Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » Azərbaycan 52-ci pilləyə yüksəldi - Vikipediya


Azərbaycan 52-ci pilləyə yüksəldi - Vikipediya

30-12-2017, 15:23
Oxunma sayı: 307
Azərbaycan 52-ci pilləyə yüksəldi - Vikipediya

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya Azərbaycan”ın məlumatlarla zənginləşdirilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Sərbəst elektron resurslara aid edilən Azərbaycan dilində Vikipediyada ölkəmizin mövqeyi 57-ci pillədən 52-ci pilləyə irəliləyib.

AzVikipediyanın zənginləşməsi üçün kitabxana tərəfindən işlək model hazırlanıb və tətbiqinə başlanılıb. MEK-in sərbəst elektron resurslar şöbəsi tərəfindən AMEA-nın və kənar təşkilatların əməkdaşları üçün sistemli şəkildə 42 təlim keçirilib. Nəticədə ümumi məqalələrlə yanaşı, elmi şəkildə əsaslandırılmış etibarlı məqalələrin sayı 129462-dək artıb. “Mövzulu ay” layihəsi çərçivəsində yaradılan 4746 məqalə redaktə olunub. Xarici dillərdə Vikipediyada AMEA-nın 15 təsisçisi, milli qəhrəmanlarımız, görkəmli ədiblər haqqında 70 məqalə yaradılıb.

Sərbəst elektron resurslar bölməsi tərəfindən xarici dillərdə Vikipediyadan doqquz viki qayda tərcümə edilərək Azərbaycan dilində Vikipediyanın qaydalarına əlavə edilib. Təlimlərin keçirilməsi üçün elektron dərslik tərtib olunub, Yutub paylaşım sistemində videodərslər hazırlanaraq yerləşdirilib. Feysbuk sosial şəbəkəsində isə təlim iştirakçılarına dəstək məqsədilə “Qorqud Viki Klub” qrupu yaradılıb.

Rəşid Ağayev
Sosial şəbəkələrdə paylaş: