Zakir Həsənov: "Azərbaycan Ordusu döyüşə tam hazırdır" Azərbaycanda yüksək vəzifəli məmur işindən azad olundu - FOTO Bakıda QƏZA: "Porsche" "London Taxi" ilə toqquşdu - FOTO Ölümlə bağlı amerikalı alimdən ŞOK AÇIQLAMA: Ürək dayanandan bir neçə saat sonra...
DİQQƏT! Həyat tərzini dəyişdirmədən, pəhriz və idman olmadan çəki itirmək mümkün oldu!!! Kiprik, qaş sə saçların uzanmasında effektiv üsul! KİŞİLƏRİN NƏZƏRİNƏ!!! Cinsi istəyi artırmağın TƏZƏ YOLU! Fransa prezidenti yeniyetməyə acıqlandı
Maştağada yol polisini bıçaqladılar - ÖZƏL Ərdoğan açıqladı: Bu futbolçunun heyranıyam Azərbaycanda yüksək vəzifəli şəxsin qohumu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO 20 il öncəki Nərgiz Cəlilova - Foto



» » Prezident bazar günləri ticarəti QADAĞAN EDƏN QANUN İMZALAYIB


Prezident bazar günləri ticarəti QADAĞAN EDƏN QANUN İMZALAYIB

31-01-2018, 21:01
Oxunma sayı: 201
Prezident bazar günləri ticarəti QADAĞAN EDƏN QANUN İMZALAYIB

Qanunda bir neçə istisnalar nəzərdə tutulub. Bazar günləri yalnız internet-mağazalar və yanacaqdoldurma məntəqələrində yerləşən ticarət obyektləri fəaliyyət göstərəcək.

Yanvarın 30-da Polşa Prezidenti Anjey Duda həftənin bazar günü ticarəti qadağan edən qanunu imzalayıb. Bir müddət öncə seym 156 səsə qarşı 254 səslə bu barədə müvafiq qanun qəbul etmişdi.

Respublik.info metbuat.az-a istinadən xəbər verir ki, qanun 2018-ci ilin matından 2020-ci ilin yanvarınadək müəyyənləşdirilən keçid dövrü ərzində tədricən qüvvəyə minəcək. Mağazalar martdan başlayaraq ayın yalnız ilk və son bazar günləri, 2019-cu ildə yalnız ayın son bazar günü ticarətlə məşğul ola biləcək. 2020-ci ildən başlayaraq həftəsonu ticarətinə tam qadağa tətbiq olunacaq.

Qanunda bir neçə istisnalar nəzərdə tutulub. Bazar günləri yalnız internet-mağazalar və yanacaqdoldurma məntəqələrində yerləşən ticarət obyektləri fəaliyyət göstərəcək. Qanunu pozanları cərimə və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.

Polşanın Baş naziri Mateuş Moravetski qanunu şərh edərkən onu dəstəklədiyini bildirib və bu cür məhdudiyyətlərin Avropa İttifaqının bəzi ölkələrində mövcud olduğunu qeyd edib.

Qanunun əleyhdarları isə yeni qaydaların, ilk növbədə, Şərqi Polşadakı sərhədyanı rayonlarda yerləşən mağazalara mənfi təsir göstərəcəyini iddia edirlər. Belə ki, təkcə Belorus vətəndaşları Polşa mağazalarında 100 milyon avrodan çox pul xərcləyir.
Sosial şəbəkələrdə paylaş: