“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.
Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi. Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası”
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...



» » Tiflis Şəhər Məhkəməsi “Qazprom”un nümayəndəsini ifadə verməyə çağırıb


Tiflis Şəhər Məhkəməsi “Qazprom”un nümayəndəsini ifadə verməyə çağırıb

1-02-2018, 19:45
Oxunma sayı: 106
Tiflis Şəhər Məhkəməsi “Qazprom”un nümayəndəsini ifadə verməyə çağırıbTiflis Şəhər Məhkəməsi Gürcüstanın Milli Hərəkat Partiyasının (MHP) tələbi əsasında “Qazprom”un nümayəndəsini məhkəməyə dəvət edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MHP-nin Gürcüstan parlamentindəki fraksiyasının sədri Roman Qoçiridze bildirib.

Onun sözlərinə görə, Milli Hərəkat Partiyası Gürcüstan hökumətinin “Qazprom”la müqaviləsinin gizli detallarının açıqlanması tələbi ilə Tbilisi Şəhər Məhkəməsinə müraciət etmişdi: “Görünməmiş hadisədir ki, məhkəmə bizim tələbimizi qəbul edib və “Qazprom” nümayəndəsini açıqlama vermək üçün məhkəməyə çağırıb”.

R.Qoçiridze qeyd edib ki, fraksiya həmçinin müqavilənin şərtlərinin öyrənilməsi məqsədilə müvəqqəti parlament komissiyasının yaradılmasını da təklif edib.

Məlumat üçün bildirək ki, Gürcüstan Rusiya qazının Ermənistana nəqli üçün ümumi həcmin 10 faizi həcmində təbii qaz alırdı. Keçən ilin sonlarında imzalanmış və 2018-ci ilin əvvəlində qüvvəyə minmiş yeni iki illik müqaviləyə əsasən, Gürcüstan təbii qazın nəqlinə görə nağd pul alacaq. Bundan başqa müqavilənin detalları barədə ictimaiyyətə heç bir məlumat verilməyib.
Sosial şəbəkələrdə paylaş: