“Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur. Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi.
Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” Bakıda ‘Life Long Learning’ formu keçiriləcək.
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI



» » “Koroğlu” şirkətində işçilərə qarşı inanılmaz istismar halları var


“Koroğlu” şirkətində işçilərə qarşı inanılmaz istismar halları var

28-02-2018, 03:22
Oxunma sayı: 574
“Koroğlu” şirkətində işçilərə qarşı inanılmaz istismar halları var Samir Zeynalov şirkətin 6 işçinin intihar etdiyini, şirkətin külli miqdarda vergidən yayındığını açıqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur. Redaksiyamıza müraciət edən Rauf Əliyevin nümayəndəsi Samir Zeynalov bildirib ki, müvəkkili ətrafında baş verənlər şirkət daxilində yeyintilərin olmasını üzə çıxarandan sonra cərəyan etməyə başlayıb.

4 il əvvəl 2013­cü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. R.Əliyev rəsmi olaraq əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra hələ də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra bu məsələni aydınlaşdırandan sonra etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.

R.Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Tahir əliyev isə deyib ki, belə bir kəsrin mövcud olması qeyri-mümkündür. R.Əliyev isə aşkar etdiyi maliyyə kəsiri üzrə audit işinin iştirakı ilə təşkli olunmasını təklif edib. O qərəzli şəklidə razı olmayıb. Belə bir işin kəsrin yaranmasında hüquqi subyektlər olan “Az. RETAİL”, və “Azəri Retail” şirkətlərləri ilə “Koroğlu” şirkəti arasında iqtisadi münasibətlərə, həmçinin şirkətin ictimai nüfuzuna zərər vuracağını bildirib. Bundan sonra R.Əliyev işdən çıxmaq üçün müraciət edib. Tahir Əliyev isə onu təhdid etməyə başlayıb. Bundan sonra kəsrin Rauf əliyevin bağlanılması məqsədi ilə özəl audit şirkəti tərəfindən Rauf Əliyevin iştirakı təmin olmadan Tahir Əliyevin təşəbbüsü ilə qondarma audit işi həyata keçirilib. Nəticədə Rauf Əliyevin adına şirkətlər arası iqtisadi-maliyyə münasibətlərinə dair 124 min manat dəyərində maliyyə kəsiri qeyd edilib. Bundan sonra isə birmənalı olaraq həmin vəsaitin Rauf Əliyev tərəfindən mənimsənilməsi iddia olunub.

R.Əliyevin nümayəndəsi bildirib ki, “Koroğlu” şirkəti ilə uzun müddət ərzində iqtisadi münasibətlərdə olan “Az.Retail və Azəri Retail” şirkətləri ona istehlak mallarının alışı üzrə 1 milyon 200 min manat ödədiyini iddia etsə də, bu ödənişi rəsmiləşdirdiyinə dair heç bir maliyyə məxaric ordeninin audit işi üzrə təqdimatına təşəbbüs göstərilməyib. Çünki real olaraq Rauf Əliyev istehlak mallarının satışı üzrə 1 milyon 31 min manat vəsaitə şahiddir.

Həmin vəsaiti çalışdığı “Koroğlu”şirkətinin büdcəsinə daxil etməsinə dair mədaxil sənədlər mövcuddur. Bu səbəbdən dolayı mühasibatlıq işinə uyğun olaraq adı çəkilən şirkətlər məxaric ordenlərini təqdim edə bilmir. Çünki qeyd edilən 1 milyon 31 min manat xaricində heç bir alış-satış prosesionun fəaliyyəti daxilində gerçəkləşməyib. Bu fakt Rauf əliyevə qarşı irəli sürülən iddianın absurdluğunu təsdiq edir. Nümayəndə bildirib ki, “Koroğlu” MMC-nin qanunsuzluqlarına şərait yaradan şəxs hazırda Bakı Şəhər prokurorunun köməkçisi olan Azad Fətullayevdir. Bu şəxs MMC-nin Hüquq şöbəsinin müdiri Emin Babaşovun qohumudur. Qohumluq əlaqələrindən istifadə edərək qondarma cinayət işi başlanıb və hazırda həmin qondarma cinayət işi üzrə məhkəmə prosesi keçirilir. 24 cilddən ibarət işdə Rauf Əliyevin suçlu olmasını təsdiqləyən sübut yoxdur və əsasən kserokopiya olunmuş kağız parçaları sübut kimi təqdim olunur. Faktiki isə həmin kağız parçaları şirkətin külli miqdarda vergidən yayınmasını ortalığa çıxarır. Nümayəndə bildirib ki, Vergilər Nazirliyi “Koroğlu” şirkətində yoxlama aparsa, vergidən külli miqdarda vəsaitlərin yayındırılması faktlarını üzə çıxara bilər. Nümayəndə bildirib ki, Rauf Əliyev “Koroğlu” şirkətinin qondarma ittihamları ilə məhkəmə qarşısına çıxarılan ilk işçisi deyil. 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində "Koroğlu" MMC-nin əməkdaşı Salaməli Allahverdiyevin cinyət işi üzrə proses keçirilib. Salaməli Allahverdiyev uzun müddət Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham edilərək həbs olunmuşdu. O, çalışdığı şirkətdən külli miqdarda pul mənimsəməkdə təqsirli bilinirdi. Təqsirləndirilən şəxs "Koroğlu"MMC-nin direktoru Tahir Əliyevin şikayəti əsasında həbs edilmişdi. Məhkəmə araşdırması ilə ittihamların qondarma olduğu təsdiqlənmişdi və Salaməli Allahverdiyev barəsində bəraətverici əsaslarla hökm çıxarılmışdı.

Nümayəndə bildirib ki, şirkətdə bu günə qədər işçilərə qarşı baş verən qanunsuzluqlardan dolayı 6 işçinin intihar etməsi xəbərinin olduğunu deyib. Bildirib ki, həmin şəxslərdən 2-si haqda məlumat var.

Nümayəndə deyib ki, şirkətin idarəetmə sistemi belədir.

İstifadə müddətinə 15 gün qalmış məhsullar DOM planı (Diqqətdə olan mallar) adı altında Ticarət nümayəndələri vasitəsi ilə marketlərə satdırılır. 15 gün sonra avtomatik olaraq həmin mallar zay məhsul kimi marketlərdən geri qaytarılır. Bu zaman qaytarılan malların məbləğinin 90%-i nisbətində Ticarət nümayəndəsinin hesabına cərimələr yazılır. Bununla da Ticarət nümayəndələri faktiki şirkətə borclanmış olurlar. Şirkət rəhbərliyi isə bundan istifadə edərək Ticarət nümayəndələrinə istədiyi satış şərtini diktə etməyə başlayır. Faktiki olaraq şirkət əməkdaşlarının 80%-nin şirkətə borcu mövcuddur. Bununla da işçilərin həyatı məhv olur. Buna dözüm gətirə bilməyənlər isə hətta intihara belə əl atırlar.

1992-ci ildən fəaliyyət göstərən "Koroğlu" MMC şirkəti bu günə qədər fəaliyyətinin böyük hissəsini qara mühasibatlıq üzərində quraraq , satış prosesində printerlə çap etdiyi qeyri-rəsmi qaimə-fakturalardan istifadə etməkdə davam edir. Şirkətdə printerlə çap etdiyi qeyri-rəsmi qaimə fakturalardakı məhsul qiymətləri ilə rəsmi bəyannamələrdəki qiymətlər arasında 150-200 % nisbətində fərqlər mövcuddur. Bununla da təsdiq edilmiş dövlət qanunlarından irəli gələn vəzifə və öhdəlikləri kobudcasına pozaraq, real satış dövriyyəsini gizlədərək, dövlətə tam vergisini ödəməkdən boyun qaçırdır.

“Koroğlu” şirkəti daxilində hüquq şöbəsi adı altında Emin Babaşovun rəhbərliyi ilə xüsusi istintaq şöbəsi yaradıb. Burada cərimələr əsasında şirkətə borclu halına düşmüş işçilər hədə-qorxu, təzyiqlərlə həmin borcu öz boyunlarına götürməsi ilə bağlı izahat yazmaları tələb olunur. Həmin izahatlar əsasında isə daha sonra onlara cinayət işləri açılacağı ilə işçilər şantaj olunmağa başlayırlar. Şirkət satış nöqtələrindən qaytarılan istifadə müddəti bitmiş məhsullara şirkət ərazisində xüsusi gizli anbarlarda yenidən qablaşdırılaraq, üzərilərinə printerdən çap edilmiş yeni tarixli etiketlər vurularaq yeni məhsul adı altında yenidən satışa göndərilir. Həmin gizli anbarlar haqda ətraflı məlumatı təqdim edə bilərik. “Koroğlu” MMC-nin apardığı qanunsuzluqlara, özbaşınalıq hərəkətlərinə dözməyərək, intihar etmiş işçilərin də adlarını təqdim edirik:

1.İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov ( İntihar tarixi 14.05.2014)

2.Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Xəyyam Vüsal oğlu Nağıyev (İntihar tarixi 05.12.2011)

Hazırda “Koroğlu” MMC onlarla gəncə qarşı eyni özbaşınalıq, hədə-qorxu, təhdidlə zay məhsullara görə şirkətə borclu olmaqlarını sübuta yetirmək üçün izahat yazdırmağa davam etdirir. İzahat yazdırdıqları şəxslərə qarşı Sabunçu rayon Məhkəməsində və Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində cinayət işi açdıracağı ilə hədələyərək, onların şirkətdə uzun müddət işləyərək, hesablarına yazılmış borcları ödəməyə məcbur edirlər. Həmin şəxslərdən əlaqə yarada bildiklərimiz bu barədə izahatlarını müvafiq dövlət qurumlarına təqdim edə bilərlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

E.HÜSEYNOV
musavat.com
Sosial şəbəkələrdə paylaş: