Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » Ağ Ev: "Tramp Amerika dövlətlərinin sammitində iştirak edəcək"


Ağ Ev: "Tramp Amerika dövlətlərinin sammitində iştirak edəcək"

10-03-2018, 20:47
Oxunma sayı: 353
Ağ Ev: "Tramp Amerika dövlətlərinin sammitində iştirak edəcək"Ağ Ev rəsmiləri bildirirlər ki, ABŞ prezidenti Donald Tramp növbəti ay Peruda keçiriləcək Amerika dövlətlərinin zirvə toplantısında iştirak edəcək.

Birləşmiş Ştatlar və Peru rəsmilər cümə günü hər iki ölkənin mətbuatına Trampın zirvə toplantısında iştirak niyyətini təsdiq etdiyini bildiriblər.

1994-cü ildən başlayan regional sammit, Birləşmiş Ştatların regiona təsir edə bilməsi üçün aparıcı forum kimi görünür.

Bu qərar Birləşmiş Ştatlar və onun bəzi cənub qonşuları ilə gərgin münasibətləri səbəbilə prezidentin sammitdə iştirak etməyəcəyi ilə bağlı spekulasiyalara son qoydu.

Tramp Latın Amerikası ölkələrinin narkotik maddələr və ticarət siyasətlərini dəfələrlə tənqid edib və Birləşmiş Ştatlara qeyri-qanuni mühacirətə son qoyacağına söz verib.

Amerika dövlətlərinin sammiti 13-14 aprel tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək.

Peru liderləri bildiriblər ki, avtokratik idarəetməyə görə Venesuela prezidenti Nikolas Maduro zirvə toplantısına dəvət edilməyib. Lakin Maduro bu yaxınlarda sammitdə iştirak edəcəyini bildirib.

Amerika dövlətlərinin sonuncu zirvə toplantısı 2015-ci ildə Panamada keçirilmişdi. O zaman, prezident Barak Obama bu imkandan istifadə edərək, ilk dəfə Kuba lideri Raul Kastro ilə görüşmüşdü ("Amerikanın səsi").
Sosial şəbəkələrdə paylaş: