“Qarabağın dünəni və bugünü” mövzusunda ictimai müzakirələrin aparılacaq Azərbaycanda bu ərazidən qızıl axır - FAKT ŞOK! Peyğəmbərin məzarını açdılar - İçindən çıxanlar inanılmazdır - VİDEO Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO
“WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto
Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib



» » Ağsuda dəhşətli qəzada ölənlərin hamısının kimliyi məlum olub


Ağsuda dəhşətli qəzada ölənlərin hamısının kimliyi məlum olub

16-03-2018, 21:40
Oxunma sayı: 193
Bu gün axşam saat 18:30 radələrində Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 6 nəfərin hamısının adı məlum olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, ölənlərdən 4-ü Siyəzən, 2-si Ağsu sakinləridir.

06-BC-365 dövlət nömrə nişanlı “VAZ 2106” və 54-BE-811 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Nazim Əliabbas oğlu, 1994-cü il təvəllüdlü Xankişizadə Mehdi Ağabala oğlu, 1992-ci il təvəllüdlü Bədəlov Orxan Fərhad oğlu, 1986-cı il təvəllüdlü Bayramov Pərviz Əlizahir oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı “VAZ 2106”nın sürücüsü, Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı aldıqları ağır bədən xəsarətlər səbəbindn hadisə yerində dünyasını dəyişib.

“VAZ 2107”nin sürücüsü, Ağsu sakini,1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

****

Ağsu rayonunda ağır yol qəzasında ölənlərdən ikisinin şəxsiyyəti məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, bunlar ər-arvad - 1962-ci il təvəllüdlü Teymurşah Sırac oğlu İsmiyev və 1961-ci il təvəllüdlü Mehparə Yarməmməd qızı İsmiyevadır.

****

Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 18.30 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.
Sosial şəbəkələrdə paylaş: