Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir” Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışma AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ “Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb
Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur? Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb “Tarxin izində ” başlıqlı təlimin yekun tədbiri keçirilib
QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO



» » Bakıda Afrin Zəfəri Festivalı olacaq


Bakıda Afrin Zəfəri Festivalı olacaq

25-03-2018, 12:44
Oxunma sayı: 598
Bakıda Afrin Zəfəri Festivalı olacaq
Martın 28-də Bakıda Afrin Zəfəri Festivalı olacaq.

Tanınmış iş adamı, “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklunun təşəbbüsü ilə Bakıda Afrin zəfərinə həsr olunan festival keçiriləcək. Festivalda Azərbaycanın və Türkiyənin görkəmli dövlət rəsmilərinin, səfirlik nümayəndələrinin, millət vəkillərinin, media nümayəndələrinin və ictimaiyyətin tanınmış simalarının iştirakı gözlənilir.

Belə ki, qardaş Türkiyədən festivala gələn qonaqlar arasında Uşak millət vəkili Mehmet Altay, Kilis millət vəkili Reşit Polat, “ALT Yapım” başkanı Sacit Altun və başqalarının iştirak edəcəyi bidirilir.

Qeyd edək ki, 28 mart, saat 11-00-dan başlayan Afrin Zəfəri Festivalı bütün vətənpərvər insanların üzünə açıqdır. Festival Ziya Bünyadov prospektində yerləşən “Hanlı Pazar” Ticarət Mərkəzində keçiriləcək.

Məlumat üçün bildirək ki, festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunacaq.

“Okuklu Holdinq”in rəhbəri, vətənpərvər iş adamı Yılmaz Okuklu bildirib ki, şanlı Türk ordusunun qazandığı bu qələbə hər bir türk övladının qələbəsidir. “Türkiyə Prezidenti, hörmətli dövlət başçımız Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyəmizin terror mübarizəsində zəfər qazanması Türkiyə dövlətinin təhlükəsizliyinə xidmət edir. Bildiyiniz kimi, Türkiyə ordusu Suriyanın Afrin bölgəsində terrorçulara layiqli cavabı vermiş və Afrin zəfərinə imza atmışdır. Bir iş adamı olaraq bu tarixi zəfəri qeyd etməyi özümə borc bildim. Biz hər zaman əsgərimizin yanında olmalı, onlara maddi və mənəvi dəstək göstərməliyik. “Bir millət, iki dövlət” şüarına sadiq olaraq acımızı bölüşdüyümüz kimi, sevincimizi, qələbəmizi də bərabər bölüşməliyik. Bu gün qeyd etdiyimiz Afrin zəfərinin ardından Qarabağ zəfərini də qeyd etməyi arzu edirəm. Bütün vətənpərvər insanları belə tədbirlərdə fəal iştirak etməyə çağırıram. “Okuklu Holdinq” bundan sonra da vətənpərvərlik ruhunda olan bir çox tədbirlərə imza atacaq”, – deyə iş adamı Yılmaz Okuklu bildirib.

Qeyd edək ki, festivalda “EKO Avrasiya” qurumunun Azərbaycanda fəaliyyət göstərən ofisinin də təqdimatı olacaq.
Sosial şəbəkələrdə paylaş: