“Qarabağın dünəni və bugünü” mövzusunda ictimai müzakirələrin aparılacaq Azərbaycanda bu ərazidən qızıl axır - FAKT ŞOK! Peyğəmbərin məzarını açdılar - İçindən çıxanlar inanılmazdır - VİDEO Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO
“WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto
Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib



» » Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü


Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

19-04-2018, 20:55
Oxunma sayı: 182
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü


Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
İbtidai icma dövrü adlandırılan çox qədim zamanlardan başlayaraq bəşər övladının bu dünyada yaşayışı nəinki izsiz ötməmiş, əksinə, o, özündən sonrakı nəsillərə çox şeylər söyləyəcək maddi və mənəvi mədəniyyət qoyub. Dünya xalqlarının keçmişi, həyat tərzi onun tarixi abidələrində və yerlərində təcəssüm olunur. Nələrsə bu günümüzə bütöv gəlib çatıb, nələrdənsə xarabalıqlar qalıb, nələrsə öz izini yalnız nağıllarda, əfsanələrdə saxlayıb.
18 aprel - "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə 2018-ci il aprel ayının 18-də Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ucra rayonu üzrə abidə mühafizəçiləri tərəfindən rayonda yerləşən bir neçə abidə önündə tədbir təşkil edilib. Tədbirdə şəhər məktəblərinin müəllim və şagird kollektivi, Heydər Əliyev Mərkəzinin və Tarix Diyarşunaslıq Muzeyinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayon Heydər Əliyev parkında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Abidə mühafizəçisi Fatimə Əliyeva "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" haqqında məlumat verərək qeyd etdi ki, Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Daha sonra O, tədbir iştirakçılarına abidə haqqında məlumat verdi və abidə önünə gül dəstələri qoydular. Tədbir iştirakçılarının növbəti ziyarəti Ucar şəhəri Heydər Əliyev prospekti 57 ünvanında yerləşən Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi oldu. Abidə mühafizəcisi abidə haqqında tədbirdə iştirak edənlərə ətraflı məlumat verdi. Tədbir iştirakçıları daha sonra "Şəhidlər Xiyabanı"nda ucaldılmış,1994-ci ildə tikilmiş "Şəhid anası" adlı monumental abidəsini ziyarət etdilər. Abidə mühafizəçisi abidənin tarixi və Azərbaycan anasının böyüklüyü haqqında tədbir iştirakçısına geniş məlumat verdi. O, abidələrin insan həyatına rolundan, onların mühafizəsində birgə işin təşkilindən danışdı və abidələrin mühafizəsi hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd etdi.
Çıxış edən qonaqlar da “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə bağlı fikirlərini bildirdilər. Qeyd edildi ki, Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Ucar rayonunun abidə mühafizəçiləri üzrə məsul şəxsi Əliyeva Fatimə

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Sosial şəbəkələrdə paylaş: