddin şahla görüşməyə nail olur və bu görüşün nəticəsi olaraq 1889-cu ilin dekabrında Nəsrəddin şah "Lotoreya” imtiyazını ləğv etdirir. Şah bu əmrini "Ruhanilərin etirazı” bəhanəsi ilə əsaslandırır. Həsən bəy Zərdabi Nəsrəddin şaha ermənilərin planları barəsində ətraflı məlumatlar ötürüb və nəticədə şah Meklum Xan və havadarlarına qarşı əsl müharibə aparıb.

Hətta, "Lotoreya” imtiyazının ləğvi məsələsini eşidən kimi Melkum Xan bu imtiyazı ingilislərin "Anqlo-Aziyatik Sindikat” şirkətinə sataraq İran dövlətini imtiyazı ləğv etmək qərarını rədd edir. Nəticədə İran hökuməti London məhkəməsinə müraciət edir. 1890-cı ilin səhv etmirəmsə, mart ayının 16-da Mirzə Melkum Xan səfir vəzifəsindən kənar edilir. Bəli, Mirzə Melkum Xan İran dövlətinin İngiltərədə səfiri vəzifəsində idi.
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar
- Maraqlıdır, Həsən bəy Zərdabi Nəsrəddin şahla görüşə necə nail olub?

- Bu sualın cavabı xalqımızı çox şübhələrdən qurtaracaq. Hətta bu yaxınlarda baş vermiş Gəncə hadisələrinə də aydınlıq gətirəcək. Azərbaycan xalqının tam haqqı var ki, indiyə qədər öyrənilməyən və ya öyrənilməsi hansısa "bədxah qüvvələr” tərəfindən qadağan edilmiş əsl həqiqətləri bilsin.

Həsən bəyin əsli, kökü Zərdab rayonunun Əlvənd kəndindəndir. Abbasqulu ağa Bakıxanov özünün məşhur "Gülüstani-İrəm” əsərində Əlvənd kəndi barəsində bilgilər verib. Əsərdə qeyd edilir ki, hardasa 1775-ci illərdə Ağası xan Əlvənd gələrək özünü Şirvanın xanı kimi elan edir. Bu, o, Ağası xandır ki, Azərbaycan rejissorlarının 1950-ci illərdə çəkdikləri Fətəli xan filmində gözləri çıxarılır. Təsəvvür olsun deyə həmin filmi xatırladım. Ağası xan nəyə görə məhz Əlvənd kəndini özünə paytaxt seçib? Bu suala heç bir tarixçimiz cavab verməyib. Açığı, bir neçə hörmətli deputatla, gözəl tarixçimiz Yaqub Mahmudovla bu barədə söhbət etmək fikrinə düşmüşəm. Lakin tərəddüd etmişəm.

Əlvənd kəndinin yaxınlığında məşhur "Qətran qalası” olub. Həm Ağası xan, həm də Şirvan elitası həmin "Qətran qalası”nda mövqe tutmuşdular. Çoxları bilmir ki, bu qala məşhur şairimiz Qətran Təbrizinin şərəfinə tikilib.

Rəhmətlik Ziya Bünyadovdan tutmuş digər ünlü alimlərimiz türk xalqlarını guya Şimali-Cənubi Azərbaycana Səlcuqların dövründə gəldikləri barəsində olan cəfəng fikirlərə qarşı çıxıblar.

Qətran Təbrizi Səlcuqlardan düz 50 il qabaq doğma dilimizdə yazıb yaradıb. Rəhmətlik Ziya Bünyadov israrla sübut edirdi ki, əgər türk xalqları bura Səlcuqların vaxtında gəlibsə, bəs onda nəyə görə Qətran Təbrizi doğma dilimizdə özü də onlardan 50 il qabaq yazıb-yaradıb. Deməli, türk xalqları "gəlmə” deyillər.

Dilimiz də işlək dil olmasaydı, Qətran Təbrizi istifadə etməzdi. Həm yəqin, alimlərimiz də mənim bu fikrimə şərik olarlar ki, Qətran Təbrizi XI əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir. Onun bütün qəsidələri Azərbaycan və Arran hökmdarlarına həsr olunub. Bəllidir ki, Arran dövlətinin paytaxtı Bərdə, sonra isə Gəncə olub.

Arran hökmdarları tərəfindən Qətran Təbrizinin şərəfinə tikilmiş "Qətran qalası” çox böyük tarixi sirlərin daşıyıcısıdır...

Xatırlatmaq yerinə düşər ki, Nizami Gəncəvi poemalarından birində qeyd edir ki, şah ona Həmdünyan adlı kənd bağışlayıb... Tarixi mənbələrdə Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla görüşü barədə konkret olaraq onların harada görüşdükləri barədə az-çox məlumatlar var. Lakin əsl həqiqətdə onun görüşü Əlvənddə, "Qətran qalası”nda olub. Qızıl Arslan özündən əvvəl hökmdarlıq etmiş sələfinin yolu ilə gedib. Əvvəlki hökmdarlar Qətran Təbrizinin şərəfinə qala tikdiriblər. Qızıl Arslanla məhz Qətran qalasında Nizami Gəncəvi ilə görüşərək həm də ona Həmdünyan kəndini bağışlayıb. Bəzi tarixçilər qeyd edir ki, Əlvənd ipək yolunun üstündə yerləşərək, böyük ticarət mərkəzinə çevrilib. Müasir Əlvənd kəndinin qonşuluğunda Gur-gur kəndi də öz tarixinə görə çox qədimdir. Əslində isə bu kəndin əsl adı Gər-gərdir. Tarixi mənbələrdə bu yer haqqında məlumatlar vardır. Hansı ki, Qətran Təbrizi bu yer haqqında məlumatlar verib. Həmdünyan kəndi isə adı təhrif olunaraq Ülviyyən adlandırılıb və 1930-cu illərdə həmin kəndin sakinləri repressiyaya məruz qalaraq Türkmənistana və başqa yerlərə zorla köçürülüb. Bu qədim kəndin ərazisi Əlvənd kəndinin yaxınlığındadır. 1918-ci illərdə Erməni qoşunları Əlvənd istiqamətində hücuma keçərək Qətran qalasının izlərini yerli-dibli silmək istəyiblər. Lakin köməyə gələn tük qoşunları və yerli camaat yaxınlıqdakı Sor-sor kəndinin yaxınlığında erməniləri darmadağın ediblər.
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar
- Həsən bəy Zərdabi nəslindən o döyüşdə iştirak edənlər olubmu?

- Şübhəsiz, yerli camaatı Həsən bəyin qohum-əqrəbası səfərbər edərək onları silahlandırmışdılar. Özləri də öndə gediblər. Lakin təəssüflər olsun ki, bu nəslin nümayəndələrinin hamısı Sovet hökuməti tərəfindən repressiyaya məruz qaldılar. Hazırda Göyçay və Sabirabad şəhərlərində Əlvənd küçələri var ki, bu nəslin törəmələridirlər. Azərbaycan Respublikasının xalq artisti, mərhum Azər Mirzəyev bu yaxınlarda rəhmətə getmiş, akademik Böyükkişi Ağayev də Həsən bəyin nəslindəndir.

Hətta əməkdar artist Dilarə Murtuzəliyevanın da bir tərəfi onlara bağlıdır. Unutmaq lazım deyil ki, XX əsrin əvvəllərində Bakıda unudulmaz bəstəkarımız Üzeyir Hacıbəyovun ən yaxın dostlarından biri, ilk teatr artistlərimizdən biri olmuş Məhəmmmədbəy Əlvəndlinski də Həsən bəyin nəslindəndir. Mövzudan uzaqlaşmayaq. Deməli, Qətran qalasının xarabalıqlarını itirmək üçün Sovet vaxtı 2-3 dəfə Kür çayının axını istiqamətini dəyişdiriblər, məhz Zərdab rayonu ərazisində.

- Qeyd etdiniz ki, Əlvənd çox böyük ticarət mərkəzi olub. Bəs kəndin ticari taleyi necə oldu?

- Hardasa, 1916-cı illərdə ermənilərin təhriki ilə çox böyük silahlı dəstə İran tərəfindən gələrək Əlvəndə basqın edib. Əlvənd bazarının ucu-bucağı yox imiş... Bir neçə dəfə belə hücumlardan sonra bazar öz ticari əhəmiyyətini itirməyə başlayır. Əlvənddə yaşayan yəhudi əsilli tacirlər Göyçaya, Oğuza, Bakıya köçürlər. Sonralar da Sovet hökumətinin repressiyaları əhalini dərbədər salır. Amma nə qədər çalışsalar da ermənilər və havadarları ərazidəki tarixin izlərini birdəfəlik silə bilmirlər.

- Ermənilərin və havadarlarının Əlvənddəki tarixi izləri məhv etməkdə nə maraqları var ki?

- Yavaş-yavaş hadisələrin əsl kökünə, mahiyyətinə yaxınlaşırıq. Qeyd etdiyimiz kimi Həsən bəy Zərdabi Nəsrəddin şahla görüşdükdən sonra Şimali Azərbaycandakı əhalinin taleyin hökmünə buraxılmamasını xahiş edir. Ümumiyyətlə, Həsən bəy İrana çox səfərlər etmişdi. Ermənilərlə mübarizədə onun digər fədakarlıqları da var. Hardasa, XIX əsr, 1880-1885-ci illərdə bir dəstə fransız Nizami Gəncəvinin məqbərəsinə gələrək, onun qəbrini özbaşına qazaraq naxışlı daşları və digər "əntiq əşyaları” aparmaq istəyəndə Hacıbəyli kəndinin əhalisi hadisədən xəbər tutaraq Nizami Gəncəvinin başının altından çıxan yazılı daşı və "əntiq əşyaları” geri götürürlər. Bu hadisədən bir müddətdən sonra Fransa dövləti Rusiya çarına şikayət edib. Çar məmurları bu daşları və əşyaları Fransızlara qaytarıblar. Həsən bəy Zərdabi isə bu hadisələr barəsində Nəsrəddin şahı məlumatlandırmışdı. Məlumata görə, şah Fransa və Rusiyaya öz etirazını bildiribmiş...

Mirzə Melkum Xan və havadarları dəfələrlə Nəsrəddin şaha qarşı sui-qəsd planları qursalar da, heç nəyə nail ola bilmirdilər. Sonralar Mirzə Rza Kermani adlı şəxsi pulla şirnikdirərək onu Nəsrədddin şahı qətlə yetirməyə sövq edirlər. 1896-cı ilin may ayının əvvəlində bu amansız qatil Nəsrəddin şahı qətlə yetirir. Son nəticədə isə İranda və Şimali Azərbaycan da ermənilərin planları ildırım sürəti ilə həyata keçməyə başlayır.

Şübhəsiz ki, Həsən bəy Zərdabi bu hadisədən sarsılaraq bir daha İrana ayaq basmır. Nəsrəddin şahla Həsən bəyi qohumluq telləri birləşdirirdi. Görünür, onun şah tərəfindən digər qohumları naxələf çıxdıqlarından Həsən bəy bu qərara gəlmişdi.

Tarixi izləri itirmək, başqa xalqların mədəniyyətlərini öz adlarına çıxmaqda ermənilər, əvəzolunmaz saxtakarlardır. İstənilən tarixi faktlar arxeoloji qazıntılarla öz elmi təsdiqini tapır. Burada söhbət tarixi Qətran qalasından gedir. Müasir dövrümüz internet əsridir. Lakin nə hansısa online mənbədə, nə də ki, hansısa bir tarixi dərsliklərimizdə, hansısa elmi monoqrafiyalarda, mətbuatımızda Qətran qalası haqqında məlumat var, heç tapa da bilmərik. Həm də Arran dövlətinin inzibati-coğrafi ərazilərindən söhbət gedir. Axı söhbət Qarabağ bölgəmizdən gedir. Ermənilər isə hansısa qədim Artsaxdan dəm vururlar...

Qətran qalasında aparılacaq arxeoloji qazıntılardan ermənilər çox bərk narahatdırlar. Onların havadarları da vahiməyə düşüblər.

Türk xalqları buralara Səlcuqların vaxtında gəliblər. Söz-söhbətləri birdəfəlik silinib, tarixdən atılıblar.

Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikan dövlətində gördüyü işlər misilsizdir. Çünki Vatikan kilsəsinin arxivlərində Azərbaycan xalqının tarixinə aid elə qiymətli materiallar mövcuddur ki, onların ölkəmizə gətirilməsi vacibdir və bu vacib işlər uğurla həyata keçirilməkdədir.

- Zaman–zaman ermənilərin Azərbaycanda həyata keçirdikləri təxribatlardan danışdınız.

Bir müddət əvvəl çap olunmuş - "Avropalı agent kod 152” kitabınızda da Avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından söz açılırdı. Bəziləri Gəncə hadisələri, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza barəsində düşmən təxribatı axtarırdı Siz necə düşünürsüz?

Yəqin yadınızdadır ki, Mingəçevir qəzası baş verən zaman bütün dünyanın diqqəti Tayland dövlətində mağarada ilişib qalmış 11-16 yaşlı uşaqların xilas olunması əməliyyatlarında idi. Həmin ərəfədə Azərbaycan polisinin, Fövqəladə Hallar Nazirliyinin, Mülki Müdafiə Qoşunlarının, metropoliten işçilərinin fədakarlığını dünya mediası işıqlandırmadı. 30 min insanı fövqəladə vəziyyətdə tuneldən evukasiya etmək sizə zarafat gəlməsin. Bu insanlar arasında uşaqlar, xəstələr, yaşlı insanlar olduğunu nəzərə alsaq, bizə ancaq onları xilas edənlərə dönə-dönə minnətdarlıq etmək düşür.

Dünya mediasının bu hadisəni dərindən işıqlandırmamasının obyektiv və subyektiv səbəbləri mövcuddur. Həm də çox təəccüblü bir haldır ki, ölkəmizin dünyanın ən həssas nöqtəsində yerləşməsi belə dünya mediasının nəzərindən qaçıb. Əgər bu hadisə 1990-cı illərdə baş vermiş olsaydı, belə qənaətə gələrdik ki, dünya bizə qarşı edilən haqsızlıqlara göz yummaqla məşğuldur. Təbii ki, ermənilərin və onların havadarlarının sifarişi ilə. Lakin indi isə söhbət elementar paxıllıqdan gedir. Müəyyən güclər Azərbaycan dövlətinin çətinliklərin öhdəsindən necə məharətlə gəldiyini gördülər.

Bir az öncə isə Azərbaycan ordusunun ən müasir silahlarını da hərbi paradda gördülər. Başa düşmək istəməyən qüvvələr də hər şeyi əla başa düşdülər. Əvvəllər hansısa bir "kukuruznik” adlanan təyyarə ölkəmizin sərhədlərini asanca poza bilirdi. Sanki heç nə onlar vecinə də deyildi. Artıq o dövrlər keçib getdi.

Elementar bir misal çəkim. Yadınızdadırsa, NATO qoşunları Yuqoslaviyaya hücum edəndə müdafiə olunan ölkə öz hava sərhədini qoruya bilmədi. Nəticədə Yuqoslaviya kimi bir ölkə parçalanmağa məruz qaldı. Əgər Yuqoslaviya dövlətinin ordusunda S-300 markalı hava hücumundan müdafiə raketləri olsaydı, onda indiki Avropa Birliyini başqa cür görərdik.

Bizim ordumuzun malik olduğu bu raketlər qonşu İran İslam Respublikasında da yoxdur. Hətta qardaş Türkiyə ordusu da belə raketlərə sahib deyil. Onlarda belədir ki, əgər hər hansı bir təhlükə olarsa, NATO "Petriot” markalı hava hücumundan müdafiə raketlərini müvəqqəti olaraq Türkiyə ərazisinə göndərə bilər.

Demək istəyirəm ki, ordumuz gecə-gündüz və istənilən hava şəraitində döyüş əməliyyatları həyata keçirə bilər. Eyni zamanda Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidmətinin Qoşunları da ən son texnoloji silahlarla təmin olunublar.

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar və konkret olaraq Gəncə hadisələrinin təşkilatçılarını peşəkarlıqla üzə çıxarması çox şeylərdən xəbər verir. Bizim xarici kəşfiyyatımız da yerində saymır. Onlar da vətənə peşəkarlıqla xidmət edirlər.

Bədxah qüvvələr əllərində olan bütün resursları təbliğata ötürərək hərc-mərclik xəyallarına düşmüşdülər və həmin qüvvələr düşünməsinlər ki, onların arxasında duran müəyyən şəxslərin adları dövlətə məlum deyil. Bundan əlavə, təbii ki, səhlənkarlıqlar da olub. Yəqin ki, hamı nəticə çıxaracaq. Şübhəsiz ki, ölkə başçısı baş vermiş bu hadisələri diqqətində saxlayır. Əhalinin özü də, ayrı-ayrı vətənpərvər insanlar da, jurnalistlər də var qüvvələri ilə baş vermiş bu hadisələrin əsl mahiyyətini açmağa çalışırlar.

Aydın məsələdir ki, hamı dövlətimizi bacardıqları tərzdə qorumağa çalışır. Şükürlər olsun ki, müasir texnikalar əsrində yaşayırıq. İnsanların əhatəsində tez-tez oluruq. Onların bu hadisələrə necə həssaslıqla yanaşdıqlarını əyani şəkildə görürük. Azərbaycan xalqı Suriya əhalisinin hansı əzablara düçar olduqlarını neçə illərdir ki, müşahidə edir. Milyonlarla insan qaçqın düşərək aclıqdan, susuzluqdan, xəstəliklərdən, müharibənin gətirdiyi dəhşətlərdən əziyyət çəkirlər. Hamı baş verənlərin ssenari əsasında səhnələşdirildiyini əla görür. Xalqımız gözəl anlayır ki, ölkə Prezidenti İlham Əliyevin apardığı mükəmməl siyasətin nəticəsində ölkəmizin havadarları, dostları bizi heç vaxt tək qoymayacaqlar. Pakistan kimi güclü orduya və nüvə silahına malik bir ölkə ilə sözün əsl mənasında bir ailə kimiyik. Türkiyənin bizi tək buraxacağına kim inanır ki? İsrail kimi bir dövlətlə strateji tərəfdaşıq. İranda 40 milyon həmvətənimiz yaşayır. İndi 90-cı illər deyil ki, onlar bizi müdafiə etməsinlər. Ermənistan onların ayaqları altında qala bilər. Niyə də qalmasın ki? Təkcə Tehran şəhərində 6 milyondan yuxarı azərbaycanlı yaşayır. İran ordusunun generallarının mütləq əksəriyyəti də azərbaycanlıdır. Hətta Suriyada İŞİD-i lərzəyə gətirən əfsanəvi general Qasım Süleymani də azərbaycanlıdır. İŞİD onun başına 100 milyon dollar qiymət qoyub. Heç kim fikirləşməsin ki, Azərbaycan təkdir.
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar
- Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşü baş tutdu. Bu görüşdən nə gözlənilə bilər?

- İstəyirəm bu suala subyektiv fikirlərlə cavab verim.

ABŞ və Qərb dünyası anlamağa başladılar ki, Rusiya Suriyadakı maraqlarını qətiyyətlə müdafiə edir və bir addım da olsun geri çəkilməyəcək. ABŞ və Avropa əllərində olan bütün vasitələrdən istifadə etdilər. Rusiya ilə Türkiyə arasında qarşıdurma yaratmaq istədilər. Görəndə ki, alınmır Türkiyədə dövlət çevrilişi planını işə saldılar. Planlarının puç olduğunu gördükdə isə Rusiyada müxalifəti ayağa qaldırmağa çalışdılar. Məğlubiyyətə düçar olduqlarını hiss edən kimi dünyanın diqqətini Koreya Xalq Demokratik Respublikası ilə təcili danışıqlara yönəldərək, guya dünyanı böyük bir fəlakətdən qurtarmağa nail oldular. Finlandiya görüşü müharibə sonrası sülh danışığı deməkdir.

Siyasətdən az-çox baş çıxaranlar əla bilirdilər ki, Rusiya Qətər qazını Avropa bazarına buraxmayacaq. Çünki bu halda Rusiyanın Avropaya təsir gücü sıfıra yaxınlaşmış olacaqdı.

Bundan başqa ABŞ və İsrail dövlətinin hansısa maraqları Rusiyanın maraqları ilə üst-üstə düşür. Avropa ilə hər üç dövlətin İran məsələsində "fikir” ayrılığı yaranıb. Sözün açığı, Ermənistandakı "məxməri inqilab”ın əsl mahiyyətini Rusiya anlamaq istəmir. Bu inqilabı maliyyələşdirən "güclərin” kimliklərini araşdıran Rusiya, Avropa və İranla bağlı şübhələrini açıb ortaya qoymaq istəmir.

- İranın Ermənistan qiyamında marağı nə ola bilər?

- İran öz milli maraqlarını qoruya biləcək bir gücə malik dövlətdir. Rusiya kimi İran da Qətər qazının Avropa bazarına çıxarılmasına qarşı idi. Çünki, İran öz təbii qazının Avropa bazarına ötürülməsində maraqlıdır. Çoxları elə düşünür ki, Ermənistana Rusiyanın təsiri daha çoxdur. Mən isə qətiyyətlə deyirəm ki, əksinə, İranın Ermənistana təsiri Rusiyadan daha güclüdür. Çox sadə bir üsulla, müqayisə aparmaqla oxuyucular da konkret nəticəyə gələ bilərlər. Məsələn, Rusiyanın Ermənistanda hərbi bazası var və bu ölkənin dövlət sərhədlərini də o qoruyur. Demək olar ki, Ermənistanın bütün müəssisələri Rusiyanın əlindədir. İran isə Rusiyadan fərqli olaraq Ermənistanla sərhədə malikdir. Ermənistana İran tərəfi 3 ay embarqo tətbiq etsə, onlar dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilməzdi. İlkin tələbat mallarının, ərzağın 60%-i İrandan Ermənistana göndərilir. Bundan başqa, Livan dövlətində İran meylli "Hizbulla” təşkilatı ilə ermənilərin "ASALA” təşkilatı arasında münasibətlər normaldır.

Ancaq bir "əmma” ondan ibarətdir ki, İran öz qazını Azərbaycan vasitəsilə də Avropaya çıxara bilər. Görünür, Avropadakı müəyyən dairələr məsələni qəti qoyublar ki, İran öz qazını ancaq və ancaq Ermənistan ərazisindən keçməklə ixrac edə bilər. Şübhələr günü-gündən artır. Rusiyanı fakt qarşısnda qoyublar. Sarkisyan rejimi bir güllə atmadan hakimiyyəti hansısa bir yoldan keçənə verib. Hədiyyə edib desək, daha doğru səslənər.

Ermənilərin əsl xislətini Rusiya xalqı və prezident Putin nəhayət anladı. Tarixində bu həcmdə nankorluqla qarşılaşmayan Rusiya indi nə edəcəyini bilmir. Heç şübhə etmirəm ki, Helsinki görüşündə Putinlə Tramp bu məsələ barəsində müzakirələr aparırlar. Hətta hərdən mənə elə gəlir ki, ermənilər Trampa onları Rusiyadan qoruması üçün yalvarıblar.

İtaliya prezidentinin Azərbaycana səfəri ölkə başçısının Fransaya səfərləri çox mühüm məsələlərin astanasında olduğumuza işarədir. Qeyri-adi işlər baş verməkdədir. Bütün bunlar ancaq müsbət istiqamətdədir. Böyük geopolitik danışıqlar məxfiliklə aparılır. Şübhəsiz, Dağlıq Qarabağ probleminin dinc həllinə aiddir. İnşallah, yaşayarıq və görərik...

Bizə Gəncə ilə hədə-qorxu gəlmək istəyənlər Putinlə Trampın görüş ərəfəsi baş qaldırmaq istədilər.
- Sizcə nəyə görə məhz Gəncə hədəf seçildi?

- 2011-ci ilin 23 dekabrında ölkə başçısının sərəncamına əsasən Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində Nizami Gəncəvi adına mərkəz təsis olunub. Qurumu dünyanın ən nüfuzlu və siyasi xadimlərindən təşkil olunmuş beynəlxalq heyət idarə edir. Bir çox ölkələrin eks baş nazirləri, eks prezidentləri bu qurumun ən fəal üzvləridir. Söhbət həm də olduqca ağıllı, düşünülmüş şəkildə həyata keçirilən Azərbaycan dövlətinin lehinə lobbiçilikdən gedir.

Gəncənin icra başçısı Elmar Vəliyev həmişə Nizami Gəncəvi adına beynəlxalq mərkəzin tədbirlərində çox böyük fəallıq göstərib. O, həmişə çalışıb ki, Gəncə şəhərinə səfər edən yüksək çinli qonaqlar yeniliklər görsünlər. Açığı o buna nail olub.

Nizami Gəncəvi elə bir şəxsiyyət olub ki, bəşəriyyət hələ də ondan bəhrələnməkdədir. Bəziləri onu öz adlarına çıxmaq üçün əldən-ayaqdan gedirlər. Lakin Azərbaycan dövlətinin gördüyü əməli işlər müxtəlif ölkələrdə daha şairə ucaldılan abidələr kimlərdəsə qısqanclıq yaradır. Bütün dünya təsdiqləyir ki, Nizami Gəncəvi Azərbaycan xalqının dahi şairidir. Bu məsələlərdə ermənilər var qüvvələri ilə çalışıblar ki, Nizami Gəncəvini başqa xalqların nümayəndəsi kimi qələmə versinlər.

- Konkret faktlara istinad edə biləsinizmi?

- 1845-ci ildə Nizami Gəncəvinin "Leyli və Məcnun” əsəru Fridrix Şarmua tərəfindən fransızca tərcümə edilib. Lakin bədnam ermənilərin fitnəkarlığından bu tərcümə üzə çıxmır. 1932-ci ildə Fransanın paytaxtı Paris şəhərində Pol Ojenin rəhbərliyi ilə "XX əsrin Larusu” adlı altı cildlik ensklopediya nəşr edilib. Həmin ensklopediyanın V cildində Nizami Gəncəviyə aid məqalə var. Məqalədə qeyd olunur ki, Nizami - Nizaməddin Əbu Məhəmməd – İlyas İbn Yusif Azərbaycanın mistik şairidir. O, 1140-cı ildə Gəncədə anadan olub. 1203-cü ildə isə orada vəfat edib.

Bu məqalədə şairin doğulduğu və vəfat etdiyi illər düzgün verilməyib. Digər səhv isə "Xosrov və Şirin” əsərindəki "Şirin” surətinin yunan qızı kimi qələmə verilməsidir.

1948-ci ildə yenə Paris şəhərində Pol Ojenin rəhbərliyi ilə "Dünyəvi Larus” adlı iki cildlik ensklopedik lüğət çap edilib. "Dünyəvi Larus”un 309-cu səhifəsində (II cild) Nizami Gəncəviyə aid məqalə verilib.

Yazılıb ki, Nizami ən məşhur İran şairlərindən biridir. O, 1040-cı ildə Qumda anadan olub. 1023-cü ildə də orada vəfat edib. Çox maraqlıdır ki, eyni şəxsin rəhbərliyi ilə nəşr olunan ensklopediyalarda "gah nala, gah da mıxa vurulur”. Nizami Gəncəvinin baş daşını oğurlayıb aparanlar dünyanı kimlərinsə sifarişi ilə çaşdırmaqdadırlar.

Heydər Əliyev Fondunun Parisdə keçirdiyi silsilə tədbirlər, Yenisey Sarayının restavrasiyası və s. kimi mühüm işlər çox təqdirə layiqdir.

Xalqımız bilməlidir ki, ölkəmiz həm də mədəni irslərimizə qarşı edilən terrorla da mübarizə aparır. Dahi şairimizin baş daşı şübhəsiz ki, tapılacaq. Ermənilər və havadarları isə məğlubiyyətin dadını yaxınlarda görəcəklər.
Sosial şəbəkələrdə paylaş: