İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib Ermənistan silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub Layihə çərçivəsində 2-ci təlim keçirildi Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər! İlan sancan adama bunu etsəniz zəhər qana keçməz - Həkimə qədər! Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür
Arıqladır, təbii antidepressantdır… Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK Zərərli vərdişlər beyin xəstəliyidir… Selena qorxu obrazında - Fotolar



» » QEYRİ-MÜƏYYƏNLİK FONUNDA BAŞ VERƏNLƏR


QEYRİ-MÜƏYYƏNLİK FONUNDA BAŞ VERƏNLƏR

13-01-2018, 20:05
Oxunma sayı: 348
QEYRİ-MÜƏYYƏNLİK FONUNDA BAŞ VERƏNLƏRƏdəbiyyat obrazlı düşüncə sənəti olaraq hər bir xalqın milli dəyər və mənəviyyatıdır. Gənc nasir Kamuranın “Bir dişlək alma” adlı romanı mühitimizin ədəbi prosesi fonunda qələmə alınan ədəbi əsərlər arasında diqqəti cəlb edən bir romandır. Bu romanı səciyyəvi qılan bir çox cəhət mövcuddur. Romanın əsas xususiyyətlərindən biri kimi sadə dillə yazılmasını misal göstərmək olar, bununla birlikdə qəhramanın başına gələnləri öz diliylə öznəməxsus bir şəkildə danışması romana xususi bir rəng qatır.
Romanda hadisələr ardıcıl olaraq biri-birinə təkan verəcək qüvvə ilə cərəyan edir. Qəhramanın daxili aləmi və xarici aləmdə baş verən dəyişikliklər onun düşüncə və ideyalarında öz əksini tapır. Əsərdə müvafiq başlıqlar, fəlsəfi sözlər, düşüncələr, fikirlər özünü daxil olduğu hissədəki hadislərdən çıxarılmış nəticələr kimi tamamlayır. Romanda qəhrəman ətrafında baş verənlərdən mənfi meyilliliklə təsirlənir və həyata qarşı düşüncələri pessimist bir mövqeyə gəlir. O, hər şeyə nifrətlə yanaşır, get-gedə ətrafından qopur, ancaq sonra baş verənlər onun düşüncə və mövqeyinə tamamilə əks təsir göstərir və qəhrəman ilk dəfə aşiq olmaq hissilə qarşı-qarşıya qalır. Bu hiss onun daxili aləmini köklü dəyişikliyə məruz qoyur, artıq bu dəyişmə ilə birlikdə mövqeyi və düşüncələri də dəyişir, daha həyata qarşı nifrətlə yanaşmamağa başlayır. Mövzunun başlıq hissəsində də deyildiyi kimi – “sevərkən hər şey gözəl, nifrət edərkən isə hər şey çirkindir”. Ancaq ilk eşqi müvəqqəti olaraq uğursuzluqla nəticələnir.
Əsərdə baş qəhərəmanın atası öz mənəvi problemləri ilə yaşayır. O, çox həssasdır. Bəzən çox qərəzlidir, ancaq bütün bunlara baxmayaraq, öz oğlu üçün daim narahat və onun hər dəqiqə qayğısına qalan bir obraz kimi təsvir olunmuşdur.
Hadisələrin sonrakı inkişafı qəhrəmanın öz vətəninin azadlığı uğrunda necə mübarizə aparması haqqındadır. O, artıq azadlıq naminə hər cür təhlükəni gözə alaraq hərəkət eləməyə meyillidir. Lakin bu azadlıq qan bahasına nail olunur, qəhrəman bəlkə də ömrünün axrına qədər unuda bilməyəcəyi dəhşətli hadisələrə şahid olur, buna baxmayaraq azadlıq əldə olunmuşdur. Hadisələrin bundan sonrakı inkişafında qəhrəman azadlığını yeni bərpa etmiş ölkəsindəki yeni və dəyişik şəkildə formalaşan mühitdən danışır, qəhrəmanın artıq fərqli mövqeyi, daxili aləmi, düşüncələri xarici aləmlə təzad yaradır. Qəhrəman bəzi çətinliklərlə üzləşir, ancaq özünə inanaraq və çətinliklərə qarşı səbrlə mübarizə apararaq bütün problemləri aradan qaldırmağa nail olur. Artıq o, özünü xüsusi bir mövqedə qərarlaşdırır, burada yenidən qəhrəmanın necə dəyişdiyinə şahid oluruq. Qəhrəman artıq öz idealındakı “mən”ə çevrilir. Lakin sonraki hadisələr hər şeyi köklü olaraq dəyişir. Fəlakətlər qaçılmazdır. Qəhrəmanın atası vəfat edir. Bu hadisə qəhraman üçün qəbul edilməzdir, bu, onun həyata olan bağlarını tamamilə məhv edir. Hadisələrin sonrakı inkişafında qəhrəman həyata küskün bir şəkildə yaşayır, mənəvi sıxıntılarla narkotik və içki qəbul etməklə gününü keçirir. O, artıq nə etdiyini bilmir, nə edəcəyini də düşünmədən edir.
Romanı maraqlı hala gətirən ən mühüm hadisələr axırlara doğru cərəyan edir. Əsərin qəhrəmanı Vaxtanq özünü yeni bir yerdə, əvvələr universitetdə tanış olduğu insanlar arasında tapır. Bu insanları tanımağa çalışır. Orada tanış olduğu insanların keçmişi içaçıcı deyil, hər biri fəlakətə düçar olub, ancaq onları fərqli qılan cəhət onların öz keçmişindəki bu psixoloji situasiyadan qurtulmuş olmalarıdır. Onlar dövlət adamıdırlar və görüşləri Vaxtanqın düşüncələri ilə ziddiyət təşkil edir. Vaxtanq siyasət oyununu “qoyun və çoban” arasındaki münasibətə oxşadır. Onlar Vaxtanqı öz aralarına qatmağa çalışırlar. Lakin qəhrəmanın aqibəti onun öz əllərindədir. O, öz duyğularının ardınca gedir və oradan qaçmağa müvəffəq olur.
“Mən heç kiməm” – bu başlıq altında baş verənlər artıq qəhrəmanın öz həyatını, elədiklərini sorğulamağa başladığını göstərir. O keçmişini sorğulayır, özünü anlamağa çalışır. Əlbəttə, yenə çox şey qeyri-müəyyən olaraq qalmaqdadır, eynən qəhrəmanın aqibəti kimi, onun həbsxanadan qaçması ilə roman sona yetir. Artıq bundan sonra nələr baş verəcəyi qeyri-müəyyəndir. Romanın adı da bu qeyri-müəyyənliyə uyğundur – “Bir dişlək alma”. Müəllif demək istəyir ki, həyatda bir çox şey sirr olaraq qalsa da insan hər şeyi sorğulamalıdır ki, həyatdan bir şey anlasın, lakin həyatda çox şey yenə də qeyri-müəyyən olaraq qalmağa davam edəcəkdir.

Şöhrət Adıgözəlov
Sosial şəbəkələrdə paylaş: