Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri


Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri

30-03-2018, 10:55
Oxunma sayı: 373
Azərbaycan Xalq Cümhuriyyəti  dövründə dövlət-din münasibətləri
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası müsəlman dünyasında ilk dəfə olaraq müstəqil və demokratik respublikanın yaradılmasını elan etdi. Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində milli və dini məsələlərlə bağlı aşağıdakı müddəalar öz əksini tapmışdır:
1. Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər. Şərqi və cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.
2. Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır.
3. Azərbaycan Demokratik Respublikası bütün millətlər,xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalşır.
4. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşları vətəndaşlıq və siyasi hüquqlarla təmin edir.
5. Azərbaycan Demokratik Respublikası öz ərazi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir.
6. Müəssisələr məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan müvəqqəti hökümət duru.
1918-ci il iyunun 17-də hökümət təsis olundu, milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı və N.B.Yusifbəyli bu quruma rəhbər təyin olundu. Nazirlik dərhal din xadimləri və dini qurumlarla sıx əməkdaşlığa başladı. Ölkənin parlamentində Azərbaycanın milli, dini tərkibi nəzərə alındı, müsəlmanlara 80, xiristianlara 35 yer ayrıldı, özü də ən çox yer ermənilərə verildi. Onları parlamentdə 21 deputat təmsil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti höküməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. Azərbaycanın müstəqilliyinin elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi. Şeyxulislam Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər. XMDEN-nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Gəncəyə köçdülər və könüllü olaraq 1918-ci ilin sentyabrın 1-də vahid orqanda birləşdilər. Sentyabrın 7-də XMDEN bu qərarı təsdiq etdi və Bakı 1918-ci ildə bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi buraya köçürüldü. Demokratik respublikada dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı, hərbi hissələrdə “hərbi molla” vəzifəsi təsis olundu. Respublika rəhbərliyi bu məsələyə xüsusi önəm verdi və ciddi nəzarətdə saxladı. Hərbi din xadimlərinin fəaliyyətinə nəzarəti isə Müdafiə Nazirliyi və dini idarə tərəfindən həyata keçirildi.
Dini təyinatlı məkanların əksəriyyəti xalqın məşvərət yerinə çevrilmişdi, din xadimləri isə milli oyanışa dəstək verirdilər. Ona görə də mart ayının 31-də müsəlman əhalisinə qarşı soyqırımına başlayan daşnak-bolşevik birləşmələri XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də milli şüurun oyanmasında, elmi-dini maarifçiliyin təbliğində xüsusi rola malik möhtəşəm memarlıq abidələrindən biri olan “İsmaliyyə” binasını, “Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, orada yenicə çap olunmuş Qurani-Kərimin 5 min nüsxəsini yandırıb külə döndərdilər.
1918-ci ilin mart qırğınları günlərində və ondan sonrakı dövrdə soyqırımına məruz qalmış on minlərlə müsəlmanın dəfn mərasimlərinin təşkilinə, müsəlmanların təşkilatlanmasına və müxtəlif qabaqlayıcı tədbirlərin görülməsinə Təzəpir məscidi rəhbərlik etdi.
1918-ci ilin oktyabrında Pişnamazzadənin təşəbbüsü ilə həm şiə, həm də sünni cərəyan başçılarının yığıncağı keçirildi. Müfti Hüseyn Qayıbzadə 1917-ci ildə dünyasını dəyişdiyindən və bu, çar Rusiyasının dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini İdarənin yığıncağında işçilər tərəfindən seçilən Mustafa Əfəndizadə icra edirdi. Mustafa Əfəndi Pişnamazzadə ilə yaxın münasibətdə idi və uzaqgörən, millətini sevən, müdrik şeyxülislama dərin hörmət bəsləyirdi. 1918-ci ilin 30 oktyabrında şeyxülislamın imzası ilə hökümətə 367 №-li təkliflər məktubu ünvanlandı. Təkliflər 4 bölmədən ibarət idi:
1. Azərbaycan Cümhuriyyəti hüdudlarında “Məşixət-i İslamiyyə” adlı ruhani idarəsi təsis edilsin və ona Türkiyədə mövcud olan Məşixət kimi tam müstəqillik verilsin;
2. 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən birinə şeyxülislam, digərinə müştəşar, yaxud müşavir adı verilsin;
3. Şeyxülislam iclaslarda iştirak etmək hüququ qazanaraq rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;
4. Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi məsələlərin həll edilməsi məqsədi ilə bizim də iştirakımışla fövqəladə yığıncaq çağırılsın.
Şeyxülislam M.Pişnamazzadə başda olmaqla ruhanilər bu çətin ideyanın təşəbbüsçüsü
oldular və sonra da onu həyata keçirdilər. Bununla məzhəb ayrılıqlarından istifadə edərək Qafqazda müsəlmanlar arasında düşmənçilik yaratmaq istətyən çar Rusiyasının siyasətinə son qoydular.
Bu Pişnamazzadənin müstəqil dövlətimizə göstərdiyi xidmətin nəticəsi idi. Belə ki, dini rəhbərlər hökümətin mövqeyni gözləmədən, özləri hər iki idarənin birləşdirilməsi və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Türkiyə nümunəsi əsasında “Məşixət” adı ilə yenidən qurulması təşəbbüsü ilə çıxış etdilər. 1918-ci il sentyabr tarixli birgə qərar ilə hər iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi.
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra Məşixətin Bakıya köçürülməsi qərara alındı. Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı 1918-ci il dekabrın 10-da idarənin sədri və şeyxülislam vəzifəsindən istefa verdi. Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə dekabrın 12-də Təzəpirin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam seçildi. Dini işlərin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı. Qafqaz müsəlmanlarının vahid idarəsi yaradıldı. Şeyxülislam Qafqaz müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini oldu.
1919-cu ili mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının bir illiyi milli bayram kimi qeyd olundu. Həmin gün xalqa müraciətində şeyxülislam Ağa Əlizadə deyirdi: “Azərbaycan yalınız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidə və fikrini şövqlə söyləmək və öz iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür.
Müstəqil tədris ocaqlarında, orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişir. Allah-Təalanın buyurduqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə inkişaf etdirmək olar.”
Şeyxülislam Ağa Əlizadə 1919-cu il sentyabrın 15-də Çəmbərəkənd qəbiristanlığında Bakının azad olunması uğrunda şəhid olan osmanlı və azərbaycanlı əsgərlərin məzarı önündə tarixi bir nitq söylədi. Bu mərasimdə Azərbaycanın dövlət, hökümət və parlament üzvləri iştirak edirdi. Şeyxülislam Ağa Əlizadə Azərbaycanın istiqlal yolunda şəhid olanlara Allahdan rəhmət dilədi və Qarabağ cəbhəsinə gedən yüzlərlə əsgəri Quranın altından keçirərək onlara vətəni şərəflə qorumağı dilədi. Milli hökümət 1919-1920-ci illərin 31 mart gününü Milli Qırğın günü kimi qeyd etdi. Şeyxülislamın göstərişi ilə həmin günlərdə Azərbaycanın bütün məscidlərində təziyələr təşkil olundu, ehsanlar verildi.
Azərbaycan Demokratik Respublikası milli ənənələrin qorunması, o cümlədən əhalinin dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atdı. Cümə günü istirahət günü elan edildi, dini bayram günlərində bütün dinlərin nümayəndələri işdən azad olundu. Hökümət din sahəsində də islahatlar həyata keçirdi. Hökümətin qərarı ilə ruhanilər və din idarələri büdcədən maliyyələşdi, dini vergilər də bilavasitə dövlət xəzinəsinə daxil oldu.

Ucar rayon Çiyni kənd “Hacı Ağamirzə” Məscidinin
Dini İcma sədri və axundu Zaur Eyvazov

Sosial şəbəkələrdə paylaş: