“Qarabağın dünəni və bugünü” mövzusunda ictimai müzakirələrin aparılacaq Azərbaycanda bu ərazidən qızıl axır - FAKT ŞOK! Peyğəmbərin məzarını açdılar - İçindən çıxanlar inanılmazdır - VİDEO Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO
“WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto
Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib



» » Erməniçilik zehniyyətinin törətdiyi 31 Mart Soyqrımı


Erməniçilik zehniyyətinin törətdiyi 31 Mart Soyqrımı

31-03-2018, 20:58
Oxunma sayı: 538
Erməniçilik zehniyyətinin törətdiyi   31 Mart Soyqrımı
İki yüz ildən artıqdır ki, “Böyük Ermənistan” xülyası ilə Azrəbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən erməniçilik zehniyyəti İnsanlıq tarixinə qara bir ləkədir.
Tarix boyu erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirlər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur. 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir.
Cənubi Qafqaz bölgəsində sülhün, siyasi sabitliyin, birgəyaşayış qaydalarının təhlükə mənbəyinə çevrilən və terroru dövlət səviyyəsində dəstəkləyən “Ermənistan Respublikası” tarixən bu coğrafiyada törətdikləri qanlı olayları yenidən dirçəldir, günahsız insanlara, qocalara, uşaqlara qarşı soyqırım siyasətindən əl çəkmək istəmir. Həyasızcasına Qondarma erməni soyqrımını dünyaya tanıtmağa çalışan erməni faşizmi həqiqətdə tarixən terror, qeyri sabitlik mənbəyi rolunu oynamışdır. Əslində ermənilərin kimliyini Əhməd bəy Ağaoğlu 1905-ci ildə onların üzlərinə qarşı uzaqgörənliklə təsvir edirdi : “Biz müsəlmanlar bu halətdə davam etməyəcəyik və aşkar deyirik ki, hərgah işlər belə gedərsə, nə qədər Qafqazda bir elə terror dəstələri hökm edərsə, Qafqazda asayiş bərpa olunmayacaqdır. Qafqazda olan mənsəb sahibləri və hakimlərin çoxu erməni terorundan qorxub ədalət və insaf ilə iş görmürlər”. Bəli bu gündə bu tendensiya nə yazıq ki, davam etməkdədir. Erməni hərbi birləşmələrinin öz siyasi-hərbi havardarlarının köməyi ilə Azərbaycanın tarixi Qarabağ torpaqlarını işğal edərək, bölgədə etnik-təmizləmə siyasətini həyata keçirib, Dağlıq Qarabağ və ətraf bölgələr nəzarətsiz zonaya çevrilib. Dünyada qəbul olan beynəlxalq hüquq normaları, insan hüquqları ilə bağlı qanun və deklorasiyalar erməni terroru qarşısında öz gücünü itirməkdədir.
Ermənilər soyqırım siyasətini tarix boyu tək insan resurslarını məhv etmək üzərində həyata keçirmirdi, həmçinin Azərbaycan xalqının milli mətbuat orqanlarını, milli təsisatlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların izlərini tarixdə yaşanmamış kimi göstərməyə çalışır, planlarını bu əsasda qururdular. O acı tarixi oxuyub-araşdırdıqca erminlərin necə məkirli, necə iyrənc siyasət peşində olduqlarını görmək elə də çətin deyil.
1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Qubada, Şamaxıda, İrəvanda, Lənkəranda, Astarada, Neftçalada, Salyanda və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı təkcə on minlərlə insan qətlə yetirilməmişdi,eyni zamanda milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alınmışdı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Qurani Kərim kitabı oda qalandı. Milli məfkurə məbədi olan “İsmailiyyə” binası yandırıldı, Təzə pir məscidinin minarəsi top atəşi ilə dağıdıldı. Həmin hadisələri gözləri ilə görən, “Kaspi” qəzetində mürəttib kimi çalışmış, əslən Maştağadan olan Seyidağa Axundzadə yazır ki, “İsmailiyyə” binasına od vuran “Daşnakstyun” firqəsi silahlıları sonra qəzet redaksiyalarına hücum etdilər. “Azərbaycan” qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri “Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyəti təsvir edilir.
Erməniçilik zehniyyətinin törətdiyi   31 Mart Soyqrımı
Daşnaksütyun Partiyası tərəfindən 1917-ci ildə planlaşdırılan, bolşeviklərlə birgə həyata keçirilən 31 mart qırğını Azərbaycan xalqının milli mənəvi dəyərlərinə, tarixi yaddaşına, ziyalılarına qarşı mənəvi soyqırım idi. Azərbaycan xalqının mədəniyyətinə vurulan bu ağır yaraları o dövrün qələm sahibləri “mədəni zərbə” adlandırırdılar. Bəli bu vəhşiliklər şanlı tarixi mədəniyyəti olan Azərbaycan mədəniyyətinə çox ağır zərbə olmuşdur. 1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq anadilli mətbu orqan fəaliyyət göstərməsinə baxmayaraq, qətliamdan sonra yalnız “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu. “Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və başqa ana dilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf edir. Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat bürosunun qərarı ilə “mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. “Kaspi”, “Bakı”, “Bakinets”, “Vesti Baku” menşeviklərin “Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu. Tiflisdə nəşr olunan anadilli mətbuat orqanlarını çıxmaq şərtilə Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın15-i, Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı. Rus İnqilablarını böyük məharətlə faydalanan Erməni gücləri tarixi məqsədlərini bu dəfə Bolşevizm bayrağı altında reallaşdırmağa Başladılar. Elə ki, 1918-ci ilin Mart ayından etibarən Bolşevik inqilabını təsis etmək adı ilə ”Mədəni zərbə” ilə yanaşı dinc əhalinin də Azərbaycan torpaqlarında kütləvi qırğınına başladılar. Xüsusilə 1918-ci ilin mart ayının son üç günündə şiddət tətbiqləri öz zirvəsinə çatdı və Bakıda 12 minə yaxın günahsız insan öldürüldü.
Erməniçilik zehniyyətinin törətdiyi   31 Mart Soyqrımı
















Bu qırğınlar Azərbaycanın Şamaxı, Quba, Qarabağ, Naxçıvan vilayətlərində və indiki Ermənistanın adı çəkilən Zəngəzur və İrəvan əyalətlərinin ərazilərində həyata keçirilib və 120 minə yaxın adamın həyatına son qoyuldu. İnsanlıq tarixinin qara ləkəsi olan ermənilərin iyrənc əməlləri bunlarla bitmirdi. 1919-cu il martın 30-da Bakıda nəşr olunan «Azərbaycan» qəzetində (rus dilində) Şamaхı hadisəsi ilə bağlı «Şamaхının son günləri» başlığı altında çap olunan yazıda qeyd olunurdu ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə 1918-ci ilin yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər arasında müsəlmanların əleyhinə geniş əks – təbliğat aparmağa başlamışdılar. Onlar yalnız ermənilər arasında deyil, eyni zamanda molokan və yəhudilər arasında da təbliğat aparmışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu bir yerdə yaşayan molokan və yəhudilərlə bir dəfə də olsun yerli azərbaycan əhalisi arasında qarşıdurma yaranmamışdı. Bunun əksinə bolşevik-daşnak dəstələri 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kəndi tamamilə məhv edərək, Quba şəhərini talanlara və yanğınlara məruz qoymuş, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.
Bəs necə olur ki, sayca az olmaqlarına baxmayaraq bu vandalların erməniçilik zehniyyəti bütün işləri eyni zamanda planlaya bilir? Heç şüphə yoxdur ki, icraatçı rolunu oynayan bu dığaların başında hər zaman türklərin milli iradəsindən, şanlı tarixi keçmişindən və gələcəyindən qorxan havadarları dayanır.
2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi Xatirə Kompleksi ucaldılıb. Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Yüzillər soyqırım və terrorlarla “Böyük Ermənistan”ı yaratmaq xülyası Ermənilər üçün bir xülya olaraq qalsa da, bu gün şanlı tarixi keçmişinə bağlı müstəqil Azərbaycan Respublikası Qafqazın lider dövləti kimi dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasındadır. Bu hərtərəfli inkişaf indi dünyanın istənilən nəhəng dövlətlərini Azərbaycanla ikitərəfli əməkdaşlıqda maraqlı etməkdir. Heç şüphə yoxdur ki, Ermənilərin tarixi təxribatları, terror, soyqırım siyasətləri, qeyri sabitlik mənbəyi rolunu oynaması onların bir gün yenidən yox oluşuna səbəb olacaqdır.

Gələcək İntellektual İnkişafa Yardım ictimai Birliyinin
Sədri Kazım Məmmədov
Sosial şəbəkələrdə paylaş: