Teymur Alıyev-“20 yanvar faciə deyil Qəhramanlıq Salnaməsidir” Azərbaycandan bir məmur gəlib mənə deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, eşitmə, danışma AVROPA PARLAMENTİ AZƏRBAYCAN ƏLEYHİNƏ SƏRT QƏTNAMƏ QƏBUL ETDİ “Təbiətin sirləri” kitabının 2-ci hissəsi işıq üzü görüb
Azərbaycanda "Wonderful" nar sortu var - Ona tələbat niyə çoxdur? Yanvarda Bakıya qar yağacaq? - Sinoptiklərin AÇIQLAMASI “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb “Tarxin izində ” başlıqlı təlimin yekun tədbiri keçirilib
QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO



» » Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edilib


Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edilib

11-03-2018, 09:57
Oxunma sayı: 3055
Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edilibNazirlər Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişikliklər edib

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, qərarın 1 və 2 nömrəli əlavələri aşağıdakı redaksiyada tədiq edilib:

1 nömrəli əlavə - “Ayrı- ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” və 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).

Aşağıda qeyd olunan 1 nömrəli əlavə ləğv edilib:

"Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" və 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı".
Sosial şəbəkələrdə paylaş: