Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Tezliklə “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək "İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş Prezidentin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə növəti görüşü keçirib. “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi
Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub Daşqın Gülməmmədov: Ramiz Həsənov, Eldar Həsənov, Qüdsi Osmanov və bəziləri Rusiya casuslarıdır. “Gənclərə Qayğı” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı “Gənclərin Töhfəsi” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı



» » Kənd təsərrüfatının inkişafına dair layihə icra olunur.


Kənd təsərrüfatının inkişafına dair layihə icra olunur.

13-06-2018, 23:00
Oxunma sayı: 443
Kənd təsərrüfatının inkişafına dair layihə icra olunur.


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Regionlarda Ekoloji Tarazlığın Tənzimlənməsi İctimai Birliyinin təşkilatçılığı ilə Ucar rayonunda “Kənd təsərrüfatının inkşafında gənclərin sahibkarlıq təşəbbüslərinin əhəmiyyəti ilə bağlı təlimlərin keçirilməsi” layihəsi çərçivəsində ilk təlim keçirilib.
Layihənin əsas məqsədi region gənclərinin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə kömək etməklə onların kiçik biznes quruculuğuna həvəsləndirilməsi və kənd təsərrüfatnın inkişafında rolunun artrılmasından ibarətdir. Ucar rayonunda keçirilən görüşdə kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclər, gənc sahibkarlar, gənc fermerlər, QHT-lərin fəal üzvləri, regionlarda biznes layihələrin həyata keçirilməsinə maraq göstərən və dəstək olan aqrar kredit təşkilatlarının, yerli icra hakimiyyəti və rayon Gənclər və İdman idarələrinin nümayəndələri iştirak ediblər. Layihə haqqında təlim iştirakçılarına Layihənin rəhbəri, “Regionlarda Ekoloji Tarazlığın Tənzimlənməsi İctimai Birliyinin sədri Ülvi Qəhrəmazadə ətraflı məlumat verdi. Layihə çərçivəsində iştirakçı gənclərə “biznesə necə başlamalı”, biznes idarəçiliyi mövzusunda təlimlər keçrilmiş, onlara "biznes plan, onun hazırlanma qaydası”, innovativ biznes ideyalar, Startap layihələr, Biznes inkubatorlar və onların təklif etdiyi xidmətlər haqqında rayon Kənd Təsərrüfatı İdarəsinin müdir müavini Seymur Nəsirov, rayon Tarix Diyarşunaslıq Muzeyinin direktor müavini Nəzakət Qasımova, Gələcək İntelektual İnkişafa Yardım İctimai Birliyinin üzvü Elvin Mahmudov və Gələcək İntelektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov geniş məlumatlar veriblər. Gənclər həmçinin biznes üçün elektron xidmətlər təklif edən "Elektron Hökumət" portalı və digər maarifləndirici biznes portallarla, faydalı internet resursları ilə tanış olublar.
Kənd təsərrüfatının inkişafına dair layihə icra olunur.
Kənd təsərrüfatının inkişafına dair layihə icra olunur.
Kənd təsərrüfatının inkişafına dair layihə icra olunur.
Kənd təsərrüfatının inkişafına dair layihə icra olunur.
Kənd təsərrüfatının inkişafına dair layihə icra olunur.
Kənd təsərrüfatının inkişafına dair layihə icra olunur.
Sosial şəbəkələrdə paylaş: