Aytac Vidadiqızının ögey anası: “Atasının ölümünə səbəb qızıdır”+Video » Respublik.info
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI
Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib Qlobal istiləşmə intiharların sayını daha da artıracaq
Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO



» » Aytac Vidadiqızının ögey anası: “Atasının ölümünə səbəb qızıdır”+Video


Aytac Vidadiqızının ögey anası: “Atasının ölümünə səbəb qızıdır”+Video

18-06-2018, 14:49
Oxunma sayı: 41
Aytac Vidadiqızının ögey anası: “Atasının ölümünə səbəb qızıdır”+Video
ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Aytac Vidadiqızı olub.

Axşam.az xəbər verir ki, proqramda sənətçinin ögey anası şok iddialar səsləndirib:

“Bunlar həmişə mənim evimdə olan insanlar idi. Vidadi Bərdəli ölüb, o demək deyil ki, qardaşınızı danasınız. Eyni soyadı daşıyırsız. Aytac, sən bizim evə də gəlmisən, biz yası eyni evdə vermişik. Vidadi Aytacla danışmayıb, onun oxumağına qarşı olub. Deyib ki, bir oxuyan var. Qızımın müğənni olmağını istəməyib. Amma Aytac mənim əziyyətimi yerə vurub. Mənim oğlumun Aytacla danışmamasına səbəb onun haqqında olan söz-söhbətlərdi, onun hərəkətləridi. Bir dəfə evdən qaçmaq söhbəti oldu. Oğlum Aytaca zəng vuranda başqa bir oğlan telefonu götürdü. Oğlum da əsəbiləşdi. Vüqar ilk dəfə Bakıya gələndə mən saxlamışam. Vidadi 5 il onların anası ilə danışmayıb. Mənim molla kəbinim də var. Atanın adı ilə şöhrətlənirsən amma oğlunu saymırsan. Vidadinin ölməyinə səbəb sən Aytac olmusan”.

Qardaşları ilə birgə efirə gələn Aytac, ögey anası tərəfindən səsləndirilən fikirlərdən təngə gəldiyini bildirərək bu məsələyə son qoymaq istədiyini bildirib:

“Xanım çox emossional danışır. Baxan deyər ki, yazıqdır. Amma o, bizim ailəmizə zülmlər verib. Sən deyildin bizim balkona daşlar atan? Atamı anamdan ayırmaq istəyirdin. Tuncay zəng edəndə telefonu yoldaşım götürüb. Mənim haqqımda nə şayə ola bilər ki? Ürəyin nə qədər istəyir danış”.

Sosial şəbəkələrdə paylaş: