İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib Ermənistan silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub Layihə çərçivəsində 2-ci təlim keçirildi Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər! İlan sancan adama bunu etsəniz zəhər qana keçməz - Həkimə qədər! Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür
Arıqladır, təbii antidepressantdır… Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK Zərərli vərdişlər beyin xəstəliyidir… Selena qorxu obrazında - Fotolar



» » Elektron sürücülük vəsiqəsinin tətbiqinə başlanılır


Elektron sürücülük vəsiqəsinin tətbiqinə başlanılır

4-02-2018, 10:16
Oxunma sayı: 150
Elektron sürücülük vəsiqəsinin tətbiqinə başlanılırElektron sürücülük vəsiqəsinin tətbiqinə başlanılırSuomi dünyada elektron sürücülük vəsiqələrinin ümumi istifadə üçün tətbiq ediləcəyi ilk ölkə olacaq. Bu vəsiqələr qanuna müvafiq dəyişiklik edildikdən sonra ənənəvi vəsiqələri əvəzləyəcək.

AzərTAc xəbər verir ki, yayın sonunda Finlandiyada işə salınacaq “Autoilija” pulsuz mobil əlavə plastik kart formasındakı sürücülük vəsiqəsini əvəz edəcək. Bu əlavədə sürücü Finlandiyada qeydiyyata alınmış avtomobil, onun mühərriki, texniki baxış vaxtı, habelə avtomobil üçün vergi barədə faydalı məlumat əldə edəcək. Həmçinin fərdi “xatırlatmalar” nəzərdə tutulur.

Smartfondakı təsvir müxtəlif qoruyucu elementlər və əslini təsdiq edən QR kodu ilə təchiz edilib. Mobil əlavə istifadəçinin olduğu yer haqqında məlumat toplamır və yadda saxlamır.

Elektron vəsiqələrin yoxlanmasına yanvar ayının ikinci yarısından başlanılıb. Məlum olub ki, bu cür mobil əlavədən gələcəkdə istifadə etmək mümkündür. Bundan, həmçinin şəxsiyyət vəsiqəsi kimi, məsələn, poçt bağlamasını qəbul edəndə və ya yaşın təsdiqi üçün istifadə etmək olar. “Trafi” nəqliyyat agentliyi elektron vəsiqələrin ölkədə sürücülər arasında populyarlıq qazanacağını gözləyir. Yayda mobil əlavəni “App Store” və “Google Play” vasitəsilə yükləmək mümkün olacaq.
Sosial şəbəkələrdə paylaş: