“Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur. Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi.
Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” Bakıda ‘Life Long Learning’ formu keçiriləcək.
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI



» » Kriptovalyuta bazarında satış başlayıb


Kriptovalyuta bazarında satış başlayıb

1-02-2018, 19:43
Oxunma sayı: 122
Kriptovalyuta bazarında satış başlayıbKriptovalyuta bazarında yanvarın 7-dən etibarən başlayan satışlar yenidən sürətlənib.

"Report" xəbər verir ki, kriptovalyuta bazarının kapitallaşması yenidən 500 mlrd. dollardan aşağı enib və hazırda 477 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması yanvarın 7-də 832 mlrd. dollar səviyyəsini ötdükdən sonra yanvarın 17-də 2018-ci ilin hələlik minimal səviyyəsi olan 428 mlrd. dollar səviyyəsinə qədər geriləyib. "Bitcoin" bu gün yenidən 10 000 dollardan aşağı düşüb və hazırda 9400 dollara satılır. "Ripple"ın qiyməti isə 1 dollardan aşağı düşüb.

Kriptovalyuta bazarında satışların bir müddət davam edəcəyi və bazarın kapitallaşma həcminin 400 mlrd. dollardan aşağı düşəcəyi proqnozlaşdırılır. Daha sonra isə yenidən yüksəlişin başlayacağı və 2018-ci ildə bazarın kapitallaşmasının 1 trln. dolları ötəcəyi ehtimal edilir. Xatırladaq ki, "bitcoin" bazarda 33,4% kapitallaşma ilə liderliyini qoruyub saxlayır.
Sosial şəbəkələrdə paylaş: