"Kişi kimi mübarizə aparın" - Emin Seyidov » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » "Kişi kimi mübarizə aparın" - Emin Seyidov


"Kişi kimi mübarizə aparın" - Emin Seyidov

7-04-2018, 21:21
Oxunma sayı: 393
"Kişi kimi mübarizə aparın" - Emin Seyidov
Xaricdə bəzi qüvvələrin millət vəkili Adil Əliyevin əleyhinə apardığı antikampaniya birbaşa dövlətçiliyimizə qarşı yönəlib.

Avrasiya.net xəbər verir ki, bu sözləri tanınmış idman ictimaiyyətçisi, "Qarabağ" İdman Klubunun prezidenti Emin Seyidov bildirib.

"Neçə gündür ki, sosial şəbəkədə müşahidə aparıram. Xaricdə olan bəzi ünsürlər birbaşa ölkə rəhbərinin, AKF prezidenti, millət vəkili Adil Əliyevin, vitse-prezident Güloğlan Cabbarovun ünvanına söyüşlər yağdırırlar, onlarla kişiyə yaraşmayan mübarizə aparırlar. Onlar bununla da düşmən dəyirmanına su tökürlər. Görünən mənzərə odur ki, mübarizəni normal, sivil qaydada aparan bilməyənlər ailə tərbiyəsi görməmiş bir qrup zümrədir. Kimlərinsə, nəyinsə xatirinə xaricdə oturub Azərbaycan, onun şərəfli, qeyrətli övladlarının ünvanlarına söyüşlər söyləmək nakişilikdir. Bu söyüş və təhqirlər təkcə ayrı-ayrı fərdlərin ünvanlarına deyil, bütövlükdə xalqa, millətə ünvanlanıb".

E.Seyidov onu da əlavə edib ki, söyüş söymək, təhqir etmək mübarizə metodu deyil: "Söyüş söymək acizlik, qorxaqlıq əlamətidir, zəiflər bu üsuldan istifadə edir. Kişilərdə söyüşdür, arvadlarda qarğış. Hər ikisinin faydalı əmsalı bərabərdir".
Sosial şəbəkələrdə paylaş: