İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib Ermənistan silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub Layihə çərçivəsində 2-ci təlim keçirildi Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər! İlan sancan adama bunu etsəniz zəhər qana keçməz - Həkimə qədər! Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür
Arıqladır, təbii antidepressantdır… Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK Zərərli vərdişlər beyin xəstəliyidir… Selena qorxu obrazında - Fotolar



» » Varlıların ölümünə sevinənlər - Maddi çətinliklər, yoxsa...?


Varlıların ölümünə sevinənlər - Maddi çətinliklər, yoxsa...?

12-03-2018, 21:41
Oxunma sayı: 274
Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə uçan təyyarənin İranın paytaxtı Tehran şəhərində qəzaya düşməsi dünya mətbuatının gündəmini zəbt edib.

Belə ki, Türkiyənin məşhur iş adamlarından sayılan, "Başaran" holdinqin sahibi Hüseyin Başaranın qızı Minə Başaran atasına aid təyyarə BƏƏ-yə 7 rəfiqəsi ilə birlikdə "subaylığa vida" mərasimi üçün gedib. Dönüşdə təyyarə dağa çırpılıb və 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin olmaqla hər kəs həlak olub. Hadisə birmənalı qarşılanmayıb və müzakirəsiz ötüşməyib. Istər Türkiyədə, istərsə də, Azərbaycanda məsələyə aqressiv yanaşanlar üstünlük təşkil edib. Adətən, imkanlı şəxslərin başına gələn bədbəxt hadisələr birmənalı qarşılanmır. Maddi durumu orta və aşağı olanlar sözügedən insanların bədbəxt hadisəyə layiq olduqlarını iddia edirlər. Bəs, bu aqressiyanın səbəbi nədir? Maddi çətinliklər, özünü təsdiq edə bilməmə durumu, yoxsa ...?

Musavat.com məsələ ilə bağlı psixoloq Nail Cəlillə əlaqə saxlayıb. O, bildirib ki, burada iki fərqli və müəyyən mənada, ziddiyyət təşkil edən məqama diqqət yetirmək vacibdir:

“ Birincisi, qlobal cəmiyyətdə, dünyada aqressiv davranış təmayüllərinin qüvvətlənməsi, ikincisi, bahalı, dəbdəbəli həyat tərzinin həddən artıq gündəmə gətirilməsi, reklam olunmasıdır. Maddi vəziyyəti ağır olan, xüsusən, yoxsul təbəqələrə aid, ehtiyac içində yaşayan insanların müəyyən qisminin belə hadisələrə aqressiv reaksiyası prinsip etibarı ilə, gözləniləndir. Azərbaycanda son 2-3 ildə əhalinin sosial rifahının aşağı düşməsi də bu aqressiyanı qüvvətləndirən amillərdən biridir. Digər tərəfdən, çətin həyat şəraiti ilə üzləşən insanların çoxu varlı, imkanlı zümrənin rahat, komfortlu həyatına istər-istəməz narazılıq və qibtə ilə yanaşırlar. Digər mühüm səbəb diqqəti gündəlik sosial qayğılar üzərində köklənmiş orta, aşağı təbəqənin nümayəndələri belə turları, xərcləri özlərinin maddi rifahına edilən açıq qəsd kimi görürlər. Bu səbəbdən, burada aqressiya, narazılıq arzuolunmaz olsa da, kəskin mənfi reaksiyaların baş verməsi qaçılmazdır. Türkiyə və Azərbaycanda ictimai rəyin, ictimai fikrin formalaşması mexanizmi mental dəyərlərin ortaqlığı, ümumiliyi baxımından, oxşardır. Cəmiyyətin strukturunda, təbəqələşmədə olan kəskin fərqlər də burada öz sözünü deyir. Bununla yanaşı, istər Azərbaycanda, istərsə də Türkiyədə belə bahalı səfərlərə, imkanlı şəxslərin əyləncələrə, müxtəlif şoulara böyük vəsait ayırması, minlərlə ehtiyaclı şəxsin birlikdə bir aya qazana bilmədiyi vəsaiti bəzən bir saata təklikdə xərcləmələri onların qıcıqlanmasına, mənfi emosional təsirə məruz qalmasına səbəb olur”.
Sosial şəbəkələrdə paylaş: