Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » “Çörək də götürə bilmədik” – 25 ildir torpaq həsrəti ilə yaşayanlar – VİDEO


“Çörək də götürə bilmədik” – 25 ildir torpaq həsrəti ilə yaşayanlar – VİDEO

20-06-2018, 12:34
Oxunma sayı: 84
“Çörək də götürə bilmədik” – 25 ildir torpaq həsrəti ilə yaşayanlar – VİDEO

Kəlbəcərdən məcburi köçkün olan 69 yaşlı Səriyyə Salmanova 25 ildir torpaq həsrəti ilə yaşayır.

ARB 24 həmin yaşlı qadından reportaj hazırlayıb.

Bu faciə onun həyatında ağrılı-acılı izlər qoyub. Deyir, o gecə göyün üzündə güllələr yağış kimi yağanda tərk edib ev-eşiyini.

Səriyyə Salmanova (məcburi köçkün): “Allaha and olsun çörək də götürə bilmədik. Hamımız traktorun içində getdik. Traktorun sepi Murovun başında açıldı. Onu təzədən düzəltdik, yola davam etdik”.

Səriyyə Salmanova ailəsi ilə birlikdə Kəlbəcərdən Yevlaxa pənah aparıb. Bir müddət orada yaşadıqdan sonra Bakıda Rabitə Kollecinin həyətində məskunlaşıb. Uzun illərdir bu daxmada yaşayır. Ermənistanın hərbi təcavüzü nəticəsində həm işğalçı ölkənin ərazisindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox soydaşımız qaçqın düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda, 1600 məntəqədə müvəqqəti məskunlaşıblar. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevrilib.

Müharibə şəraitində yaşayan Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən Dövlət Proqramları nəticəsində onların həyat şəraitini yaxşılaşdırmaq mümkün olub. Prezident İlham Əliyev verdiyi vədə əməl edərək, ölkə ərazisində çadır şəhərciklərinin ləğv edilməsinə nail olub. Qaçqın və məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılır, yeni qəsəbələr salınır. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması, Bakıda və Abşeronda yeni binaların tikilməsi dövlətin bu istiqamətdə göstərdiyi əzmi nümayiş etdirir.

Qaçqın və məcburi köçkünlər onlara yaradılan şəraitdən razı qalsalar da, öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Amma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri və beynəlxalq təşkilatların yürütdüyü ikili standartlar nəticəsində bu, hələ arzu olaraq qalır. Birləşmiş Millətlər Təşkilatının son məlumatına görə, dünyada qaçqınların sayı rekord həddə - 68 milyon 500 minə çatıb. Onların sayı 3 milyon nəfər çoxalıb.

Qaçqınların 40 milyonu öz ölkəsinin daxilində yerini dəyişənlərdir. Yerdə qalanlar isə bir sıra ölkələrin - xüsusi ilə də Livan, Pakistan və Uqandanın vətəndaşıdır. Münaqişələr səbəbindən dünyada hər dəqiqə 20 insan evini tərk etmək məcburiyyətində qalır. Onların problemlərinə diqqəti yönəltmək üçün hər il iyunun 20-i Dünyada Qaçqınlar Günü kimi qeyd edilir. Amma Birləşmiş Millətlər Təşkilatının bu təşəbbüsü təəssüf ki, yetərli deyil. Səriyyə Salmanova kimi milyonlarla qaçqın və məcburi köçkün doğma yurd-yuvasına qayıdacağı günü gözləyir.

Sosial şəbəkələrdə paylaş: