“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin açılış mərasimi keçirildi Soydaşlarımız Alim Nəbiyevə dəstək üçün Parisə gedirlər Ramil Usubov və Mədət Quliyev vəzifələrindən azad edildi- YENİ TƏYİNATLAR ADTGT Bosniya və Herseqovinada Dağlıq Qarabağla bağlı rəsmi görüşlərə başladı
Rusiya Azərbaycanlıları İttifaqının növbədənkənar iclası keçirilib Xalqın xilaskarı mövzusunda elmi-praktik konfrans keçirilib. Sağlam gələcək sağlam qidadan başlayır Ucar rayonunda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib
Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq” Etna vulkanı yenidən püskürüb Fəaliyyətə başladılar 24media.az SON DƏQİQƏ Hərbi qulluqçumuz şəhid oldu



» » Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”


Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”

7-07-2018, 23:57
Oxunma sayı: 1663
Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”
“Deputat Fəzail Ağamalının dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə “İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?” deyir. Fəzail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini vərəqləsə, məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər”.

Turkustan.info xəbər verir ki, bu sözləri Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev həmkarı Fəzail Ağamalının E.Hüseynovun güllələnməsi ilə bağlı məlum müsahibəsinə münasibət bildirərkən deyib: “Elə də böyük olmayan 7 il ərzində ölkədə ikinci bir şəhər tapılmaz ki, Gəncə kimi inkişaf etsin. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub. İstənilən vaxt şəhər sakinləri İcra başçısına problem və müraciətləri ilə bağlı müraciət ediblər. “Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim” deyən Fazail Ağamalıdan xahiş edərdik ki, məmur-vətəndaş münasibətlərinin ən yaxşi nümunəsi olan Gəncə şəhərində mütəmadi keçirilən vətəndaş qəbulları nəzərdən keçirsin və Gəncədə həyata keçirilən müsbət işlərə kölgə salmasın”.
Sosial şəbəkələrdə paylaş: