Misirdə 36 nəfərə ölüm cəzası verilib » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » Misirdə 36 nəfərə ölüm cəzası verilib


Misirdə 36 nəfərə ölüm cəzası verilib

13-04-2018, 23:43
Oxunma sayı: 171
Misirdə 36 nəfərə ölüm cəzası verilib
İsgəndəriyyə Hərbi Məhkəməsi 2017-ci ildəki kilsə bombalamaları səbəbindən 36 nəfəri ölüm hökmünə məhkum edib.

Oxu.Az xəbər verir ki, 2017-ci il aprel ayında İsgəndəriyyə və Tantada olan iki kilsəyə keçirilən hücumlardan dolayı məhkum olunmuş 36 nəfərə ölüm cəzası verilib.

Məhkəmə Misir qanunlarına görə, 36 nəfərin edamı haqqında məlumatı qərara almazdan öncə müftiliyə göndərib.

Məlumatda qeyri-qanuni təşkilata üzv olan müttəhimlərin dövlət qurumlarının vəzifələrini yerinə yetirmələrinə mane olmaq və vətəndaşların şəxsi azadlığına hücum etmək kimi məsələlər qeyd olunub. Həmçinin məhkəmə müttəhimlərdən üç nəfəri partlayıcı maddə istehsalı, silah istifadə etməkdə günahlandırıb.

Qeyd edək ki, 2017-ci ilin aprel ayında Tantada Corc Kilsəsinə və İsgəndəriyyədəki Marks Kilsəsində həyata keçirilən bombalı hücumda 46 nəfər həyatını itirib.

Hücumların məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Sosial şəbəkələrdə paylaş: