GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI


GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI

13-04-2018, 21:59
Oxunma sayı: 148
GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI


Aprelin 13-də Ucar rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Heydər Əliyev Parkında təntənəli mərasim keçirilmişdir. Çağırışçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Mərasim Heydər Əliyev Mərkəzinin önündə davam etmişdir.

Respublik.info xəbər verir ki, Dövlət Himni səsləndikdən sonra Rayonun icra hakimiyyətinin, SHXÇDX-nın rayon şöbəsinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, yerli qurumların rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, müəllim və şagirdlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi, polkovnik Rafiq Qədirov vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
Sonra Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Byramov, Valideynlərdən Mehman Quliyev çıxış edərək öz ürək sözlərini bildirmişlər. Çağırışçı gənclərdən çıxış edən Anar Manafov və Əli Xəlilov Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirilər və bu borcu şərəflə yerinə yetirəcəklərinə söz verdilər.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra şagirdlərin hazırladığı musiqili kompozisiya ilə davam etdi. Onların hazırladığı bayram ruhlu rəngarəng proqram tədbirə daha xoş ovqat bəxş etdi. Sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək, musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşmüşlər.

GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI
GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI
GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI
GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI
GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI
GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI
GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI
GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI
GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI
Sosial şəbəkələrdə paylaş: