“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin açılış mərasimi keçirildi Soydaşlarımız Alim Nəbiyevə dəstək üçün Parisə gedirlər Ramil Usubov və Mədət Quliyev vəzifələrindən azad edildi- YENİ TƏYİNATLAR ADTGT Bosniya və Herseqovinada Dağlıq Qarabağla bağlı rəsmi görüşlərə başladı
Rusiya Azərbaycanlıları İttifaqının növbədənkənar iclası keçirilib Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib
Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq” Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu



» » “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi.


“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi.

18-07-2018, 07:47
Oxunma sayı: 1804
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsində nəzərdə tutulmuş növbəti görüş, 17.07.2018-ci il tarixdə, Macarstan Dövlətinin, Azərbaycandakı səfirliyində Səfirliyin 1-ci müavini cənab Dr.Laszlo Nakkın, layihənin rəhbəri Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova və sədir müavin Hafiz Osmanovun iştirakı ilə keçirilərək “Qarabağ dünən və bu gün” layihəsi səfirliyin əməkdaşları ilə müzkirə oldu.
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi.
Tahirə Məmmədova səfirliyin rəhbərliyinə həyata keçirilən layihənin məqsədi haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində, Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri arasında təbliğat–təşviqat işləri apararaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və tarixi həqiqətlərimiz beynəlxalq ictimaiyyətinə çatdırmaqdır. Sonra Tahirə Məmmədova Səfirliyin əməkdaşlarına Dağlıq Qarabağda Ermənilərin törətdikləri vəşiliklər haqqında ətraflı məlmat verdi. Sonda T. Məmmədova urək ağrısı ilə qeyd edərək bildirdi ki, 26 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükəli güllə mərmi atəşləri altında qorxulu, həyacanlı günlər yaşayarlar və dinc əhalimiz hər gün şəhid verir.
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi.
Səfir müavini cənab Dr.Laszlo Nakkın Qarabağ mövzusunda maraqlı faktlarla və fikirləri qeyd edərək, Macarastan dövlətinin və xalqının Qarabağ münaqişəsi haqqında geniş məlumatları olduğunu bildirdi. Macarastan dövlətinin Azərbaycanın ərazi bütöylüyünü tanıdığını bildirərək öz fikirlərini səmimi şəkildə ifadə etdi.
Səfir müavini öz çıxışınında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təsüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. Sonra o, iki dost ölkənin münasibətlərinin qorunub saxlanması və gələcəkdə bütün sahəlrdə inkişafı üçün əllərindən gələni edəcəklərini vurğuladı.
Sosial şəbəkələrdə paylaş: