Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » Azərbaycan XİN Edvard Nalbandyanın iddialarına cavab verdi


Azərbaycan XİN Edvard Nalbandyanın iddialarına cavab verdi

12-12-2015, 17:40
Oxunma sayı: 648
Azərbaycan XİN Edvard Nalbandyanın iddialarına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın iddialarına cavab verib.

Respublika.info APA-ya istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş siyasəti və hətta həmsədr dövlətlərin prezidentləri səviyyəsində verilmiş bəyanatların mahiyyətini təhrif etməkdən belə çəkinməməsi Minsk qrupu formatına qarşı ən böyük hörmətsizliyin nümunəsidir.

O qeyd edib ki, Ermənistan bu siyasətini 3-4 dekabr 2015-ci il tarixində ATƏT-in Belqradda Nazirlər Şurasının keçirildiyi və Minsk qrupu həmsədrlərinin xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli ilə əlaqədar bəyanatla çıxış etdikləri bir vaxtda cəbhədə vəziyyəti gərginləşdirməklə bir daha nümayiş etdirib: "Ümumiyyətlə, BMTnizamnaməsinə zidd olaraq, güc tətbiq etmək və qanlı etnik təmizləmə törətməklə, Azərbaycanın ərazilərini işğal etməsi və münaqişə ilə əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə məhəl qoymaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər törətməsi, o cümlədən Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələrin vandalizmə məruz qoyması Ermənistanın beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa qarşı hörmətsizlik və etinasızlığının ifrat göstəricisidir".
Sosial şəbəkələrdə paylaş: