Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi. MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ Tofiq Hüseynzadə GƏNCLƏRİN LİDERİ
Daşqın Gülməmmədov: Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs verəcək. Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi. Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb.



» » Moskvada polisi avtomobillə vurub qaçan azərbaycanlı saxlanılıb


Moskvada polisi avtomobillə vurub qaçan azərbaycanlı saxlanılıb

21-03-2018, 21:04
Oxunma sayı: 130
Moskvada polisi avtomobillə vurub qaçan azərbaycanlı saxlanılıbMoskvada Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşının avtomobillə vuran azərbaycanlı saxlanılıb.

APA-nın "Moskva" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə martın 18-də axşam Komsomol meydanında baş verib.

Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşı "Hyundai Solaris" markalı avtomobili sənədləri yoxlamaq üçün saxlayıb. Sürücü polisin müşayiəti öz avtomobili ilə polis bölməsinə getməyə razılaşıb. Ancaq tezliklə aradan çıxmaq istəyən sürücünün qarşısını patrul avtomobilindən çıxan polis kəsmək istəyib. Ancaq sürücü avtomobillə polisi vurub və aradan çıxıb. Yerə yıxılan polis əməkdaşı əlindən xəsarət alıb. Sürücü hadisə yerindən qaçsa da, bu gün saxlanılıb.

Azərbaycan əsilli sürücüyə hakimiyyət nümayəndəsinə zorakılıq tətbiq olunması maddəsi ilə cinayət işi açılıb.
Sosial şəbəkələrdə paylaş: