Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ
Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.
Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür



» » "Əfv Komissiyasının hazırladığı siyahıya son dəyişikliklərin edilməsi sırf ölkə prezidentinin səlahiyyətindədir" - Gözlənti


"Əfv Komissiyasının hazırladığı siyahıya son dəyişikliklərin edilməsi sırf ölkə prezidentinin səlahiyyətindədir" - Gözlənti

2-02-2018, 11:47
Oxunma sayı: 106
"Əfv Komissiyasının hazırladığı siyahıya son dəyişikliklərin edilməsi sırf ölkə prezidentinin səlahiyyətindədir" - GözləntiÜmummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Amnistiya aktının qəbul edilməsi təklif olunub. Bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib. O qeyd edib ki, indiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistiya qərarı verilib.

Qeyd edək ki, ötən gün ölkə mediasında yayılan xəbərlərdə mart ayında – Novruz bayramı günlərində əfv fərmanının imzalanacağı ilə bağlı xəbərlər dolaşırdı. Ekspertlər dünən yayılan xəbərlərə birmənalı münasibət bildirməmişdilər. Amma əksər ehtimallar Novruz bayramı ərəfəsində ölkə prezidentinin yeni sərəncamla məhbus ailələrinin bayramını xüsusi təbrik edəcəyi qeyd edilirdi.

Siyavuş Novruzovun Milli Məclisdə qaldırdığı qərarın öz təsdiqini tapacağı təqdirdə iki ay ərzində iki əfv sərəncamının imzalanacağını söyləmək olar. Bu nə dərəcədə inandırıcıdır?

İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənəniyarlı hafta.az-a açıqlamasında bildirib ki, mart və may aylarında əfv sərəncamının olması ilə bağlı dəqiq nəsə deyə bilməz:

“Hələ ki, bu təkliflərin üzərində Əfv Komissiyası işləyir. Kimlərin həmin siyahıda olub-olmaması haqqında da fikir bildirməkdə çətinlik çəkirəm. Əfv Komissiyasının hazırladığı siyahıya son dəyişikliklərin edilməsi sırf ölkə prezidentinin səlahiyyətindədir. Bu dəyişiklikləri ancaq o, edə bilər. Ona görə də hər hansı bir məhbusun, şəxsin həmin siyahıda olması ilə bağlı indidən məlumat vermək həm etik, həm də informasiya baxımından düzgün deyil. Ona görə də bu barədə heç bir söz deyə bilmərəm. Yəqin ki, bizim etdiyimiz təkliflərə Əfv Komissiyasında baxılacaq”.

Hüquq müdafiəçisinin sözlərinə görə, İşçi Qrupu mütəmadi olaraq bu cür təkliflər irəli sürür. Səadət Bənəniyarlı bildirib ki, indiki halda hər iki əfv fərmanının imzalanmasının tərəfdarıdırlar:

“Ona görə də mart və may aylarında iki əfv fərmanının imzalanmasında maraqlıyıq və müraciətlərimizin nəzərə alınmasını xahiş edirik”.
Sosial şəbəkələrdə paylaş: