Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO
Gəncədə nə baş verdi? “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Malaziya Səfirliyində davam etdi. Ucarda qrant yeyənlər peyda olub Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”
Gəncə gəncləri sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İran Səfirliyində davam etdi. GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB



» » Ucarda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR


Ucarda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR

11-01-2018, 22:43
Oxunma sayı: 178
Ucarda  gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 dekabr tarixli Sərəncamının icrası ilə bağlı, yanvarın 10-da Ucarda çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınma mərasimi keçirilmişdir. Çağırışçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olmuşlar. Mərasim Heydər Əliyev Mərkəzinin önündə davam etmişdir. Dövlət Himni səsləndikdən Rayonun icra hakimiyyətinin, ziyalıların, veteranların, gəncləri, valideynlərin, SHXÇDX-nın rayon şöbəsinin əməkdaşlarının iştirak etdikləri tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi, polkovnik Rafiq Qədirov Ali Baş Komandan İlham Əliyevin gənclərin hərbi xidmətə çağırışı ilə bağlı müvafiq Sərəncamının icrası istiqamətində rayonda görülən işlərdən danışdı. O, vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
Tədbirdə digər çıxış edənlər rayon İcra Hakmiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, çağrışçı Nicat Məmmədzadə, valideyin Arif Məmmədov və digərləri vətənin müdafiəsinə yola düşən gənclərə əsl mərdlik, şücaət məktəbini şərəflə keçməyi, hərbi texnikanın sirlərini mükəmməl öyrənməyi, hər an torpaqlarımızın azadlığı uğrunda müsəlləh əsgər olmağı arzuladılar.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra şagirdlərin hazırladığı musiqili kompozisiya ilə davam etdi. Onların hazırladığı bayram ruhlu rəngarəng proqram tədbirə daha xoş ovqat bəxş etdi. Sonra gənclər Azərbaycan bayrağının altından keçərək musiqi sədalarının müşaiyyəti ilə onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.
Ucarda  gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR
Ucarda  gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR
Ucarda  gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR
Ucarda  gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR
Ucarda  gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR
Ucarda  gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR
Ucarda  gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR

Ucarda  gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir -FOTOLAR
Sosial şəbəkələrdə paylaş: