YAP Üzvü Haqsız Həbs Olunmaq Təhlükəsi Qarşısında » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » YAP Üzvü Haqsız Həbs Olunmaq Təhlükəsi Qarşısında


YAP Üzvü Haqsız Həbs Olunmaq Təhlükəsi Qarşısında

29-03-2018, 12:57
Oxunma sayı: 337
YAP Üzvü Haqsız Həbs Olunmaq Təhlükəsi Qarşısında
Koroğlu MMC-in ittihamı ilə təqsirləndirilən Əliyev Rauf Hidayət Oğlunun Nümayəndəsi, Zeynalov Samir Şahbaz oğlu tərəfindən saytımıza ünvanlanmış müraciəti təqdim edirik

Hörmətli Cənab Prezident!
Sizə olan müraciətimə şərait yaradan maddi səbəblərdən dolayı tam məsuliyyətimlə deyə bilərəm ki, bu gün dəhşət içərisindəyəm və sizə ümid edirəm. Çünki uzun müddətdir nümayəndəsi olduğum xalqımız, dövlətimiz və vətənimiz Azərbaycan üçün layiqli vətəndaş, ətrafında olanlar üçün dost və sirdaş olmağı bacarmış, ictimai-siyasi fəaliyyəti, bacarığı və savadı ilə çoxsaylı insanların etimadını qazana bilmiş, ehtiyyacı sahibi olan bir çox şəxsə öz səxavətini göstərməyi bacarmış Azərbaycan Respublikasının nümunəvi vətəndaşı, Yeni Azərbaycan Partiyasının üzvü Əliyev Rauf Hidayət oğlu bu gün həm özünün, həm də mənim ədalətinə, obyektivliyinə, qərəzsizliyinə şəksiz inandığı məhkəmə qarşısında haqsızcasına və qeyri-qanuni itthamın predimenti olmaqla mühakimə olunur. Mühakimə qanuna deyil, mənsub olduğu xalqına xidmət etməklə məsul olan lakin xalqına xəyanət etmək yoluna üz tutmuş mənfur imtiyaz sahiblərinin maraqlarına xidmət edir. Belə ki, nümayəndəsi olduğum və günahsızlığına şübhəsiz inandığım Əliyev Rauf Hidayət oğlu bu gün bir zamanlar işçisi olduğu, maddi və mənəvi mənafeyinə əvəzsiz töhvələr bəxş etdiyi, 100-lə işçisinin həyatını məhv edən, insanları intihara sürükləyən,qurama ittihamlarla həbs etdirən, ailələr dağıdan, dövlətimizin maliyyə dayaqlarına sarısdıcı vergidənyayınma zərbəsi vuran, vaxtı keçmiş məhsulları ilə millətimizin, xüsusilə azyaşlı nümayəndələrinin zəhərlənməsinə laqeyidlik nümayiş etirən və konkret olaraq insanların gələcəyi üzərində gələcək, zərəri üzərində mənfəət, kədəri üzərində rahatlıq əldə edən KOROĞLU MMC rəhbərliyi tərəfindən ənənəvi qərəzə, prinsipiallığa, qeyri-mənəvi düşüncəyə və qeyri-hüquqi əməllərə diqqət göstərilərək mənimsəmə faktında günahkar hesab edilir. Lakin 11 aydan artıq davam edən məhkəmə baxışı müddətincə nümayənəıdisi olduğum şəxsin günahkar olmasına dəlaət edən cüzi bir fakt belə mövcud deyil. İttihamın əsaslı olması üçün Əliyev Rauf Hidayət oğluna qarşı ibtidai araşdırma dövründə heç bir mötəbər sübutlara, onun əleyhinə qoyula bilməsi hüquqi cəhətdən mümkün ola bilən sənədlərə istinad edilməyib. Maraqlısı isə budur ki, mövcud ittihamın gerçəkləşməsi üçün 2016-cı ildə “KOROĞLU MMC” rəhbərliyi- şəxsən Tahir Əliyev tərəfindən ərazi aidiiyyəti üzrə Sabunçu Rayon prokuroluğuna müraciət etsə də, ittiham hüquqi cəhətdən əsassız olduğundan Əliyev Raufa qarşı cinayət işi açılmamışdır. Məhz bundan sonra Tahir Əliyev çəkisi tonlarla ifadə olunan qeyri-rəsmi sənədləri ona hamilik edən Baş Prokurorluq yanında Korrupsiya Qarşı Baş Mübarizə İdarəsinə göndərmiş və burda bu gün onun qanun xaricində mühakiməsinə zəmin yaradan qondarma cinayət işinin başladılmasına tərəddüdsüz təşəbbüs göstərilmişdir. Sayı bəlli olmayan neçə-neçə ailənin bədbəxt olmasına, gənclərin intiharına, dözülməz həyat tərzlərinə baiskar olan “KOROĞLU MMC” rəhbərliyinin cinayətkar əməllərinə ortaq olan yüksək imtiyaz sahiblərinin qanunçuluğa , milli mənsubiyyətlərinə, reketçi şirkət rəhbərliyinin əməllərindən ibarət mövcud reallığa son dərəcə laqeyidliyi böyük təəssüf və hiddət doğurmaqdadır. Özünü toxunulmaz hesab edən “Koroğlu MMC” rəhbərliyi zaman-zaman cinayətkar əməllərini həyat keçirmək məqsədilə Prezident admistrasiyasının, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin birinci müavini Bəylər Əyyubovun adını çəkərək işçiləri üzəridə qorxu dolu avtoritar idarəçilik gerçəkləşdirmişdir. İşçilər satılmayan mallar səbəbindən borclandırılmış,bununla da qanunsuz borcların ödənilməsinə fiziki və mənəvi yollarla təhrik edilmiş, bəzi işçilər isə döyülərək barələrində rüsvay edici video material hazırlanmışdır. Koroğlu MMC-in bu cinayətkar imici ilə irəli sürdüyü təşəbbüs sayəsində istər Rauf Əliyevi mühakimə edən Bakı Ağır Cinayətlər Məhkəməsinə, istərsə də prokuroluq strukuruna dövlətimizə və xalqımıza müştərək qayda da misilsiz zərər vuran şirkət rəhbərliyinin əməlləri agah olmasına baxmayaraq nəticədə günahkar deyil, günahsız müqəssir hesab olunur və müqəssir hesab edilən, əməlində cinayət tərkibi olması qanunla sübuta yetirilməmiş YAP üzvü Əliyev Rauf Hidayət oğlu yaxın müddət ərzində həbs edilmək təhlükəsi qarşısındadır. Çünki ilk növbədə Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinə istinad etməklə məhkəmə baxışı müddətincə ədalətli mühakimə tələb edən Əliyev Rauf Hidayət oğlu tərəfindən təmin edilməsi itthamın əsaslı və əssasız olması baxımından zəruri olan məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi haqqında vəsatət, daha doğrusu qanun naminə təkrarlanan vəsatətlər səbəbsiz olaraq təmin edilməmişdir. Bununla da Əliyev Rauf Hidayət oğlu bu gün olmaqla ədalətli mühakimə olunmaq hüququndan məhrumdur və Azərbaycan Respubliksının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, insan hüquq azadlıqları haqqında konvensiya və Azərbaycan Respublikasının Konstitusiyası heç bir ədalət mühakiməsinin təmsilçisi olan hakimə vətəndaşı xüsusilə bu hüququndan məhrum etməyə dair səlahiyyət tanımır. Bu səbəbdən dolayı belə hesab edirəm ki, mövcud vəziyyət Azərbaycada hüquqi dövlət quruculuğunun inkişafına və sizin məhkəmə hakimiyyətinin təmsilçilərinə olan tövsiyənizlə ziddiyyət əmələ gətirir. Hesab edirəm ki, nümayəndəsi olduğum və sizin siyasi strategiyanızı, ölkəmizə etdiyiniz rəhbərliyi sözdə yox, əməldə təqdir edən və dəstəkləyən Əliyev Rauf Hidayət oğlu üçün ədalətin təcəlli olmasın da köməyinizə ehtiyyacımız var və ümid edirəm ki, aidiyyatı qurumlara verdiyiniz vacib göstərişlərdən sonra özbaşınalıqlarından, cinayətkar əməllərindən usanmayan “Koroğlu MMC” rəhbərliyi barəsində qanuna müvafiq tədbirlər görüləcək.
Diqqətinizə görə minnatdarlığımı bildirirəm.:

Əlaqə:0514311657
Sosial şəbəkələrdə paylaş: