Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO
Gəncədə nə baş verdi? “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Malaziya Səfirliyində davam etdi. Ucarda qrant yeyənlər peyda olub Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”
Gəncə gəncləri sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İran Səfirliyində davam etdi. GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB



» » İrandan gətirilən saxta kosmetik preparatlar... - Şəbəkə


İrandan gətirilən saxta kosmetik preparatlar... - Şəbəkə

12-03-2018, 21:57
Oxunma sayı: 250
Son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, aparılmış ilkin istintaq-əməliyyat tədbirləri ilə İran İslam Respublikasının vətəndaşları Cahani Hiveh Chi Hamidin və Faxri Dameşgiyeh Xosronun Bakıda yaşadıqları ünvanların müəyyənləşdirilərək baxış keçirilən zaman həmin şəxslərin bu qəbildən qanunazidd əməlləri ifşa olunub.

Belə ki, Cahani Hiveh Chi Hamidin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatı, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün istifadə edilən yapışqan etiketlər və digər dərman preparatları aşkarlanaraq götürülüb.

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, hər iki şəxs həmin dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Cahani Hiveh Chi Hamid kuryer xidmətlərindən istifadə etdiyi qohumu - Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99 KP 072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkarlanaraq götürülüb.

Aparılmış istintaqla, həmçinin müəyyən edilib ki, İran vətəndaşı Qahremani Hafez Habib “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, qanunun həmin tələbini pozaraq, Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı 86b666-10 qeydiyyat nişanlı sərnişin avtobusu ilə 2018-ci il fevralın 21-də saat 11 radələrində İrandan Azərbaycana Astara gömrük keçid məntəqəsindən külli miqdarda malları - 100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

İstintaqla daha sonra müəyyən olunub ki, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmetoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövrdə müxtəlif vaxtlarda İrandan Azərbaycana Astara gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları – ümumilikdə 16 min 515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.

Faktlarla Cahani Hiveh Chi Hamid, Faxri Dameşgiyeh Xosro, Qahremani Hafez Habib və Abizadə İmran İbrahim oğlu dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malları və digər əşyaları külli miqdarda keçirmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub. Cahani Hiveh Chi Hamid və Abizadə İmran İbrahim oğlunun barəsində polisin nəzarəti altına vermə, Faxri Dameşgiyeh Xhosronun və Qahremani Hafez Habib barəsində isə həbs növündə qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə hərtərəfli, obyektiv və tam istintaq aparılmasının təmin edilməsi üçün həmin şəxslərdən götürülmüş müxtəlif növ dərman preparatlarının standartlara uyğun olub-olmamasının aydınlaşdırılması və həmin dərman vasitələrinin əldə edilmə mənbəyinin, satışın həyata keçirildiyi dairənin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirlərinin keçirilməsi təmin edilməklə, bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
Sosial şəbəkələrdə paylaş: