“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » “QARABAĞ DÜNƏN VƏ BUGÜN”


“QARABAĞ DÜNƏN VƏ BUGÜN”

3-06-2018, 23:00
Oxunma sayı: 164
“QARABAĞ DÜNƏN VƏ BUGÜN”


1988-1993-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 1 miliyondan çox adam (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçgün vəziyyətinə düşmüş, Azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir.
Hərbi təcavüz Azərbaycanın 17 min km məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 7 min sənayi və kənd təsərrüfatı obiyektinin, 700 təhsil, 665səhiyyə ocağının, 800 km aftomabil yolunun, 160 körpünün, 23 min km su və 15 min km elektirik xəttinin dağıdılmasına səbəb olmuşdur.
Təzavüskar ermənilər ərazilərdə olan 22 tarixi muzeyi və 4 rəsim qaleriyasını, tarixi əhəmiyyəti olan 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir əhəmiyyətli 40 min muzey sərvəti və ekspanatı talan olunmuş, 44 məbəd və 9 məscid dağıdılmışdır. 927 kitabxanada 4,6 mln. Kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
Erməni diasporasının beynəlxalq aləmdə apardığı yalan və iftiralarla dolu təbliğat nəticəsində bir sıra dövlətlərin qondarma erməni soyqırımını tanıması, çox hallarda isə bəzi dövlətlərin və tanınmış qeyri-hökümət təşkilatlarının ermənilərə müxtəlif təyinatlı yardımları və dəstək göstərmələri ilə nəticələnir. İşğalçı dövlətin təbliğat maşını dünyanın aparıcı mətbuatında, məşhur axtarış sistemlərində, vikipediyada Azərbaycan torpaqlarının “qədim Ermənistan” ərazilərinə aid olduğu barədə yalan məlumatlar yerləşdirilərək geniş təbliğ olunur.
Son vaxtlar erməni lobbisi tərəfindən dünya mediasında və sosial şəbəkələrdə Azərbaycana qarşı qara piar kampaniyası aparılır. Faciə bundadır ki, dünya miqyasında Azərbaycanın yaxın və uzaq tarixi, Qarabağ həqiqətləri və həmçinin mədəni abidələri, milli mahnı və çalğı allətlərin, mətbəxti ermənilər tərəfindən saxtalaşdırılaraq özünüləşdirmək istiqamətində təbliğat aparılır.
Qarabağda Xocalı şəhəri və Xocəvənd rayonu erməni işğalçıları tərəfindən işğal edilib yandırılıb xarabalığa çevirildikdən sonra milli və mədəni ekspanatı, tarixi müzeyləri və xalqımızın cənnət güşəsi kimi tanıdığımız Qədim Şuşa şəhəri işğal edildi. Daha sonra Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ardıcıl planlı surətdə bu iyrənc və dəhşətli siyasətin qurbanı oldu.
Qarabağda şəhərlərimiz, kəndlərimiz xarabalığa çevrildi, soydaşlarımız vəhşicəsinə qətilə yetirildi, qədim mədəniyyət abidələrimiz, tarixi torpaqlarımız yad bir xalqın əsarətinə keçərək, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, qanunsuz iqtisadi fəaliyyət, tarixi abidələrimizin dağıdılması və özgəninkiləşdirilməsi, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan davam edir.
Bu gün erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqların, beynəlxalq qanunlara zid olaraq ermnilər tərəfindən şəhər və kəndlərin, yaşayış məskənlərinin adları dəyişdirilərək erməniləşdirilir. Işğal olunmuş torpaölarımızda ermənilər tərəfindən qanunsuz kilsələr və başqa obyektler tikillərək YUNESKO tərəfindən qorunması üçün siyahıya alınır. Bu da o deməkdir ki, gələcəkdə bu torpağların ermənilərə məxsus olmasını sübut etməsidir.
Artıq 26 ilddir ki, Erməni dövlətinin beynəlxalq insan hüquqları normalarına məhəl qoymayaraq insani hərəkətlərə sığmayan vəhşiliyə və vandaliziminə hələ də beynəlxalq təşkilatlar göz yumur işlərini isə boş boş bəyanatlar verməklə bitmiş hesab edirlər. Birləşmiş Millətlər Təşkilatlar Birliyinin 26 ildən artıqdır çıxardığı qərar isə Ermənistan dövləti tərəfindən sadəcə bir kağız parçası kimi sayılmaqda davam edir.
Qarabağ vətəndaşlarının yaşlı nəsilinin çoxusu oz doğma dədə baba yurd-yuvalarından didərgin düşdükləri üçün bu dərdə dozə bilmədiylərindən onlar vaxtsız dünyalarını dəyişirlər.
Ən faciəsi və acısı budurki 26 ildir ki, Xocalı şəhəri və Xocəvənd rayonu işğal edilərkən erməni quldurları tərəfində əsir götürülmüş ana və bacılarımız hələ də ermənilərin əlindədir. Onlara insanlığa sığmayan işkəncələr verilir, azərbaycanlı əsir və girov qadınlardan zorla uşağlar doğuzdurularaq onlar azarbaycan xalqına qarşı düşmən kimi öyrədərək böyüdürlər.
Dədə, babalarımızın bizə qoyduğları yurd yuvalarımız xarabalığa çevirilib, doğmalarımızın dəfn olunduqları məzrlıqlarımız insani hərəkətlərə sığmayan vəhşiliklərlə dağıdılımışdır.
Qarabağda yaşayan ərazilərdə bugün də soydaşlarımız hər gün təhlükəli vəziyətdə qüllə mərmi altında qoprxu həyacanlı günlərini yaşayırlar.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması azərbaycan dövlətinin və ictimaiyyətin ən mühüm vəzifələrindən biridir.
Qeyd etdiyimiz problemlər aktual problemdir və problemilərin həllinə yaxından kömək etmək məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi, 01 may 2018-ci il–cı il tarixindən, 31 iyul 2018-ci il tarıxinə kimi, “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layi¬hə¬sini həyata keçirir.
Həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycan dövlət siyasətinə dəstək verərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində dünya ictimayətinə çatddırmaq üçün, Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri ilə əməkdaşlıq edib təbliğat işləri apararaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ həqiqətlərini və tarixi həqiqətlərimiz beynəlxalq ictimaiyyətinə çatdırmaqdır.
Layihə çərçivəsində həmçinin, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəliklərinə əsil həqiqətləri çatdırmaq üçün, Avropa dövlətlərinin, Birləşmiş Millətlər Təşkilatları Təhlükəsizlik Şurasının elektron ünvanlarına tarixi faktlar və məlumatlar göndərilərilərək beynəlxalq ictimayyət məlumatlandırilacaqdır.
Ümüd edirik ki, “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞIN DÜNƏNI VƏ BUGÜNÜ” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsi və layihəndə çap olunmuş “QARABAĞ DÜNƏN VƏ BUGÜN” haqqında məlumat kitabı sayəsində, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəliklərinə əsil həqiqətləri çatdırmaqla, Birləşmiş Millətlər Təşkilatları Təhlükəsizlik Şurasına, Azərbaycan dövlətinə və Dağlıq Qarabağın Azərbaycan İcmasına ictimai dəstək veriləcəkdir.

“QARABAĞ DÜNƏN VƏ BUGÜN”


Məmmədova Tahirə Məhi qızı,
“Azərbaycan-İraq Mədəni Əlaqələr”
İctimai Birliyinin sədri


Sosial şəbəkələrdə paylaş: