Azərbaycanlıların qatili olan erməni generala daha bir şok: oğlu da istefa verdi » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » Azərbaycanlıların qatili olan erməni generala daha bir şok: oğlu da istefa verdi


Azərbaycanlıların qatili olan erməni generala daha bir şok: oğlu da istefa verdi

18-06-2018, 14:39
Oxunma sayı: 43
Azərbaycanlıların qatili olan erməni generala daha bir şok: oğlu da istefa verdi
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saxladığı deputat, general Manvel Qriqoryanın oğlu Karen Qriqoryan mer vəzifəsindən istefa verib.

Modern.az xəbər verir ki, Vaqarşapat şəhər meri Karen Qriqoryan özü Facebook sosial şəbəkəsindəki səhifəsində bu haqda yazıb: "Mən - Karen Qriqoryan, öz xahişimlə istefa verirəm".

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryanı ötən gün saxlayıb.

Bu hadisə ilə əlaqədar iki cinayət işi çərçivəsində eyni zamanda axtarışlar aparılıb, nəticədə xeyli sayda qanunsuz saxlanılan silah-sursat tapılıb:

"Erkrapa" kümüllü veteranlar ittifaqının sədri, general-deputat Manvel Qriqoryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq, qanunsuz silah-sursat əldə edib və saxlayıb. Axtarış işləri çərçivəsində, generala məxsus bağ evində, digər yerlərdə xeyli sayda silah-sursat tapılıb. Manvel Qriqoryan Konstitusiyanın 96-cü maddəsinə uyğun olaraq, ölkə prezidentinə deputatın saxlanıldığı barədə dərhal məlumat verilib.

Son günlər onun oğlunun mer vəzifəsindən getməsi tələb olunsa da, ata-bala buna dirəniş göstərirdi.

General Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryana məxsus mülkdə və istirahət zonasında aparılmış axtarışın nəticələrini də təqdim edib.

Axtarış bu iş üzrə başlanmış Cinayət Məcəlləsinin 235-ci maddəsi (qanunsuz silah dövriyyəsi) çərçivəsində aparılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, M.Qriqotyana məxsus istirahət zonası silah anbarına çevrilib, orada onlarla retro və müasir avtomobillər, motosikletlər və aeroxizəklər tapılıb. Aşkarlana bir neçə xizəkli-tırtıllı avtomobillər 2016-cı ilin aprel müharibəsi zamanı ordu üçün nəzərdə tutulubmuş. Burada həmçinin Rusiya erməni icmasının Ermənistan ordusuna hədiyyə etdiyi təcili yardım maşını və digər texnikalar da üzə çıxıb. Məlum olub ki, Manvel Qriqoryan həmin maşınları öz qohumlarının adlarına rəsmiləşdirməklə xüsusi avtopark yaradıb.

Generala məxsus bağın ərazisində ərzaq anbarı, dərman deposu, hərbi geyimlər, külli miqdarda "əsgər payı" tapılıb.

Məlum olub ki, tapılan mallar əslində 2016-cı ilin aprel müharibəəsi zamanı ön cəbhəyə göndərilməliymiş

Tapılan şeylərin arasında vətəndaşlar tərəfindən ön cəbhəyə göndərilməsi üçün verilmiş çoxlu sayda qatılaşdırılmış süd, makaron, konservləşdirilmiş ət və kartof, tomat pastası, gigiyena əşyaları da aşkarlanıb.

Axtarış zamanı Manvel Qriqoryanın malikanəsində 79 tüfəng, 39 tapança, 12.300 ədəd müxtəlif çaplı patron müsadirə edilib.

Generalın malikanəsində xüsusi zooparkın olduğu, orada pələng, ayı, dəvəquşuların saxlanıldığı, cıdır meydanının yaradıldığı da müəyyənləşdirilib.

Məlum olub ki, Manvel Qriqoryan aprel müharibəsi günlərində əsgərlər üçün nəzərdə tutulmuş ərzağı öz zooparkının heyvanlarına yedizdirirmiş.
Sosial şəbəkələrdə paylaş: