Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi. MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ Tofiq Hüseynzadə GƏNCLƏRİN LİDERİ
Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək. Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi. Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb.



» » Manvel Qriqoryan ordu üçün ayrılan humanitar yardımı da “yeyibmiş”


Manvel Qriqoryan ordu üçün ayrılan humanitar yardımı da “yeyibmiş”

18-06-2018, 14:33
Oxunma sayı: 51
Manvel Qriqoryan ordu üçün ayrılan humanitar yardımı da “yeyibmiş”
Xəbər verildiyi kimi, Ermənistan parlamentinin deputatı, Füzuli və Cəbrayıl rayonlarının işğalını gerçəkləşdirən 5-ci briqadanın keçmiş komandiri, general Manvel Qriqoryan həbs edilib.

Azərbaycanlı əsirlərə qarşı işgəncə verilməsi ilə ad çıxarmış erməni cəlladın həbsinə etiraz əlaməti olaraq Eçmiədzində etiraz aksiyaları keçirilib.

İyun ayının 17-də isə Qriqoryanın tərəfdarları Ermənistanın Milli Təhlükəsizlik xidmətinin binası qarşısındakı etiraz aksiyasından sonra İrəvanın Avan-Nor-Nork rayonlarınn ümumi yurisdiksiyasındakı birinci instansiya məhkəməsinə doğru hərəkət ediblər.

Məlumat üçün qeyd olunur ki, Manvel Qriqoryan 1988-1992-ci illərdə Dağlıq Qarabağda Eçmiədzin dəstəsinin tərkibində olub. O, 1999-cu ildən yarımhərbi “Yerkrapa” ittifaqına sədrlik edir.

Manvel Qriqoryanın vəkili Qurgen Qriqoryan erməni mediasına verdiyi müsahibədə xüsusi xidmət orqanlarının hərəkətlərindən şikayət edəcəklərini söyləyib.

Manvel Qriqoryana qarşı Ermənistan Cinayət Məcəlləsinin 235-ci maddəsinin 2-ci hissəsi ilə (odlu silah, sursat, partlayıcı maddələrin və qurğuların qeyri-qanuni olaraq əldə edilməsi, toplanması, mühafizə olunması və daşınması) ittiham elan edilib.

Lakin dünən Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdəki açıqlaması ilə işə yeni rəng qatıb. N.Paşinyan Facebook-dakı hesabında Manvel Qriqoryanın həbsinin təkcə onda silah aşkar edilməsi ilə bağlı olmadığını yazıb.

Paşinyanın qeyd etdiyinə görə, Manvel Qriqoryan həm də 2016-cı ilin aprel ayındakı döyüşlərdə yaralanan hərbçilərə ayrılan humanitar yardımı da mənimsəyərək “yeyib”.

Ermənistanın baş naziri bəyan edib ki, Manvel Qriqoryan erməni məktəblilərinin əsgərlər üçün topladığı ərzağı ələ keçirib və onu öz heyvanlarına, ayılarına və pələnglərinə yedirib.

“Kifayət qədər əsaslı şübhələr var ki, M.Qriqoryan Qarabağda yaşayan ermənilər, habelə ordu üçün nəzərdə tutulan yardıma əl qoyub. Manvel Qriqoryanın evində, habelə ona məxsus ərazilərdə aparılan axtarışlar bu şübhələri təsdiq edib”, - Paşinyan qeyd edib.

Paşinyan əlavə edib ki, Manvel Qriqoryan ordu üçün nəzərdə tutulan texniki vasitələri, o cümlədən hərbi maşınları da ələ keçirməkdə şübhəli bilinir.

Nikol Paşinyan Manvel Qriqoryanı “qəhrəman” adlandırsa da, heç bir qəhrəmanın məktəblilər tərəfindən toplanılan yardmı mənimsəməyə haqqı olmadığını da yazıb.
Sosial şəbəkələrdə paylaş: