Zakir Həsənov: "Azərbaycan Ordusu döyüşə tam hazırdır" Azərbaycanda yüksək vəzifəli məmur işindən azad olundu - FOTO Bakıda QƏZA: "Porsche" "London Taxi" ilə toqquşdu - FOTO Ölümlə bağlı amerikalı alimdən ŞOK AÇIQLAMA: Ürək dayanandan bir neçə saat sonra...
DİQQƏT! Həyat tərzini dəyişdirmədən, pəhriz və idman olmadan çəki itirmək mümkün oldu!!! Kiprik, qaş sə saçların uzanmasında effektiv üsul! KİŞİLƏRİN NƏZƏRİNƏ!!! Cinsi istəyi artırmağın TƏZƏ YOLU! Fransa prezidenti yeniyetməyə acıqlandı
Maştağada yol polisini bıçaqladılar - ÖZƏL Ərdoğan açıqladı: Bu futbolçunun heyranıyam Azərbaycanda yüksək vəzifəli şəxsin qohumu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO 20 il öncəki Nərgiz Cəlilova - Foto



» » Daxili işlər nazirinin müavini: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"


Daxili işlər nazirinin müavini: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"

15-02-2018, 12:23
Oxunma sayı: 96
Daxili işlər nazirinin müavini: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq""Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkələrdən biridir".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O. Zalov bildirib ki, seçki günü seçicilərin iradəsini azad ifadə etmələri üçün DİN Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib: "Həmin Tədbirlər Planına əsasən asayişin təmini üçün hazırlıqlara başlanıb. Seçki ilə bağlı səsvermə hüququna malik vətəndaşlar müəyyənləşdiriləcək, şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Bu gün insanların böyük əksəriyyəti böyük şəhərlərə miqrasiya edir, burada yaşayırlar. Maarifləndirmə işi elə aparılmalıdır ki, yaşadığı yer, yaxud qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınsın. Bu işlər qısa müddətdə başa çatacaq. Yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Səsvermə və səsvermədən sonra razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq. Seçki bülletenləri məntəqələrə gətirilən zaman polis tərəfindən məntəqələr ciddi nəzarətə götürüləcək. Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi zamanı da mühafizə təmin olunacaq".
Sosial şəbəkələrdə paylaş: