Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi. MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ Tofiq Hüseynzadə GƏNCLƏRİN LİDERİ
Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək. Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi. Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb.



» » Zakir Həsənov: "Azərbaycan Ordusu döyüşə tam hazırdır"


Zakir Həsənov: "Azərbaycan Ordusu döyüşə tam hazırdır"

20-06-2018, 10:08
Oxunma sayı: 66
Zakir Həsənov: "Azərbaycan Ordusu döyüşə tam hazırdır"

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib.

BiG.AZ-ın məlumatına görə, Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.

“Mexanikləşdirilmiş tağım hücumda” mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar tağım və manqa komandirləri rolunda çıxış edib, məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.

Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib.
Təlim məşqlərin sonunda Zakir Həsənov poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

Nazir Ali Baş Komandan İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.

Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını cavablandırıb.
Sosial şəbəkələrdə paylaş: