İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib Ermənistan silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub Layihə çərçivəsində 2-ci təlim keçirildi Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər! İlan sancan adama bunu etsəniz zəhər qana keçməz - Həkimə qədər! Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür
Arıqladır, təbii antidepressantdır… Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK Zərərli vərdişlər beyin xəstəliyidir… Selena qorxu obrazında - Fotolar



» » Komitə: Gömrük rüsumlarında artım yoxdur


Komitə: Gömrük rüsumlarında artım yoxdur

13-06-2018, 14:09
Oxunma sayı: 44
Komitə: Gömrük rüsumlarında artım yoxdur
Azərbaycanda gömrük rüsumları malın dəyərinin maksimum 15%-i qədərdir və bu sahədə artım yoxdur".

"RESPUBLIKA INFO" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov deyib.

O, ölkədə bəzi mallara spesifik rüsumların tətbiq edildiyini bildirib: "Məhsuldan asılı olaraq 15% və yaxud 10% gömrük rüsumu tətbiq edilə bilir. Gömük rüsumları dərəcələrinə görə 3 qrup - advalor, spesifik və kombinə edilib. Sonuncu adından göründüyü kimi, əvvəl qeyd edilən hər iki dərəcə növünü özündə birləşdirir. Spesifik rüsumlar xüsusilə spirtli içki, tütün məhsulları, avtomobillərə tətbiq edilir. Digər məhsullara isə advalor rüsumlar tətbiq edilir".

Ə.Hüseynov mövsümi gömrük rüsumları barədə də danışıb: "Bu üsumlar xüsusilə kənd təsərrüfatı məhsullarına, maksimum 15% olmaqla və maksimum 6 ay müddətinə tətbiq edilir".

Ə.Hüseynov kərə yağına qoyulan dövlət rüsumunun 15%-dən 10%-ə endirildiyini də xatırladıb.
Sosial şəbəkələrdə paylaş: