“Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur. Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi.
Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” Bakıda ‘Life Long Learning’ formu keçiriləcək.
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI



» » Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması prosesi həlledici mərhələyə daxil olur”


Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması prosesi həlledici mərhələyə daxil olur”

1-02-2018, 19:49
Oxunma sayı: 108
Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması prosesi həlledici mərhələyə daxil olur”Energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz arasında görüş keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə BP şirkəti ilə əməkdaşlığın hazırkı vəziyyəti və “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə edilib. Bildirilib ki, “Cənub Qaz Dəhlizi”nin BP-nin operatorluğu ilə həyata keçirilən hissələri – “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri tamamilə başa çatmaqdadır. Hər iki layihə, eləcə də Trans-Anadolu (TANAP) boru kəməri layihəsi üzrə işlərin gedişatı ilk qazın cari ilin ortalarına planlaşdırılan nəqlinə imkan yaradacaq.

Q. Counz fevralın 15-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısına hazırlıq və müzakirəyə çıxarılacaq məsələlərlə də maraqlanıb. Hazırlıq işləri barədə məlumat verən energetika naziri P. Şahbazov bildirib ki, “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olur. Layihənin qrafikə uyğun həyata keçirilməsində Məşvərət Şurasının iclaslarının mühüm rolu olub. Budəfəki toplantı da ötən dövr ərzində görülmüş işləri birgə nəzərdən keçirməklə yanaşı, növbəti hədəfləri birgə müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.

Görüşdə həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü Sazişindən irəli gələn məsələlər, BP-nin iştirak etdiyi digər enerji layihələri, eləcə də dünya enerji bazarındakı son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş: