Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən » Respublik.info
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib Qlobal istiləşmə intiharların sayını daha da artıracaq
Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO



» » Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

7-07-2018, 22:12
Oxunma sayı: 611
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən













İyulun 7-də Ucar Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev iştirak edib.


Əvvəlcə şəxsi heyətlə görüşən nazir müavini daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından onları salamlayıb, ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşıdırılması istiqamətində mühüm işlər görülüb, onlarca yeni obyektlər tikilərək istismara verilib. Nazir müavini deyib ki, Ucar Rayon Polis Şöbəsinin yeni binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür. O, əmin olduğunu bildirib ki, əməkdaşlar bu ali diqqət və qayğıya sabitliyin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işinə verdikləri töhfələrilə cavab verəcəklər.

Məlumat verilib ki, 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 2584 kvadratmetrdir. Müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib, yeməkxana və digər yardımçı sahələr istifadəyə verilib, həyətdə su anbarı tikilib. Yeni tikilidə 55 xidməti otaq, 133 yerlik akt zalı var. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Sonra tədbir iştirakçıları yeni binanın Növbətçi hissəsinə, xidməti otaqlara, xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Yerinə baxıb, binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimizin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Çıxış edənlər RPŞ-nin şəxsi heyətinin iş şəraitinin daha da yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət edəcək və ən müasir standartlara cavab verən yeni inzibati binaya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Yeni inzibati binanın açılışında Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədov iştirak edib.
Sosial şəbəkələrdə paylaş: