“Qarabağın dünəni və bugünü” mövzusunda ictimai müzakirələrin aparılacaq Azərbaycanda bu ərazidən qızıl axır - FAKT ŞOK! Peyğəmbərin məzarını açdılar - İçindən çıxanlar inanılmazdır - VİDEO Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO
“WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto
Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib



» » Şokalad Pastası


Şokalad Pastası

1-03-2018, 01:12
Oxunma sayı: 507
Şokalad Pastası
Şokalada bulanmış dəftər. Hər kəsdə həyat üçün inanılmaz dərəcədə çəkici və şirin məşğuliyyətlər var. Kimisi içib ağanayır,kimisi günlərlə məsciddə “həqiqət” axtarar kimisi elmi araşdırmalar aparar və kimisidə yolda durub dilənir. Nə qədər tənqid olunsalar belə bu məşğuliyyətlər şokalad pastası kimi çəkici və şirindir. Baxmayraq ki, “həddən artıq istifadə” mənfi hallara səbəb ola bilər. Mənimçünsə bu qədər şirin məşğuliyyət yazmaqdır. Di gəl ki, “it dəftəri”ndən sonra “yazma sən allah, cammatın anası bayısı var” dedilər. Lakin , bu məşğuliyyət o qədər şirindir ki, heç bir tənqid və qadağa məni dayandırmır. Bir fərdin şirin məşğuliyyətini araşdırmaq daha asandır, nəyinki, bütöv bir xalqın. Siyasi “müstəqillik” dövründən bu yana, yəni 27 ilə nəzər salsaq Azərbaycan xalqının “şirin məşğuliyyəti” siyasətdir deyərdim. Buna daha çox hobbi də deyə bilərik. Amma, bu hobbi o qədər primitivdir ki, ya çayxanalarda, ya da sosial şəbəkələrdə inkişaf edir. Azərbaycanın əksəriyyət yetkin və yaşlı nəslinin siyasi maraqları bir iki siqaret tüstüsündən sonra başlayır. “Putin istəsə bütün dünyanı viran qoyar.” “Yoxe, qardaşım , Tramp Şimali Koreyaya dediki, ağıllı ol, başına od püskürərəm.” “Hamsı o massonlardı nədir, onların işidir, dağıdacaqlar dünyanı.” Sosial şəbəkələrsə nisbətən gənc və yeniyetmələrin debat məkanıdır. Vaxt gələr, dünya Türklərdən ibarət olar” “Əllhəmdülillah, allah, özün irana kömək ol.” “İlqar Məmmədov ikinci Rəsulzadədir, qaqa. Prezident seçilsə ağ günə çıxacayıq.” Əminliklə deyə bilərəm ki, bunlara heç bir elmi izah verilmir. Sadəcə, “hamı yazır , mən də yazım da brat” taktikasıdır. Göründüyü kimi, hər kəs çıxış yolu axatarır. Amma, heç kim peşəkar siyasətə yaxın durmur. “Gözləri çıxmış qardaşlarımızdan” öyrənirik ki, içimizdə hürməliyik. İndiliksə əmin olaq ki, hər kəs kimi mən də, istəməsəm də bu zəhrimarın içinə yuvarlanmaq məcburiyyətində qalıram. Dərsdə siyasət, evdə siyasət, çayxanada siyasət, marketdə siyasət, gecə yatanda siyasət və ayaqyoluna telefonla girdiyimizçün ordada siyasət. Bir şeyi dəqiq bilirəm. Siz siyasətlə maraqlanmaya bilərsiniz, lakin siyasət sizinlə maraqlanır. Hansı ki,bəzən Azərbaycanda politoloqların siyasi çıxışlarına baxanda bilmirəm gülüm ya ağlayım. Mənə maraqlıdır , bu insanlar daxili “mən”lə necə yola gedir? Öz vicdanlarına necə hesabat verirlər və necə özlərinə haqq qazandırırlar? Bəzənsə onların şit gülüşü fahişənin heçnə hiss etmədən ah çəkməsi və bazardakı dayının çürük kartof soxuşdurub hırıldaması qədər sünidir. Bizsə aşağı saldığımız başımızı qaldırıb nə “xilaskarımıza”, nə fahişəyə nə də bazardakı day-daya “bir az vicdanın olsun” deyə bilirik.
Başı aşağı. Bizim tarixən başımızın aşağı olması heç kimsəyə sirr deyil. Xaricə qarşı mübarizəmizin zəifliyi bir kənara, heç daxilə qarşıda “şah əsərimiz” yoxdur. Siyasətin nə qədər şirin olduğunu dedik. Amma , di gəl hər kəs gizli “dadmaq” istəyir. Azərbaycan “demokratik” ölkədir. İqtidarı olduğu kimi müxalifəti də mövcuddur. Müxalifət artıq 25 ildir ki, iqtidarda mənfilər tapa bilmir. Yada tapır , amma xalqa göstərə bilmir. Yada ki, göstərir amma xalqın həvəsi yoxdur görməyə. Məncə, müxalifət artıq özün yormasın. Çünki, deyilməsi lazım olan hər şeyi deyib. İstər iqtidar , istərsə də müxalifət çıxışlarını tez-tez izləyirəm. Bu çıxışlara baxanda məni ciddi-ciddi gülmək tutur. Başlıca mövzu Qarabağdır. İqtidar məsələnin tezliklə həll olunacağını bildirir. Müxalifətsə “Sən öl yalan deyirlər. Onu ancaq biz edə bilərik. 1 aya Qarabağı alarıq.” Yaxud, başqa silah var. Aclıq, bahaçılıq, anti - demokratiya və s. Mən əminəm ki, bunları 5 yaşlı burnu sulu uşaq da başa düşür. Amma , Azərbaycan xalqı bu məsələdə başını sındırmır. Bizə siyasət lazımdır. Siyasi problemlərin həlli yox. Bizim xalqa Mircəfər Bağırovun zülmkarlığından çox, efirdə kimlərinsə dombalaq aşması maraqlı olub. M.C Bağırovusa çoxu tanımaz. Amma, burda məsələ onun tanınıb-tanınmaması deyil. Məsələ budur ki, Bağırovun bu zülmkarlığı xalqa ləzzət edib. İstər əvvəl, istər indi, istərsə də sonralar M.C Bağırov kimi büokratlara simpatiya duyacaq bu xalq. Azərbaycan xalqı dözür. Bir nəfər də çıxıb demir ki, bu mozaxizmdir, biraz özünüzə gəlin. Ya bəlkə, həqiqətən ehtiyac yoxdur. Bəlkə, hamı yaxşı yaşayır. Hərdən mənə elə gəlir ki, biz də çox az kütlənin narazılığı var. Bakıda çox nadir hallarda kiminsə əlində müxalifət qəzeti görürəm(rayonda heç vaxt görməmişəm). Gördüklərimdə elə köşkün yanında açıb vərəqləyir və qaytarır qoyur yerinə. Deməli, kiminsə etirazı yoxdur. İndisə maraqlı fakt deyim. Almaniyada Adolf Hitlerin “Mənim mübarizəm” kitabı çıxdığı gün çörəkdən çox satılmışdır. Bəli. Təsəvvür edin o zaman alman xalqı tək çıxış yolunu bu insanda görürdü. Hitlerin həqiqi qəhrəman olmasına inanırdılar. Baxmayaraq ki, Adolf onları yarıtmadı. Hal-hazırdada Almaniyada bir-iki faşist qruplaşmalar istisna alman xalqı Hitlerə nifrət edir. Bəs bizdə problem nədir? Biz hələ 1920-ci illərdəki Almaniya səviyyəsinə enməmişik ya enmişik sadəcə xalq bunu hiss etmir? Bəlkə də xalq müxalifətə inanmır. Bəs niyə? Deməli müxalifət öz funksiyasını düzgün yerinə yetirmir. Bu, əlbəttə, mümkündür. Məsələn, bıcaq düşünün, itilik yox. Universitet düşünün təhsil yox. Tanrı düşünün, ədalət yox. Deməli, öz funksiyasını yerinə yetirməyən müxalifət də ola bilər. Heç nəyə yaramayan müxalifət təkcə iqtidara sərf edir. Yəni ki , “ay Avropa , bax da bizdə müxalifət var. Hətta yuxuda da sayığladığın demokratiya bizdə partdadır.” Yaxşı. Tamamdır o zaman. Bəs necə olsun müxalifət? Şəxsi fikrimcə müxalifət çox primitiv şüarlarla və kütlələrdən uzaq tərzdə çıxışlar edirlər. Onlar gəncləri, ən əsasda qadınları və qocaları cəlb etməkdə çətinlik çəkirlər. Soyuq, ciddi, cansıxıcı və ruhsuz çıxışlarla gəncləri, çətin terminlərlə isə yetkin və qoca nəsli özlərindən uzaq salırlar. Bəs görəsən cəmiyyətin hansı hissəsin sosial baza hesab edirlər? Şəxsən məni Azərbaycanda heç bir müxalifət liderinin çıxışı cəlb etmir. Bəs niyə məni cəlb etmək lazımdır? Çünki, Azərbaycanda yetərincə mənim kimi düşünən gənc var. Müxalifətin vədləri bir növ nağıl kimi gəlir. Götürək müxalif şüarları. “Azadlıq, istehfa” vəssalam. Birdə uzaq başı “Qarabağ bizimdir,bizim olacaq.” Müxalifət lideri öz çıxışı ilə kütləni fəth etməlidir. Yoxsa 100 nəfəri yığıb “bu nə yaşayışdəə, qırıldıq batdıq acından” deməməlidir. Misal çəkim. 1917-1920-ci illərdə Rusiyada vətəndaş müharibəsi zamanı hələ bütün işçilər bolşeviklərə simpatiya bəsləmirdi. Bir gün qızıl ordunun qurucusu Lev Trotski bu cür fəhlələrin olduğu zavoda, Petroqradın səkkiz kilometr yaxınlığına gəlir. Bu fəhlələr menşevik idi və inqilabın başladığı andan etibarən hər cür vətəndaş müharibələrinə qarşı bitərəf qalmışdılar. Trotski bura gəlir və heç də yaxşı qəbul olunmur. Öz çıxışını edir və heç düşünmədən zavodun bütün fəhlələri (ən azı 5000) silahlanıb döyüşə gedirlər. Lider bu cür olur, qardaşım. Lider bilməlidir hansı kütlənin qarşısında nə danışır. O bilməlidir ki, məqsədinə nail olmaqçün danışır, məqsədsə alidir. Bəs, görəsən problem yalnız müxalifətdədirmi? Məncə xeyr. Ölkənin əsas sosial bazası olan gənclər. Onların siyasətə biganə yanaşması əzabverircidir. Burada ,əsasən, valideyn faktoru əsasdır. “Başını aşağı sal həyatını yaşa,buranı düzəltmək sənlik deyil.” “Qəhrəman” gənc də yığışıb oxumaq bəhanəsi ilə Avropada məskən salır. Burada onun da şəxsi maraqları var. Burada dilinin sklete dönənə qədər kəsilməsindənsə avropa gözəlçələri ilə yatmağı üstün tutur. “Axı onlar özləri təklif edir.” Amma, bu gəncləri boş verin. Daha, təhlükəlilər var. Onlar “üçüncülərdir.”
Ortada qaldı. Azərbaycan əhalisi iki qrupa bölünür. İdeologiyası olanlar və olmayanlar. İkincilər həmişə özlərin qalib hesab edirlər. Onlar heç nəyə qarışmır. Lakin, ən təhlükəlilərdir. Ölkədə hər hansı sahədə bir-birlərinə belə əks dururlar: ateistlər və dindarlar, vətənpərvərlər və kosmopolitlər, millətçilər və kommunistlər, mühafizəkarlar və yenilikçilər və s. Birdə bunlardan kənar orta yolçular və üçüncülər var. Onlar düşünür ki, bu ikili mübarizədə heç kim qalib olmur. Ona görə də özlərini bu mübarizənin bir parçası etməkdən “məhrum edirlər” ki, məhv olmasınlar. Fikrimcə onlar ən lazımsızlardır. Onlar müxalifət yoxsa iqtidar seçimində də öz üçüncülüyünü qoruyur və “mən siyasətə qarışmıram” deməklə ağır yükün altından çıxırlar. 25 ildir bu üçüncüləri nə müxalifət inandıra bilir, nə də iqtidar. Azərbaycanda gənclər ideologiya cəhətdən çox əziyyət çəkirlər. Çox ciddi psixoloji təsirlərin nəticəsində özlərini qeyri-ciddi və mənasız düşüncələrdə tapırlar. Məsələn, mənim çox savadlı bir tanışım var. Bu insan Afrikanın mərkəzində yayılmış qədim dinə sitayiş edir. Dünyada bu dinə 1000-2000 nəfər sitayiş edir. Sizcə o, həqiqətən inanırmı bu dinin həqiqi olmasına? Əlbəttə, yox. Sadəcə, ətrafındakı mövcud ideyalar ona saxta gəlir və bu depresiyyalı həyat tərzi onu qədim Afrika dininə aparıb çıxarır. Bu cur məhv olanlar yetərincədir. Bu qədər təhsilsiz və laqeyd cəmiyyətin içindən bəzən elə intellektual və savadlı gənclər yetişir ki, bəzən onların önündə diz çökmək istəyirəm. Gəl ki, bu bədbəxtlər də siyasətə qarışmırmış. İntellektual orta yolçular beləsə, savadsız orta yolçuların vəziyyətini özünüz təsəvvür edə bilərsiniz. Müxalifət 25 ildir orta yolçuları öz cəbhəsinə qatmaq istəsə də ortada ciddi bir uğur yoxdur. Açığı mənim diqqətimi Azərbaycanda heç bir maxalif partiya çəkmir. Amma, həqiqətən bəzən onlara yazığım gəlir. 25 illik müxalifət olmaq da asan deyil. Tarixən hakimiyyətin ,əsasən, 2 cür dəyişdiyinin şahidiyik. Birincisi seçki yoludur. 25 il özünü “cır-dağıt”, ortada bir nəticə olmasın. Adını da qoyun ki, sivil mübarizə. Mənə elə gəlir ki, bu sivil mübarizəyə bel bağlasanız bu hələ yüzilliklərlə davam edəcək. İkinci yolsa çevriliş və inqilabi yoldur. Bəli, bəli. Azərbaycançün nə qədər çətin görünsə də. Xalqın inqilabi şüuru lazımınca formalaşmayıb. Buna səbəb mübarizə ruhunun ya olmaması ya da sönməsi ola bilər. Bunun səbəbin ya “Müsəlmançılıqla” yaxud “azərbaycançılıqla” bağlayırlar. Düzdür, bu fikirlərin heç biri ilə razı deyiləm, amma , seçim arasında qalsam ikincini seçərəm. Bəzən “biz müsəlmanıq, müsəlman öyrəşib əzilməyə” deyirlər. Qətiyyən, razılaşmıram. Unutmayın ki, hər bir nökərin içində bir zalım yatır və nökərliyin artması zalımlığı da artırır. Elə isə müsəlmanların cəsarətin görməkçün çox uzağa getməyək. 8 il əvvəl başlamış müsəlman etirazları, yəni, “Ərəb baharı”na diqqət edək. 2010-cu ildən başlayaraq Ərəb ölkələrində işsizlik, ərzaq bahalığı və anti-demokratiya ilə bağlı etirazlar başlandı. Həmin ilin dekabrında Tunis “açılış” elan etdi. Tez zamanda xalq əsas hakimiyyət binalarını tutdu və hakimiyyət yeniləndi. Ardınca Əlcəzair tətilləri və xalq hərakatı başlandı. Hakimiyyət devrilməsə də ciddi dəyişikliklər baş verdi. Sıranı Livan götürdü. Silahlı çıxışlar baş versədə ciddi dəyişikliklərə nail olmadı. Livandan sonra və fərqli olaraq İordaniya daha artığını etdi. Hakimiyyət yeniləndi. Ardınca Mavritanitya və Sudan “bahara” çıxmağa cəhd göstərdi. Ciddi uğur əldə olunmadı. Oman və Yəmənsə ciddi toqquşmalarla hakimiyyət liderini dəyişdirə bildi. Daha sonra bu prosess daha da şiddətləndi. Misirdə baş verən etirazlar inanılmaz dərəcədə inkişaf etdi. Qahirə cəhhənəmə çevrildi və hakimiyyət yeniləndi. İkinci cəhənnəm Suriyada yaradıldı və hələdə davam edir. Bir birinin ardınca Mərakeş, İraq, Bəhreyn və İran özünü etirazlara bürüdü. Ciddi uğurlar əldə olundu. Daha bir məşhur “bahar” Liviyada baş verdi. Ölkə lideri öldürüldü. Küveyt və Qərbi sahara ilə etirazlar yekunlaşdı. (Suriyada davam edir) Əlbəttə, etirazlara daxili və xarici amillərin təsiri böyük oldu və ola da bilər ki, inqilablardan əvvəl vəziyyət daha ürək açan idi. Lakin əsas bu deyil Əsas olan müsəlman xalqlarında inqilab bacarığı göz önündə olmasıdır. Ən pisi bilirsiz nədir? Biz müsəlman kimi də müsəlman deyilik. Ona görə bu ümidləri də boş verin. Lakin, həqiqətən əzilənin nifrəti müsəlman və ateist olmasından asılı deyil. Sizəsə tez-tez “başını aşağı sal və işini gör. Dünyanı düzəltmək sənlik deyil” deyirlər. Bəli. Ola bilsin ki dünyanı sən dəyişdirməyəcəksən. Amma dəyişdirənlərdən biri ola bilərsən.

Ümumiyyətlə, ideologiya çox təhlükəlidir. Hər cür ağrı-acını və ölümü göz önünə gətirmək deməkdir. Və əgər bu yazını bura qədər oxudunsa obyektiv ideologiya seçməkçün əlində yetərincə səbəblər var. Siyasətə qarışmamaq rahat olanı seçməkdən çox diz üstə yaşamaqdan zövq almağa bənzəyir. Sənə məxsus olan sənindir. Bunu istəməkdən çəkinmə. Sən etsən, sənin dostun da edəcək. Siz etsəniz daha çox dostunuz edəcək. Beləcə xaos yaransa belə sonunda arzu etdiyimiz cəmiyyətə çata biləcəyik. Özünüzü qoruyun... hüquqlarınızı da.
Qoy, din adamları başqa dünya vəd etsinlər, biz cənnəti Yer üzündə quracayıq. (Lev Trotski)
Sosial şəbəkələrdə paylaş: