İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib Ermənistan silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub Layihə çərçivəsində 2-ci təlim keçirildi Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər! İlan sancan adama bunu etsəniz zəhər qana keçməz - Həkimə qədər! Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür
Arıqladır, təbii antidepressantdır… Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK Zərərli vərdişlər beyin xəstəliyidir… Selena qorxu obrazında - Fotolar



» » Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır


Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır

15-02-2018, 12:27
Oxunma sayı: 134
Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayırFevralın 28-də “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə “Microsoft” İnnovasiya Forumu keçiriləcək. Forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və çoxlu sayda İT şirkətləri, startapları bir araya toplayacaq. Tədbirdə informasiya texnologiyaları sahəsində şirkət nümayəndələri və mütəxəssislər iştirak edəcək.

““Microsoft” İnnovasiya Forumu müasir texnoloji yenilikləri əhatə edəcək yeni layihəmizdir. Forumda bizim ən son məhsullarımızı, bulud texnologiyalarımızı təqdim edəcəyik, “Microsoft”un təcrübəsi ilə bölüşəcəyik. Qeydiyyatımız artıq başlayıb və deyə bilərəm ki, tədbirdə Azərbaycanın gənc İT şirkətlərinin, xarici ekspertlərin iştirakını gözləyirik. Bu forum həmdə, bizimlə və digər şirkətlərlə əməkdaşlıq üçün yaxşı platformadır” - deyə, “Microsoft Azerbaijan”nın baş direktoru Sərxan Həşimov bildirib.

İnnovasiya Forumu fevral ayının 28-i saat 14:00-da “Hilton” mehmanxanasında baş tutacaq. Forumda iştirak qeydiyyat əsasında aparılır.

Tədbir haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün qeyd olunan linkdən istifadə edin: www.aka.ms/innovationaz
“Microsoft” Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. “Microsoft Azerbaijan”nın əsas məramı Azərbaycanın tam potensialını həyata keçirilməsinə dəstək göstərməkdir. Təmsilçiliyin məqsədi “Microsoft” Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.
Sosial şəbəkələrdə paylaş: