Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi


Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi

2-02-2018, 21:15
Oxunma sayı: 130
Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi


Respublik.info xəbər verir ki, Fevralın 2-də YAP Ucar rayon təşkilatının iclas zalında rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümumrespublika Gənclər Günü münasibətilə tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzərək rəhbərin əziz xatirəsini ehtiramla yad etdilər. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, ümumtəhsil məktəblərinin, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri iştirak ediblər. Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva toplantı iştirakçılarını salamladı və Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik etdi. O, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər haqqında geniş məruzə etdi. Gənclərimiz rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi sahələrində fəal iştirak etməklə, onlara daim diqqət və qayğı göstərilir. Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev, “Gələcək İntellektual İnkişafa Yardım” ictimai birliyinin Sədri Kazım Məmmədov və digər çıxış edənlər qeyd etdilər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Tədbirin sonunda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvülük vəsiqəsi rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə hədiyyələr təqdim olundu.
Həmçinin rayonda idmanın inkişafı sahəsində fərqlənən, respublika və beynəlxalq turnirlərdə iştirak edən və qalib gələn bir qrup idmançı iştirakçıların təntənəli alqışları altında rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı ilə təltif olundular.
Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi
Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi
Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi
Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi
Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi
Ucar rayonunda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi
Sosial şəbəkələrdə paylaş: