“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.
Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi. Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası”
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...



» » 26-cı “26”


26-cı “26”

26-02-2018, 00:51
Oxunma sayı: 437
26-cı “26”Xocalı deyəndə yəqin ki,özünü azərbaycanlı hesab edən hər bir vətandaş ən azından mən keçirdiyim hissləri keçirir.Ona görə də bu hisslərin izahına ehtiyac duymuram.Birbaşa mətləbə keçməkdi fikrim.
Yazımın ilk cümləsindən son cümləsinə qədər dediyim hər bir söz şəxsi fikrimə əsaslanır.Ona görə də “fikrimə görə” ifadəsini tez-tez işlətməyəcəm.Erməni vandalizmindən,erməni vəhşiliklərindən kifayət qədər danışılıb.Amma bu vəhşiliyi,bu vandalizmi fakt olaraq başqalarına qəbul elətdirə bilirikmi?Mənim cavabım “yox”dur.Heç başqalarını qoyaq bir kənara.Gəlin,əvvəlcə özümüzdən danışaq.Bu gün müasir gəncin böyük bir əksəriyyəti nəyinki Xocalını bir faciə kimi tanımır,hətta heç Xocalının Azərbaycan torpağı olub-olmadığını dəqiq bilmir.Sosial sorğuların birində bir gənc işğal olunmuş torpaqlarımız siyahısında Tər-tər və Xaçmaz rayonlarının adını çəkir.Gülməli deyil,Allah haqqı,bu faciədi.Əsl faciədi.
Biz bu gün Xocalını dünya müstəvisində tanıtmaqdan ötrü,Xocalı faciəsindən əvvəl “daxili faciə”mizdən qurtulmalıyıq.Azərbaycan vətəndaşı əgər Xocalı haqqında,onun bir faciə kimi Azərbaycan üçün əhəmiyyəti haqqında məlumatsızdırsa,və yaxud da az məlumatlıdırsa ,biz dünyanı bu faciəni tanımamaqda günahlandıra bilmərik.Bu gün bizə hər hansısa bir gəncin Xocalı ,yaxud 20 yanvar haqqında heç bir məlumatı olmaması yox,onun “məşqə gecikirəm” adı altında söhbəti “fırlatması” daha maraqlı görünür.Təəssüf,çox təəssüf!
Başqa prizmadan yanaşdıqda isə o “məşqə gecikən”ləri qınamaq da olmur.Çünki müasir Azərbaycan gənci internetə açılaraq sosial şəbəkələrə qoşulduğunda qarşısına “Maral Tahirqızı özünü rüsvay etdi”,yaxud da “Nigar Camal Röyanın dərsini verdi” və s. bunun kimi gərəksiz informasiyalarla qarşılaşır.Elə bir sayt,elə bir səhifə göstərmək mümkün deyil ki,bizim “qan yaddaş”ımızı mütəmadi şəkildə qabartsın və kimlərisə məlumatlandırmağa çalışsın.Ta ki,2008-ci ilin 8 mayına qədər.Bəli,bu tarix olduqca böyük bir tarix idi. “Xocalı faciə”sinin tanıdılması məqsədi ilə yaradılan "Justice for Khojaly" ("Xocalıya ədalət") kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə ilk dəfə olaraq Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradıldı.Bu artıq həmin tarixə qədər ki,bütün qondarma “ermənipərəst” faktların üzərindən xətt çəkdi və dünyaya əsl qatilin kim olduğunu göstərdi.Bu gün dünyanın dörd bir tərəfinfə istər siyasi,istər mədəni,istərsə də sosial-iqtisadi tədbirlərdə,beynəlxalq görüşlərdə “Xocalıya ədalət” kompaniyası özünü ən yüksək şəkildə biruzə verməkdədir.
Gələk televiziya.Təəssüf ki,televiziya haqqında da ürəkaçan fikirlərim yoxdu,ümumiyyətlə,televiziya haqqında danışmağa dəyməz.Həftənin 7 günü,168 saatı eyni mövzu,eyni bayağı seriallar və tükənib bitməyən maqazin proqramları,yaxud da reklamlar.Həmin gün yaxınlaşanda isə əllərinə bir mikrafon alıb düşürlər şəhərin canına.”Sən niyə bizim tariximizi bilmirsən?”,”Sən bunu bilməlisən “ və s. Adama deyərlər ki,sən nə vaxt mənim tariximi mənə göstərdin,onun haqqında bir proqram hazırladın və mən ona baxmadım?Düzdü,mən o şəxslərin hamısının o proqrama baxacağını düşünmürəm,amma ən azından həmin televiziya müxbirinin o sualı verməyə,yaxud da tələb etməyə onda haqqı olacaqdı.
Düşünün ki, ölkədə çap olunan bütün qəzet və jurnallarda “Qarabağı unutma” başlığı var.Sizcə bunun nəyi pis olardı? Bəli,“Bookmaker” qəzetindən tutmuş “Aysel” jurnalına kimi hər birində dediyim qeyd gündəlik tirajlarda dərc olunsa,onda o “məşqə gecikən”lər otrurub “şot yazanda” istər istəməz o yazıdan beş cümlə oxuyacaq ,onun üçü yadında qalacaq və heç olmasa iki cümlə Qarabağ haqqında deyib,sonra gedəcək məşqinə.
Yaxud orta məktəblərdə,kolleclərdə,universitetlərdə təkcə yanvarın 20-nə 5 gün,fevralın 26-na 3 gün qalmış yox,il ərzində bir neçə dəfə yazı müsabiqələri keçirilsin.Qoy mənim gəncim heç olmasa o yazının xətrinə gedib “google”da axtarış versin ki,”20 yanvar nədi axı?Kim anadan olub,ya kim ölüb?”. “Google”da onun “gözünə soxsun” ki,ay bədbəxt,20 yanvarda sənin millətin doğulub,sənin birliyin,qələbən,azadlığın doğulub.Baban,dayın,xalan əliyalın tank qabağına uzanıb.Səndən ötrü,özündən ötrü,qardaşından ötrü,ən əsası isə müstəqil Azərbaycandan ötrü!
Bu gün bizim Qarabağı qaytarmaq gücündə olan siyasi liderimiz,prezidentimiz,ali baş komandanımız və onun əmrini gözləyən bir ordumuz var.Bu gün bizim Qarabağ uğrunda canından,qanından keçməyə hazır neçə-neçə “Mübariz”lərimiz var.Bunu biz bildiyimiz kimi,əmin olun ki,bütün region da bilir.Sadəcə biz hər şeyin ən bəsit və sülh şəklində həll olmasını istəyir və buna çalışırıq və o gün gələcək,mütləq gələcək!.Qarabağ bizimdir,Xocalı bizimdir və bir gün qələbə də bizim olacaq.Səngərdə görüşənədək!
Nihat Piriyev
Sosial şəbəkələrdə paylaş: