Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ
Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.
Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür



» » “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Pakistan Səfirliyində davam edib


“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Pakistan Səfirliyində davam edib

30-06-2018, 00:07
Oxunma sayı: 1365
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Pakistan Səfirliyində davam edib




































Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsində nəzərdə tutulmuş növbəti görüş, 29.06.2018-ci il tarixdə, Pakistan İslam Dövlətinin Azərbaycandakı səfirliyində, Pakistan İslam Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Navid Ancum, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova, sədir müavinləri Politoloq Rauf Mükümov, Hafiz Osmanovun və Pakistandan ölkəmizə gəlimiş nümayəndələrin iştirakı ilə keçirilərək “QARABAĞ DÜNƏN VƏ BU GÜN” layihəsi səfirliyin əməkdaşları ilə müzkirə oldu.

“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri və layihənin direktoru, Tahirə Məmmədova İrak dövlətinin rəhbərliyinə həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində dünya ictimayətinə çatddırmaq üçün, Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri arasında təbliğat–təşviqat işləri apararaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və tarixi həqiqətlərimiz beynəlxalq ictimaiyyətinə çatdırmaqdır.

Tahirə Məmmədova xusis ilə statistik məlumatlarla bildirdi ki, 1988-1993 və 2016-cı illər ərzində Ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən dövlətlərin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox adam (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Ermənistanda yaşayan 300 min nəfərə yaxın azərbaycanlı öz doğma yurdlarından son nəfərədək zorla qovulmuşdur. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır. Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların taleyi bu günədək məlum deyil.
Görüşdə iştirak edən Politoloq Rauf Mükümov və Hafiz Osmanov qeyd edərək bildirdi ki, 26 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar. Güllə, mərmi atəşləri altında qorxulu, həyacanlı günlər yaşayarlar, dinc əhalimiz hər gün şəhid verir.

Pakistan İslam Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Navid Ancum qonaqları salamladı. Sonra o, xususi ilə qeyd edərək bildirdi ki, Pakistan və Azərbaycan dövlərlərinin xalqları arasında dostlug birlik çox gedimden başlayibdır. Pakistan Dövləti Qarabağda olan hadisələrinin tarixini yaxşı bilir. Buna görədə Qarabağ müharibəsi başlayan ilk gündən bu Qarabağ məsələsində Azərbaycan dövlətini dəstəkləyən ilk dövlətdir və bundan sonrada dost öklə kimi həmişə bütün sahələrdə, xüsusilə də Qarabağ mövzusunda hər an Azərbaycan dövlətinin yanında olduğunu və Azərbaycana dəstək verməyi, dayaq olmağı özümüzə müqəddəs borc bilirik” deyərək öz fikirlərini səmimi şəkildə ifadə etdi.

Səfir müavini Navid Ancumöz çıxışınında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təsüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. Sonra o, qonaqlara Pakistan və Azərbaycanın işıqlı gələcəyi naminə haqq və ədalətin bərpa olunması, iki dost ölkənin münasibətlərinin qorunub saxlanması və gələcəkdə bütün sahəlrdə inkişafı üçün əllərindən gələni edəcəklərini vurğuladı.
Maraqlı və səmimi söhbətdən məmnun qalan cənab səfir görüşdən şad olduğunu bildirdi və birliyin işlərində uğurlar arzuladı. Səfirliyin rəsmiləri AİMƏİB-in sədri Taxhirə xanıma layihəni dəstəklədiklıərini və gələcəkdə də bu xətt üzrə sıx əməkdaşlıq edəcəklərini bildirdilər.

Tahirə Məmmədova da öz növbəsində, səmimi görüş üçün, Pakistan İslam Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Navid Ancuma və Səfirliyin əməkdaşlarına öz dərin təşəkkürünü bildi.
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Pakistan Səfirliyində davam edib
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Pakistan Səfirliyində davam edib
Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi
Sosial şəbəkələrdə paylaş: