Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ
Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.
Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür



» » Azərbaycan əhalisi pulsuz tibbi müayinədən keçiriləcək


Azərbaycan əhalisi pulsuz tibbi müayinədən keçiriləcək

2-02-2018, 11:45
Oxunma sayı: 129
Azərbaycan əhalisi pulsuz tibbi müayinədən keçiriləcəkAzərbaycan əhalisi tibbi müayinələrdən keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, səhiyyə nazirinin müavini Nigar Əliyeva bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Prezidentin tapşırığını rəhbər tutaraq fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılıb.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılıb.
Sosial şəbəkələrdə paylaş: