Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ
Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.
Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür



» » Azərbaycan millisinin baş məşqçisi: "Komandamda qorxu yox, Fransaya hörmət var"


Azərbaycan millisinin baş məşqçisi: "Komandamda qorxu yox, Fransaya hörmət var"

1-02-2018, 19:47
Oxunma sayı: 122
Azərbaycan millisinin baş məşqçisi: "Komandamda qorxu yox, Fransaya hörmət var"“Komandada əhval-ruhiyyə yüksəkdir. Bu gün axşam rəqibin oyununun videoyazısına bir daha baxacağıq. Bundan sonra oyunçularıma meydanda nə edəcəklərini bir daha xatırladacağam. Əlbəttə, çox çətin, ağır oyun olacaq".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Sloveniyanın paytaxtı Lyublyanada Fransa yığması ilə keçirəcəkləri Avropa çempionatının qrup matçından əvvəl affa.az-a açıqlamasında deyib.

Braziliyalı mütəxəssis Fransa millisinin qrupdakı ilk oyununda İspaniya ilə 4:4 hesablı heç-heçə etməsinə diqqət çəkib: "Sabahkı rəqibimiz bütün yarışların favoriti olan İspaniya kimi bir komandaya qarşı yaxşı oyun nümayiş etdirdi və yekunda xal qazandı. Onların Fransa futzal tarixinin ən yaxşı komandası olduqlarını bilirdik. Təsadüfi deyil ki, final mərhələsinə yüksəlmək üçün daimi iştirakçılardan olan Xorvatiyanı pley-off oyunlarında məğlub etdilər. İspaniyaya qarşı oyunlarını canlı izləsək də, təkrar baxıb, yekun heyətimizi də müəyyənləşdirəcəyik. Komandada qorxu yox, rəqibə hörmət var".

Qələbə təqdirində 1/4 finala vəsiqəni təmin edəcəklərini deyən baş məşqçi Fransa ilə qarşılaşmanı finala bərabər saydığını vurğulayıb: "Qələbə qazana bilsək, növbəti mərhələyə yüksələcəyimiz dəqiqləşəcək. Bunu etmək üçün hər şeyə qadirik. Yaxşı hazırlıq keçmişik, taktiki tapşırıqlar üzərində məşqlər etmişik. Thaqo artıq bir həftədi məşqlərə qoşulub. Ancaq o, oyunlara 60 faiz hazırdır. Yüngül problemləri olsa da, oynayacaq, oynamalıdır. Çünki bu görüş bizim üçün final oyununa bərabərdir".

Qeyd edək ki, fevralın 2-də keçiriləcək Azərbaycan - Fransa matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Sosial şəbəkələrdə paylaş: