Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik?
Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO
Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib Zakir Qaralov 8 rayonun sakinlərini qəbul edəcək Azərbaycan - İsrail matçının hakimləri açıqlandı



» » Kamandan oxatma üzrə ölkə çempionatı keçirilib


Kamandan oxatma üzrə ölkə çempionatı keçirilib

13-06-2018, 13:19
Oxunma sayı: 56
Kamandan oxatma üzrə ölkə çempionatı keçirilib
Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə Bakıda oxatma üzrə ölkə çempionatı keçirilib. Hövsan Olimpiya Kompleksində təşkil olunan birincilikdə 3 yaş kateqoriyası üzrə qızlar və oğlan idmançılar yarışıb. Açıq havada keçirilən və iki gün davam edən çempionat gərgin və maraqlı mübarizə ilə müşayiət olunub.

Böyüklər arasında kişilərdə Cahan Musayev, qadınlarda Yaylagül Ramazanova ölkə çempionu adını qazanıblar. Yeniyetmə yaş kateqoriyasında oğlanların birincisi Sahib Abilov, qızlarda isə Nəzrin Zamanova olub. Uşaqlar arasında Əli Süleymanov və Aytən Hüseynzadə qalib olublar. Çempionlara, həmçinin 2-ci və 3-cü yeri tutmuş oxatanlara diplomlar və “AS Qrup İnvestment” şirkətlər qrupu tərəfindən pul mükafatları təqdim olunub.

Kamandan Oxatma idmanı Olimpiya İdman növləri sırasına daxildir. “AS Qrup İnvestment” ARKOF-un rəsmi sponsorudur.
Sosial şəbəkələrdə paylaş: